воскресенье, 1 февраля 2009 г.

Yanvarın 29-da "Şəkinin səsi" və "İpəkçi" qəzetlərinin təsisçisi və baş redaktoru Əməkdar Jurnalist Salis Məmmədov 76 yaşında vəfat etdi

O, 1965-cı ildən Şəki İpək Kombinatına məxsus "İpəkçi" qəzetinin redaktoru idi. 1990-cı ildə, hələ Sovet hakimiyyəti dövründə, bu müəssisənin partiya komitəsinin təsisçiliyindən və o dövr üçün ənənəvi olan "Bütün ölkələrin proletarları birləşin!" şüarından imtina etdi. 1993-cü ildə isə oğlu Aydın Məmmədovla birlikdə "Şəkinin səsi" qəzetini təsis elədi. İlk nömrəsi 1993-cü il iyun ayının 15-də - Qurtuluş günündə, işıq üzü görən "Şəkinin səsi" regionlar üzrə ilk müstəqil qəzet idi.

Комментариев нет: