воскресенье, 14 сентября 2008 г.

ŞƏKİ TEATRI YENİ MÖVSÜMƏ HAZIRLAŞIR

Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında yeni mövsümə hazırlıq işləri davam etdirilir.Teatrın direktoru Hikmət Nəbiyev bildirdiyinə görə sentyabrın 15-nə təyin edilmiş açılış günündə yaradıcı kollektiv teatrsevərlərə rejissor Novruz Cəfərovun “Buna da ... şükür” ikihissəli komediyasını təqdim edəcəkdir.Tamaşanın rəssamı Qüdrət Məmmədov, musiqi tərtibatçısı İlqar Saatovdur. Əsas rolları Xanlar Həşimzadə, Aydın Əlibalayev, Brilyant Babayeva, Xəyal Abbaszadə və başqaları ifa edirlər.Teatrda eyni zamanda, Georgi Xuqayevin “Bişmiş yumurta və çiy məhəbbət” komediyası üzərində də məşqlər davam etdirilir. Oktyabrın sonunda isə teatrın yaradıcı kollektivi bu ildə ikinci dəfə Türkiyənin İstanbul şəhərinə qastrol səfərinə yola düşəcəkdir.

Комментариев нет: