понедельник, 10 ноября 2008 г.

Əməkdar jurnalist Salis Məmmədovun Prezident İlham Əliyevə təbriki

Möhtərəm Prezident. 2-ci müddətə prezident seçilməyiniz münasibəti ilə sizi mən də təbrik edirəm. Xahiş edirəm ki, yaşımın çoxluğu və xəstəliyimlə əlaqədar təbrikimin bir qədər gecikməsini üzrlü hesab edəsiniz və onu qəbul etməklə məni şərəfləndirəsiniz. Sizin 2-ci müddətə prezident seçilməyiniz, əslində, Azərbaycanda sabitliyin və inkişafın təntənəsidir. Məhz, bu təntənəni görmək üçün Azərbaycan xalqı demək olar ki, hamılıqla seçkiyə getdi və sizi seçdi. Mən yarım əsrdən çoxdur jurnalistlik fəaliyyəti ilə məşğulam, 40 ildir bir ki bir qəzetin baş redaktoruyam, nə qədər mürəkkəb dövrlər olub... Mən Heydər Əliyevlə, həm də sizinlə fəxr edirəm və mənim bu simpatiyam redaktə etdiyim qəzet səhifələrində açıq-aşkar öz əksini tapmaqdadır və tapacaqdır! Bəzən elə bilirlər ki mənim qəzetlərim dövlət qəzetidir, ya dövlət tərəfindən maliyyələşdirilir. Yox, əsla! Mən indiyə qədər dövlətdən heç bir yardım, himayə görməmişəm. Təvazökarlıqdan uzaq da olsa qeyd edim ki, bu gün Google kimi ən məşhur internet axtarış sistemi, - İlham Əliyev - sorğusunda, 2-ci, ya 3-cü sırada məhz, bizim qəzetin veb saytından olan şəkilləri təqdim edir. O şəkillərin altında isə mənim məqalələrimi. Bu nəinki mənim üçün, bütün Şəki üçün böyük bir şərəfdir.


Salis Məmmədov, Azərbaycan Respublikasının Əməkdar jurnalisti, "İpəkçi" və "Şəkinin səsi" qəzetinin baş redaktoru.

Комментариев нет: