воскресенье, 28 сентября 2008 г.

Qafqazda analoqu olmayan SES


70 il bundan əvvəl inşa olunmuş, Qafqazda analoqu olmayan Şəki Su Elektrik Stansiyasının gücü Almayadan gətirilib quraşdırılmış yeni avadanlıqlar hesabına 3-4 dəfə artırılmışdır. Şəki SES-in drektoru Aydın Xəlilov demişdir ki, bu hələ görülən işlərin hamısı deyil. 1936-cı ildən sonra Şəki SES-də ilk dəfə olaraq iri miqyaslı bərpa və yenidənqurma işləri aparılmış, turbinlərin sugətirici kanalında (polad boru kəmərində) 3 ədəd konpensator əsaslı təmir edilmişdir. Işin mürəkkəbliyi və çətinliyi onda olmuşdur ki, bütün bu işlərin hamısı dağlıq şəraitdə, heç bir texnikanın köməyi olmadan, 85-264 metr yüksəklikdə əl ilə görülmüşdür. Rekonstruksiya işləri investor “General Construction” MMC əməkdaşlarının və yerli energetiklərin fədakar əməyi sayəsində təmir-tikinti planına dair qrafikdə nəzərdə tutulan vaxtda başa çatdırılmışdır. Indiyədək bu MMC tərəfindən stansiyaya 2 milyon manatdan çox investiya qoyulmuşdur. Gələcəkdə də Şəkinin içməli su və elektirk enerjisi ilə təminatında problemlərin tamamilə aradan qaldırılması üçün maliyyə vəsaiti ayrılacaqdır.
Mənbə: Şəki Şəhər İcra Hakimiyyəti

Комментариев нет: