среда, 17 сентября 2008 г.

Bu məktəbə “Şəkinin Akademiyası” da deyirlər

Şəkidəki 10 saylı orta məktəbdə 1000 nəfərə yaxın şagird təhsil alır. Bunların təlim və tərbiyəsi ilə 185 nəfər müəllim məşğul olur. Məktəbin qədim tarixi və zəngin ənənələri var. Hər il bu məktəbin məzunlarının ya hamısı, ya da böyük əksəriyyəti müvəffəqiyyətlə imtahan verərək ən nüfuzlu ali məktəblərə daxil olurlar. Ona görə də bu tədris ocağı “Pilot məktəb” kimi şöhrət qazanmışdır. Bu il də həmin məktəbin 35 nəfər məzunu ali məktəblərə daxil olub. Onlardan 10 nəfəri 500-dən, 4 nəfəri isə 600-dən yuxarı bal toplamışlar. Məktəbin 1 nəfər şagirdi Türkiyənin Gülhanə Ali Hərbi Tibb Akademiyasına təhsil almaq hüququ qazanıb. Ümumiyyətlə bu məktəbin məzunlarından 7 nəfəri qardaş Türkiyənin ən nüfuzlu ali məktəblərinin tələbəsi olmuşlar. Bu naliyyətlərin qazanılmasında məktəbin pedaqoji kollektivinin böyük rolu vardır. Kollektiv onlara göstərilən dövlət qayğısına əməli işlə cavab verir. Məktəbin maddi-texniki bazasi ildən-ilə möhkəmləndirilir. 2 il bundan əvvəl Heydər Əliyev fondunun vəsaiti hesabına məktəb üçün 240 yerlik yeni tədris korpusu tikilib istifadəyə verilmişdir. Bu il isə şagirdlər dərslərini tamamilə yenidən qurulmuş əsas tədris korpusunda davam etdirəcəklər. Bütün bu məslələr barədə Bilik gününə və məktəbin tamamilə yenidən qurulmasına həsr olunmuş mərasimdə geniş danışılmışdır. Şəki Şəhər İcra Hakimiyyətinin Başçısı Nazim İbrahimov başda olmaqla rayonun rəhbər işçiləri tədbirdə iştirak etmişlər. Tədbiri giriş sözü ilə məktəbin direktoru Elxan Abdullayev açmış, çıxışlar olmuşdur. Millət vəkili, Tarix İnistitunun direktoru Yaqub Mahmudov müəllim və şagirdləri yeni dərs ilinin başlanması münasibəti ilə təbrik etmişdir. Şagirdlərin ifasında Vətəni, ananı, məktəbi tərənnüm edən kompozisiya səslənmişdir. Tədris korpusun açılışını bildirən rəmzi qırmızı lent kəsildikdən sonra şagirdlər siniflərə daxil olmuşlar.

Mənbə:http://sheki-ih.gov.az/

Комментариев нет: