вторник, 24 ноября 2009 г.

Hambuqda bir gözəl Azərbaycanlı ailəsi haqqında...



■ Bagırovlar ailəsi 1998 ilin Avqust ayında Almaniyaya köç etmələrinə vətəndən uyaq yaşamalarına ramən kicik Əlı Bagırov Idmanın Karete üzrə 10 yaşlılar arasında Hamburq çempionu olmuşdur.
■ Haqqında danışacagımız 1999-cu ilin 30 oktyabirinda anadan olmush 10 yaşındakı Əli Bagıov Almaniya dogumlu Azərbaycanlımızdır.
■ Əli İdmanın Karate növü ilə hələ ən kiçik yaşlarında 2005-ci ilin sentyabirından məşquldur. 2006-ci ilin iyun ayının 19-da kiçik çəki dərəcəsində, ilk medalını qazanmışdır. Mütamadi olaraq idmanın bu növü ilə məşqul olan Əli, sonrakı, 2007-ci ilin iyun ayının 23 və 2008 ilin iyul ayının 16-da çempion adına layiq görülmüşdür. Onu xüsusilə qeyd etmək olar ki karatenin sotakan növü üzrə göy kəməri vardır. Əlinin karate idman növünə maragı vətənpərvərlik üzərində qurulmasının şahidi oldum. Ona maraq oyadan səbəb atasi Hamburaq Azərbaycan Mədəniyyət cəmiyyətinin sədri Azər Rövşən evdə hər gün vətənpərvərlik movzusundakı söhbətlərindən irəli gəlməsidir desəm yanılmaram. Vətənpərvərlik mövzusunda baxdıgı TV- verlişləri Əlini daha da vətənpərvər ruhunda olmaga yönəltmişdir. Maraqlısı budur ki Əli torpaqlarımızın azad olunması ugrundakı döyüşlərə qatılacagını cəsarətlə dilə gətirdi .


■Kiçik yaşlı Əli əskərlik yaşının olmamasına ramən, indidən işqalçı ermənilərə qarşı nifrətini də gizlətmədi. Dogrusu deyim müsafir oldugum bu evddə Əlinin bu qədər ayıq və vətənpərvər olmasına heyrət etdim. Əlinin idmanın karate novünün seçməsi məhz vətənpərvər olmasını hiss etdirdi. Çox ciddi görkəmi və olduqca sakit görünüən Əlinin bacıları Nailə və Zəhra onu o qədər sevirlər ki, bütün ərköyünlüyünə belə cox həsas yanaşır və dözürlər. Hanı bizlərdə bir söz var deyərlər: "Evdə tək olan oglan üşagı ikinci Padişahdır".


■ Zəhra 8-sinifdə oxuyur. Nailə isə 10.ci sinifdə təhsini davam etdirir.Yeri gəlmişkən bu iki qızcigazımızla maraqlandıgımızda gördük ki, ilk okullarını Almaniyada almalarına ramən, ana dilimizi mükəmməl və səlis danışırlar. Bu da ondan irəli gəlir ki, evdə ana dilimzə hörmətlə yanaşılır. Kaş ki Vətəndə öz ana dilini bilməyən bəzi ailələrdə bu cür ailələrdən nümünə götürə biləydi. Ümümiyyətlə söhbəti Böyük Türk millətindən salsaq görərik ki , ölkədən kənar yaşayan Türk milləti bizi hər daim heyrət içindı buraxib. Türklərin burada öz ana dillərini unutmayaraq səlis danışmaları bizləri ruhlandırır və sevindirir. Avropanın bir cox ölkələrində Türk mediası qəzet və jurnalları movcuddurki bu da gündəlik informasiyaları əldə edirlər. Axı biz də AzərbaycanTürküyük…


■ Keçək Əlinin son çempionluq haqqındakı fikirlərə... 2009 ilin iyin ayının 9-da Lübükde şəhərlər arası Dostluq birincilik yarışlarında Əli bu birinciliyin də, qalibi oldu. Dogrudur komanda yarışlarinda 4-cülüyü əldə etsələrdə, Əli məglubiyyətlə ayrılmadı. Yüksək yerlərə çıxmamalarının səbəbi komanda yoldaşlarının zəif çıxışlarından irəli gəlmişdir. Əli deyirki, heç də, həvəsdən düşməmişəm. Gələcək çempionatlarda daha əzimlə çıxış edəcəyəm. Gərək Dogma Azərbaycanımızı öz qələbələrimlə tanıdam.


■ Sohbət bu gözəl ailədən düşmüşkən Əlinin Anası Rena xanımım nə qədər mülayim evdar bir xanim olması və gözəl mətbəx sahibliyi bizi daha da heyrətləndirdi. Onun hazırladıgı dadli Azərbaycan mətbəxi Alman dostlarının dilindən düşmür. Həyat yoldaşı, dostumuz Azər bəy Rovşən bizə bir surprizdə hazırlayıbmış. Sən demə o pianonda daha dogrusu sintizatirda Türk və Azərbaycan musiqilərinin gözəl ifasıçısıimiş.Yemək masası arxasında gözəl müsiqi parçalarınında şahidi olduq. Həqiqətən Almaniyada belə bir Azərbaycanlı ailəsilə fəxr etməyə dəyər. Nə deyə belərik? Bu qədər gözəl görüntü və istirahətdən sonra Bagırovlar ailəsinə gələcək planlarında ugurlar diləyilə



İntigam İbrahimoglu

Комментариев нет: