вторник, 23 сентября 2008 г.

ŞƏKİ RAYONU MƏRKƏZİ RAYON XƏSTƏXANASININ YENİ KORPUSUNUN TƏMƏLQOYMA MƏRASİMİ


Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 19-da Şəki şəhərinə gəlmişdir.Dövlətimizin başçısı əvvəlcə Şəki mərkəzi rayon xəstəxanasının 100 çarpayılıq yeni korpusunun təməlqoyma mərasimində iştirak etdi. İnşaatçılar, şəhər ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı hərarətlə qarşıladılar.Dövlətimizin başçısı yeni korpusun layihəsi ilə tanış oldu.Məlumat verildi ki, Şəki şəhərinin girəcəyində, Olimpiya-İdman Kompleksinin yaxınlığında inşa ediləcək bina Dünya Bankının və Azərbaycan hökumətinin birgə layihəsi olan “Tibbi xidmətlər sahəsində islahatların aparılması” layihəsi çərçivəsində tikilir. Layihənin həyata keçirilməsi üçün Şəki, Qax, Ağdaş, İsmayıllı və Abşeron pilot rayonlar kimi seçilmişdir. Layihəni Dünya Bankı, Azərbaycan hökuməti, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi, YUNİSEF və Dünya Səhiyyə Təşkilatı maliyyələşdirir.Yeni korpusun birinci mərtəbəsində təcili tibbi yardım, poliklinika, diaqnostika şöbəsi, 8 çarpayılıq hemodializ, sterilizasiya şöbələri, laboratoriya, yeməkxana, exokardiologiya, kompyuter tomoqrafiyası, endoskopiya, rentgen şöbələri fəaliyyət göstərəcəkdir.İkinci mərtəbədə isə 28 çarpayılıq cərrahiyyə şöbəsi, iki əməliyyat bloku ilə birlikdə 12 çarpayılıq anesteziologiya və reanimasiya şöbəsi, 55 çarpayılıq terapiya şöbəsi yerləşəcəkdir. Binanın 2011-ci ildə istifadəyə verilməsi nəzərdə tutulmuşdur.Prezident İlham Əliyev gilizi təmələ qoydu və beton qarışığı tökdü. Sonra Şəki ictimaiyyətinin nümayəndələri ilə görüşüb söhbət etdi.Şəki şəhər mərkəzi xəstəxanasının baş həkiminin müavini NAĞDALI BALAŞOV dövlətimizin başçısına müraciətlə dedi: - Cənab Prezident, Sizin hər bir gəlişiniz Şəkiyə yeni həyat gətirir. Bu gün bizim qəlbimiz sevinclə, fərəhlə döyünür. 2006-cı ildə Siz Şəkidə modul tipli elektrik stansiyasının açılışı ilə bizə işıq verdiniz və biz o vaxt Sizi şəriksiz Prezidentimiz adlandırdıq. Bu gün isə yeni müalicə korpusunun təməlinin qoyulması ilə bizə insanlarımıza sağlamlıq bəxş edirsiniz.Əziz Prezidentimiz, Sizin andiçmə mərasimində dediyiniz kəlam var idi: “Mən hər bir azərbaycanlının Prezidenti olacağam”. Bu, həyatda öz əksini tapmışdır. Siz bizə işıq, istilik vermisiniz, əmək haqlarımızı artırmısınız və balalarımızın təhsili üçün Şəkidə çoxlu məktəblər tikmisiniz. Buna görə Sizə öz minnətdarlığımızı bildiririk. Eyni zamanda Azərbaycanda 700 mindən çox iş yeri açılmışdır. Əvvəllər ölkəmizi tərk edib gedən soydaşlarımız artıq Azərbaycana qayıdır, onlar işlə təmin olunurlar. Hətta əcnəbi vətəndaşlar da iş dalınca Azərbaycana gəlirlər. Biz inanırıq ki, bundan sonra Azərbaycanda həm yoxsulluq, həm də işsizlik olmayacaqdır. Möhtərəm Prezidentimiz, Şəkidə də son illər quruculuq, abadlıq işləri getmişdir. Şəkinin incisi olan Şəki xanlarının sarayı bərpa olunmuşdur. Mədəniyyət ocaqları bərpa olunub xalqın istifadəsinə verilmişdir. Möhtərəm Prezidentimiz, Sizi sevməyən, vətəni də sevməz. Vətənə sevgi, xalqa sevgi Sizdən başlayır. Siz bizə o qədər yaxınsınız ki, biz unuduruq kimlə danışırıq. Hesab edirik ki, Siz də bizi beləcə, o doğmalıqla sevirsiniz. Şəki camaatı Sizi sevir, Sizinlə fəxr edir. Allah Sizi qorusun!İLHAM ƏLİYEV: Çox şadam ki, bu gün yenidən Şəkidəyəm, sizinlə birlikdəyəm. Mən Şəkidə dəfələrlə olmuşam. Hər dəfə burada olarkən sizinlə bərabər gözəl obyeklərin açılışını, yaxud da ki, təməlinin qoyulmasını birlikdə qeyd edirik. Bu gün də istisna deyil, bu gün Şəkidə ən müasir, dünya standartlarına cavab verəcək yeni böyük xəstəxananın təməlini qoyduq...

ardı: Şəki Şəhər İcra Hakimiyyəti ( http://sheki-ih.gov.az/news.php?extend.80 )