суббота, 9 мая 2009 г.

Şəkinin 2 internet saytı NETTY-2009 Azərbaycan Milli İnternet Mükafatı üzrə müsabiqənin nominanı oldu!

Azərbaycanın ən yaxşı veb-layihələrini, informasiya texnologiyaları sahəsində mütərəqqi xadimləri üzə çıxaran NETTY mükafatı üzrə müsabiqəyə bu il Şəkinin 9 internet saytı qatılmışdır. Ymumiyyətlə, müsabiqənin ilkin mərhələsində 308 sayt iştirak etmiş və 236 nəfərlik böyük bir ictimai münsiflər heyəti isə həmin saytları ilkin mərhələdə qiymətləndirmişdir. Aprelin 29 - da Şəki saytlarından Şəki İcra Hakimiyyəti 14, Sheki.net 13, Fətəli Xan Xoyski barədə veb sayt isə 15 səs toplayaraq, hər biri öz kateqoriyası üzrə qrupda 4-cü yeri tutmaqla müsabiqənin nominantı olmağın bir addımlığına qədər irəliləmişdilər. Onların 1 pillə də yuxrı qalxıb-qalxmayacağı isə münsiflər heyətinin hələ səs verməmiş 110 üzvünün rəyindən sonra məlum olmalı idi. Müsabiqənin ilk mərhələsi mayın 7-də başa çatdiqda isə bu 3 Şəki veb saytından 2-sinin finala çıxması məlum oldu: Şəki İcra Hakimiyyəti 20 səslə öz qrupunda 3-cü, Fətəli Xan Xoyski barədə veb sayt isə 24 səs toplayaraq öz qrupunda 2-ci yeri tutdu. Ötən ilki və daha əvvəlki müsabiqələrin bir neçə dəfə nominantı olmuş Sheki.net -in isə bu dəfə nominant olmaq üçün cəmi 2 səsi çatmadı. Bu sayt 16 səslə öz qrupunda 4-cü yerdə qaldı. Mayın 17-də nominantlar arasindan qaliblər müəyyənləşdiriləcək. 2-ci və əsas mərhələdə Şəki saytlarına uğurlar arzylayırıq!

Комментариев нет: