Sentyabrın 29-da Şəki şəhərində Əhalinin sosial müdafiəsi mərkəzinin inzibati binasının qarşısındakı meydanda 103 yaşlı şəhər sakini, I qrup Böyük Vətən müharibəsi əlili Mənəf Məmmədova “OKA” markalı minik avtomobilinin təqdim edilməsi münasibətilə tədbir keçirilmişdir. Şəhər rəhbərliyinin və ictimaiyyət nümayəndələrinin qatıldıqları tədbiri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Baş Məşğulluq İdarəsinin rəisi Anar Bədəlbəyli açaraq, ölkəmizdə əlillərə, habelə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların ailələrinə, eləcə də sosial müdafiəyə ehtiyac duyan insanlara göstərilən yüksək dövlət qayğısından danışmış, bu qəbildən olan şəxslərin, ailələrin həyat şəraitini, sosial rifahını yaxşılaşdırmaq üçün həyata keçirilən tədbirlər barədə məlumat vermişdir. Böyük Vətən və Qarabağ müharibələri əlillərinə indiyədək 2 minə yaxın, o cümlədən 2008-ci ilin ötən dövründə 450 minik avtomobilinin verildiyini diqqətə çatdıran idarə rəisi, ilin sonunadək daha 200 əlilin avtomobillə təmin olunacağını bildirmişdir. Böyük Vətən müharibəsi əlili Mənəf Məmmədov bu qayğıya görə minnətdarlığını bildirmiş, dövlətimizin öz vətəndaşlarına maddi və mənəvi dayağını yüksək qiymətləndirmişdir. Mərasimin sonunda müharibə əlilinə “OKA” markalı avtomobilin açarları təqdim edilmişdir. Bundan əlavə, əlil Mənəf Məmmədova ƏƏSMN tərəfindən soyuducu və televizor da hədiyyə olunmuşdur.
Mənbə: Şəki Şəhər İcra Hakimiyyəti ( http://sheki-ih.gov.az/news.php?extend.85 )
пятница, 3 октября 2008 г.
Подписаться на:
Комментарии к сообщению (Atom)
Комментариев нет:
Отправить комментарий