среда, 14 апреля 2010 г.

PREZİDENTLİK LİMİTİNİN LƏĞVİ İLƏ ƏLAQƏDAR 1 İL ƏVVƏL - MARTIN 18-DƏ, RESPUBLİKAMIZDA KEÇİRİLMİŞ REFERENDUMUN SƏBƏBKARI “İPƏKÇİ” VƏ “ŞƏKİNİN SƏSİ"DİR!


Xronologiya

07.03.08;13.00; Milli Məclis, Deputat korpusu, Hadi Rəcəblinin iş otağı.

Aydın Məmmədov: Bildiyiniz kimi, "Şəkinin səsi" qəzetinin 22 fevral buraxılışında müstəqil siyasi tədqiqatçı Elşən Mehdiyevin "Azərbaycan ictimaiyyətinə Müraciət"i dərc olunmuşdur, Azərbaycan Prezidentinin seçilmə məhdudiyyəti barədə. Sizin münasibətiniz?
Hadi Rəcəbli: Əvvəlcə bir neçə kəlmə də Salis haqqında deyim. Salisdə peşəkar jurnalistə xas olan bütün cəhətlər var; cəsarətlidir, fanatikdir, öz üşini sevir, təşəbbüskardır. Məsələn, "Heydər Əliyev" ordeninin yaradılması təşəbbüsünü ilk dəfə Salis Məmmədov irəli sürmüşdür! Kim deyirsə ki bunu o edib, boş şeydir. Bəlkə də kimsə ürəyindən keçirmişdir, amma Salisə qədər kimsə dilinə gətirməyə gəsarət etməmişdir. Salis isə bunu etdi, "Şəkinin səsi" qəzetində təşəbbüs irəli sürdü və mən də Milli Məclisin iclasında bu təşəbbüs barədə məlumat verdim. Kim istəsə gedib baxa bilər, Milli Məclisin arxivində, stenoqramı durur.
Aydın Məmmədov: Əlbəttə, xatırlayırıq, Televiziyada da göstərirdilər.
Hadı Rəcəbli: Bu gün isə Salis təşəbbüs irəli sürür ki, Prezident ömürlük seçilməlidir. Mən öz adımdan deyirəm, Salisin adından yox, referendum çağrılmalıdır, Konstitusiyaya düzəliş edilməlidir ki, 1 şəxs dəfələrlə Azərbaycan Respublikasının Prezidenti seçilə bilər. Biz nəyə görə möhtərəm İlham Əliyevin 3-cü dəfə prezident seçilmək hüququna məhdudiyyət qoymalıyıq ki?! Bu vətəndaş hüququnun pozulmasıdır! Axı, möhtərəm İlham Əliyev, Heydər Əliyev siyasi kursunun davamçısıdır, bu kurs isə müvəffəqiyyətli bir kursdur, ölkədə sabitliyin təminatçısıdır. Gəlin baxaq Rusiyaya. Putin iki müddət prezident seçildiyindən, Rusiya Konstitusiyasına əsasən bu gün, üçüncü dəfə seçilə bilmədi. Amma ruslar Putini istəyirdilər. İstəsələr də onu seçə bilmədilər. Deməli bir tərəfdən, bir vətəndaşın prezident seçilə bilmək hüququ pozulursa, digər tərəfdən milyonlarla vətəndaşın öz istədiyini prezident seçmək hüququ pozulub.

R.S. Bu müsahibə “Şəkinin səsi” və “İpəkçi” qəzetlərində və bu qəzetlərin veb saytında dərc olunmuşdur.

****

26 oktyabr 2008-ci il - son prezident seçkilərindən 2 həftə sonra.

Prezident İlham Əliyev 5 il sonra 3-cü dəfə prezident seçilə bilərmi?

Azərbaycanda bu prezident seçkiləri gözlənildiyi kimi, necə ki 5 il əvvəldən məlum idi, eləcə İlham Əliyevin qeyd-şərtsiz qələbəsi ilə başa çatdı, amma növbəti dəfə kimin prezident seçiləcəyi barədə heç kim qəti proqnoz verə bilmir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə 1 şəxs dalbadal 2 dəfədən artıq, prezident seçilməməlidir və bu səbəbdən də İ. Əliyevin 3-cü dəfə prezident seçilmək hüququ yoxdur. Amma prezidentin tərəfdarları, məsələn, Hadi Rəcəbli belə hesab edir ki,
"referendum çağrılmalıdır, Konsti-tusiyaya düzəliş edilməlidir ki, 1 şəxs dəfələrlə Azərbaycan Respublikasının Prezidenti seçilə bilər. Biz nəyə görə möhtərəm İlham Əliyevin 3-cü dəfə prezident seçilmək hüququna məhdudiyyət qoymalıyıq ki?!"
Sitat, bir neçə ay əvvəl Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri, millət vəkili Hadi Rəcəblidən götür-düyümüz müsahibədəndir. Müsahibənin tam mətni, bir sıra maraqlı məqamları ilə bilikdə, "Şəkinin səsi" qəzetinin veb saytında dərc olunub, baxa bilərsiniz.

R.S. Bu məqalə “Şəkinin səsi” və “İpəkçi” qəzetlərinin bloq-saytında, həm-çinin, avtomatik olaraq, o vaxtın aparıcı xəbər saytlarından biri olan “metbuat.info”da dərc olunmuşdur.

***

9 noyabr 2008-ci il

Prezidentlik üçün limitin ləğv olunması ilə bağlı Hadi Rəcəblinin təşəbbüsünü Siyavuş Novruz və digər deputatlar da dəstəklədilər...

Hadı Rəcəblı: "...referendum çağrılmalıdır, Konstitusiyaya düzəliş edilməlidir ki, 1 şəxs dəfələrlə Azərbaycan Respublikasının prezidenti seçilə bilər. Biz nəyə görə möhtərəm İlham Əliyevin 3-cü dəfə prezident seçilmək hüququna məhdudiyyət qoymalıyıq ki?! "Əv-vəlcə, millət vəkili Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, bu günlərdə isə digər millət vəkilləri Siyavuş Novruz, Aydın Mir-zəzadə, Mixail Zebelin də KİV-nə verdikləri müsahibələrdə Hadı Rəcəblının təşəbbüsünü olduğu kimi dəstəklədiklərini nümayiş etdiriblər.
"Şəkinin səsi" qəzetinin daimi oxucularına və bizim veb səhifələri müntəzəm olaqaq izləyənlərə məlumdur ki, bu ilin mart ayında millət vəkili, Sosial Siyasət Daimi Komissiyasının sədri Hadi Rəcəbli, Prezident İlham Əliyevin 5 il sonra, 3-cü dəfə də prezident seçillə bilməsi üçün Konstitusiyaya müvafiq düzəlişin edilməsi barədə ideya ortaya atmışdır və onun bu təşəbbüsü barədə ilk dəfə "Şəkinin səsi" qəzeti və "Şəkinin səsi" qəzetinin veb səhifələri məlumat yaymışdır.
R.S. Bu məqalə də “Şəkinin səsi” və “İpəkçi” qəzetlərinin bloq-saytında, həmçinin, avtomatik olaraq, o vaxtın aparıcı xəbər saylarından biri olan “metbuat.info”da dərc olunmuşdur.

"İpəkçi" qəzeti, 16 mart, 2010-cu il.

1 комментарий:

Анонимный комментирует...

Amiable post and this post helped me alot in my college assignement. Gratefulness you on your information.