среда, 3 декабря 2008 г.

Azərbaycanliların indiki Ermənistan ərazisindən son deportasiyanın 20-ci ildönümü ilə bağlı konfrans

BEYNƏLXALQ DIASPORA MƏRKƏZİNİN
MƏTBUAT VƏ İNFORMASİYA DEPARTAMENTİNİN
MƏLUMATI
Qərbi Azərbaycandan deportasiyanın 20-ci ildönümü ilə bağlı
elmi-praktik konfrans keçiriləcək
Təşkilatçı Beynəlxalq Diaspora Mərkəzi və Dünya Azərbaycanlıları Konqresi Azərbaycan nümayəndəliyidir
Beynəlxalq Diaspora Mərkəzi və Dünya Azərbaycanlıları Konqresi Azərbaycan nümayəndəliyinin təşəbbüsü ilə 1988-ci ildə 250 minə yaxın azərbaycanlının erməni vəhşiliyi nəticəsində öz doğma yurdlarından - Qərbi Azərbaycandan deportasiya olunmasının 20-ci ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçiriləcək. Konfransda erməni daşnaklarının vəhşiliyi, hiyləgərliyi nəticəsində azərbaycanlıların dəfələrlə deportasiyaya uğrama tarixlərinə nəzər salınacaq, bunun səbəbləri müzakirə olunacaq və qarşıda duran vəzifələr müəyyənlə.diriləcəkdir.
Elmi-praktik konfransda tarixçilər, elm adamları, ictimai xadimləri arasında aparılacaq müzakirələrdə dünya ictimaiyyətinin də bu məsələyə həssas yanaşması məsələləri gündəmə gətiriləcək.
Elmi-praktik konfrans dekabrın 5-də saat 11:00-da Atatürk Mərkəzində başlayacaq.
Bütün KİV nümayəndələri tədbirə dəvətlidir.
Beynəlxalq Diaspora Mərkəzinin
Mətbuat və İnformasiya Departamenti
03.12.2008

Комментариев нет: