понедельник, 24 ноября 2008 г.

Rasim Ocaqovun təvəllüdündən düz 12 il sonra, eyni ayda, eyni gündə, yenə Şəkidə, digər dahimiz - Cavanşir Quliyev, dünyaya göz açdı!

ELman Mustafazadə:
Cavanşir Quliyev haqqında yazmaqdan öncə şəxsən mənim uşaqlıq gənclik illərim yadıma düşür. Şəkinin mərkəzində belə bir istirahət parkı var . Ölməz sairimiz Füzuli adına xalq istirahət parkı deyirdilər. Cavanşir Quliyev həmin parkın yaxınlıgında olan evlərin birində yaşayırdı. Onu da deyim ki, Şəki şəhərinin hər məhəllərinin adı var. Mən onların yaşadıgı məhəllədən heç də uzaq olmayan Əşirər adlanan yerdə yaşayırdım. Hər gün Cavanşir Quliyevin evlərinin qarşısından kecərkən pianoda və tarda musiqi ahənginin səsini eşidirdim. Məndən yaşda 5 yaş böyük olan bu bəstəkarı sonralar mahni bəstəkarı gözəl bir ifaçı oldugunu bildim. Onun səsi coxda iti olmasına baxmayaraq həzin mahni ifa tərzi məni osunlayır. Məni bir anlıga dogulub böyüdüyüm uşaqlıq illərimi xatırladır . Dogrusu onun haqqında cox danışa və yaza bilərəm. Amma ondan müsahibə almagı düşünürdüm. Maləsəf onunla əlaqə yarada bilmədiyim üçün bu yaxınlarda həmkarlarımızdan birinin müsahibəsini sizə təqdim edirəm. Hə,- birdə axı, onun bu gün ad günüdür. Cavanşir müəllimi səmimi qəlbdən təbrik edirəm. Sənətində yeni yeni ugurlar arzulayıram.
Intigam Ibrahimoglu
Fəaliyyətini Şimali Kipr Türk Cümhuriyyətində davam etdirən Cavanşir Quliyev Bakıda məzuniyyətdədir. Bəstəkarla görüş ərəfəsində öyrəndik ki, amerikalı pianoçu Alan Faynberq onun yeni əsərini Santafe şəhərində keçirilən ənənəvi kamera festivalında səsləndirib. Bundan başqa, bəstəkar bir neçə balet üzərində də işləyir. Hər iki respublikanın musiqisini müqayisə edən bəstəkar «TrendLife»a bunları dedi:- Xalqlar bir-birinə yaxın olsa da, musiqilərimiz arasında fərqli cəhətlər çoxdur. Əsrlər boyu hər ölkənin musiqisi öz kökü üstündə inkişaf edib. Türkiyə bir imperiya olub. Bu imperiyadan doğan tələblər əsasında musiqi formalaşmağa başlayıb. Azərbaycan uzun əsərlər dövlət ola bilmədiyi üçün musiqisi saray səviyyəsində inkişaf edib. Ölkələrin musiqisi arasında oxşar cəhətləri yalnız Şərq ənənələri birləşdirir. Mənim fikrimcə, Azərbaycan musiqisi qonşu İrana daha yaxındır, nəinki Türkiyəyə. Yalnız aşıq sənətindən danışarkən türk musiqisi ilə oxşar cəhətlərin olduğunu söyləmək olar. Bunun da kökləri ozan sənətinə gedib çıxır. Amma xalq musiqiləri, muğam anlayışı Türkiyədə yoxdur. Ara-bir ona bənzər musiqilər ifa etməyə çalışırlar. Ümumiyətlə, orada cəmiyyətin ehtiyacı başqa musiqiyə olub. Bu cür də inkişaf yolukeçib. - Sənətçilərin bir-birinin bəhsinə aldığı fəxri adlara necə baxırsınız? - Heç bir ölkədə havayı, qazanılmamış imtiyaz verilmir. Buna yalnız Azərbaycanda rast gəlmək mümkündür. Hamı imtiyazlı ola-ola adıucuzlaşdırırlar. - Buradan getməyinizə nə səbəb oldu? - Mənəvi rahatlığa ehtiyacım var idi. Burada ikən yazı-pozu edə bilmirdim. Etiraf edim ki, maddiyat baxımından uduzdum. Amma getmək istədiyim üçün getdim. Digər sənət yoldaşlarımın da ölkədən uzaqlaşmasının bu və ya digər səbəbləri var. Məndən fərqli olaraq xaricə maddi dolanışığı göz önünə alıb gedənlər çoxdur. Fikrimcə, Azərbaycan kimi ölkəda pul qazanmaq çox asandır. Hər səhər bir az vicdanını evdə qoyub gedəndə, axşam çoxlu pulla qayıtmaq mümkün olur. Əyriliklə, rüşvətlə, yalanla Azərbaycanda nə qədər adam pul qazanır? Hər bir ölkədə rüşvət halları mövcuddur, amma buradakı kimideyil. - Mənəvi rahatlığı Kiprdə tapa bilmisiniz? - Bəli, tapdım. İşim öz axarı ilə gedir. Mənəvi həyatım sağlamdır. Əsəb və gərginliyimi də burada qoyub getmişəm. Ömür boyu arzuladığım şəraiti orada tapa bilmişəm. Səhər işə gedir, axşam da həmin əhval-ruhiyyə ilə evə qayıdıram. Heç kim mənədəyib-dolaşmır. - Deyirlər, sənətkar əziyyət çəkəndə daha yaxşı əsərlər yaradır. - Göstərin mənə kim əziyyətlə yaxşı əsərlər yazıb. Məsələn, Çingiz Ələkbərzadə həbs olunmasaydı, «Zindan» kimi böyük əsər yaranmazdı. Həmin əsərlə tanışlığım yoxdur. Ümumiyyətlə isə deyim ki, maddi həyat hamıya gərəkdir. Bu həyat zəif olsun və yaxşı əsərlər yazasan, cəmiyyətin vəziyyətini düzəltməyəndə belə bəhanələr yaranır – yəni, sizi sıxmasaq, siz işləməzsiniz. Yaxşı sənətkar isə əsəri maddiyata görə yazmamalıdır. Fikrimcə, bədii əsərin maddiyatla heç bir bağlılığı yoxdur. Onun öz qanunları var. Abbas Tufarqanlıdan soruşurlar «niyə şeir yazırsan?» Deyir, «çünki yazmaya bilmərəm». Əsl sənətkar içindəkini çıxartmaya bilmir. Gəldi, onu ruhundan təcrid etməlisən. Ana olmağa hazırlaşan qadına heç bir qadağa qoya bilməzsən. O ya ölməlidir, ya da övladını dünyayagətirməlidir. - Sonuncu baletinizin Türkiyədə səhnələşdiriləcəyi deyilir. - Bu, türkiyəli prodüserlərdən birinin sifarişi ilə yazılır. Ona görə də əsərin təqdimatı burada deyil, sifarişçinin istəyi ilə öz məmləkətində keçiriləcək. Ümumiyyətlə, əsərin təqdimatına məhdudiyyət qoyulmayıb. - Burada necə, sifariş almısınız? - Buradakı sifarişçilər nəyi sifariş verməlidirlər, bilmirlər. - Məmurların musiqi yaradıcılığına necə baxırsınız? - Hər bir insan maddi yaradıcılıqda sərbəstdir. Amma bu o demək deyil ki, hər bir adamın yazdığı ifa olunmalıdır. Vaxtilə bölgələrdə özfəaliyyət dərnəkləri mövcud idi. Həvəskarlar arzuladığı mahnını, əsəri orada ifa edir, sabah da yuxudan durub zavoda, işinin dalınca gedirdi. Bu ənənə artıq qüvvədən düşüb. İndi bunları daha çox telekanallar əvəz edir. İnsanlar musiqi tələbətlarını oradaödəyirlər.- Həmkarınız Faiq Sücəddinovun Yaşıl Teatra baş rejissor vəzifəsinə təyin olunması musiqiçilər arasında çaşqınlıq yartmışdı. Gövhər Həsənzadə isə Şəhriyar adına Mədəniyyət Mərkəzi ilə paralel olaraq Yaşıl Teatra rəhbərlik edir. Hər iki təyinata necəbaxırsınız? - Məmurdan bəstəkar olanda, bəstəkardan niyə rejissor olmasın. Azərbaycanda hər şey mümkündür. Sabah məni ölkənin baş cərrahı təyin etsələr, təəccüb etməyin. Başımı aşağı salıb, işimi görəcəm. Onların taleyi haqqında əvvəlcədən deyil, vəzifəmi icra edərkən düşünməyə başlayacam. Bunu təbii ki, məcazi mənada deyirəm. - Ölkədə həvəskar musiqiçi ordusunun yaranması sizi narahatedir? - Bunun günahını ilk öncə ölkənin bəzi mətbuat vasitələrndə və televiziyasında aparılan təbliğatla əlaqələndirmək istəyərdim. Həmin insanlara mən nə meqa-star deyirəm, nə də ulduz. Müğənni təkidlə onu ulduz adlandırmağı tələb edə bilər, tele-aparıcılar buna göz yumurlarsa, günah elə onların özlərindədir. Ümumi təqdimat qaydaları var. Müğənninin bir dəfə, iki dəfə tələbinə əhəmiyyət verməsən, vərdişindən əl çəkəcək. Amma baxıram ki, günü-gündən cəmiyyətdə ucuzlaşma gedir. Heç kimin dəftərini oxuyan yoxdur. Dəfələrlə müxtəlif mövzular haqqında çox danışmışam. Heç deyən yoxdur ki, niyə belə edirsən? Çünki ictimai rəylə heç kim hesablaşmır. Ona görə ki, musiqi aləmində ictimai rəy yoxdur. Televiziya öz havasını çalır, tənqidlə razılaşmaq istəmir. Başqa sahələrdə də eyni ilə belədir. Necə ki ki, hər gün şəhərin tıxaclarından, zəhərli havasından, zibilliklərindən canımızı qurtara bilmirik, bu sahədə də vəziyyət elə belə olacaq. Bunlar həyatımızın bir hissəsini təşkil etməkdə davam edir. / Trend/

Həyatı

1950-ci il noyabrın 22-də Şəkidə anadan olub. 1975-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsini bitirmişdir. Diplom işi – Birinci Simfoniya. 1978-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında, 1994-cü ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, 1993-cü ildən Milli Akademik Dram Teatrının Musiqi hissə müdiri vəzifələrində çalışır. Yaradıcı ezamiyyətləri: ABŞ, Almaniya, Finlandiya, Türkiyə, Polşa, Rumıniya, Slovakiya, Yuqoslaviya, İsrail, Bolqarıstan, Ukrayna, Estoniya, Rusiya, Gürcüstan, Ermənistan, Özbəkistan, Kıbrıs. Əsərləri adları çəkilən ölkələrdə ifa olunmuşdur. C.Quliyev iki operettanın - 1.”Məhəbbət oyunu”, 2.”Yeddi məhbusə “, dörd simfoniyanın, Simfonik orkestr və zurna üçün” Uvertüranın” , iki simli Kvartetin, Nəfəsli alətlər üçün Kvartetin, skripka və saz üçün Sonatanın, Violonçel, Fleyta və Saz üçün “Karvan” musiqinin, Simli orkestr üçün “Dastan” əsərlərinin, 300-ə yaxın teatr və televiziya tamaşalarına, 8 bədii və 25 sənədli filmə yazılmış, 1000-ə yaxın mahnının, müxtəlif həcmdə kamera-instrumental və xor musiqisinin müəllifidir. *B.Vahabzadə, D.Mustafayev, Y.Həsənbəy, N.Kəsəmənli, R.Rövşən və b. şairlərin söz. mahnılar (1990 - 2001). Mükafatları Azərbaycan Lenin komsomolu mükafatı laureatı (1982) Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1992) General M.Əsədov adına mükafatın laureatı (1993) Şəhriyar ad. mükafatın laureatı (1995) Avropa Türk-İslam birliyinin qızıl medalı- Almaniya (1997) "Humay" mükafatı laureatı (2000) "Qızıl dərviş" mükafatı laureatı (2001) Əsərləri Zurna və orkestr üçün Üvertüra (1980); Fleyta, saz və violonçel üçün "Karvan" (2000); Simli orkestr üçün "Dastan" (2001); "Məhəbbət oyunu" Operettası /libretto - Q.Rəsulov/ (2001). Filmoqrafiya Aşıq Qərib (1988) Lətifə (1989) Fəryad (1993) Çalalar (2000)
Televiziya tamaşaları "Nigarançılıq" /C.Məmmədquluzadənin hekayələri əsasında/ (
1995); "Qurbanəlibəy" /müəllif - C.Məmmədquluzadə/ (1998); "Dədə Qorqud" /eyniadlı dastan əsasında/ (2000). Teatr tamaşalarına musiqi M. F. Axundov "Xırsquldurbasan" /rejissor: Cahangir Novruzov/Şəki D. D. Teatrı/" "Hərənin bir ulduzu" /rej: H. Atakişiyev/Şəki D. D. Teatrı/" "Evlərin axşamları"/Şəki D. D. Teatrı/" "Sevgililərin cəhənnəmdə vüsalı" /müəllif - İ.Əfəndiyev/ (1991); "İydə ağacı" /müəllif - İ.Əfəndiyev/ (1992); "Özümüzü kəsən qılınc" /müəllif - B.Vahabzadə/ (1999); "Dar ağacı" /müəllif - B.Vahabzadə/, "Aydın" /müəllif - C.Cabbarlı/ (2000). Azərbaycan mahnısı: Yol ayrıcında". "Musiqi dünyası" jurnalı, №1, 1999; Musiqili kompüter proqramları. "Musiqi dünyası", №2, 2000. Dövri mətbuatda məqalələr (1990 - 2001 )
Mənbə:
http://mustafazade.azeriblog.com/2008/11/23/azerbaycanin-cavanshiri

Комментариев нет: