вторник, 7 октября 2008 г.

"İlham Əliyev" şəkil sorğusu üzrə "Google"nin şəkil axtarış sistemi 2-ci və 3-cü yerdə "Şəkinin səsi" qəzetinin veb saytından şəkillər təqdim edir...

Təxminən, 1 il əvvəl www.google.com axtarış sistemi vasitəsi ilə "Şəkinin səsi" qəzetinin adını axtarırdım, cəmi, 2-3 nəticə tapıldı. Qərara aldım ki, gərək, qəzetin veb saytını yaradım. Düzdür, internet saytı yaratmaq işində nə nəzəri biliyim vardı, nə də təcrübəm, nə bunu hansısa veb ustasına düzəltdirməyə yetəcək pulum, nə də özüm düzəltmək üçün hansısa veb ustasının nəzəri biliyindən və təcrübəsindən yararlanmaq imkanım. Üstəlik, o vaxt da fərdi kompüterim yox idi, necə ki indi. Amma...

Hal-hazırda, 2008-ci ilin oktyabrın 5-i üçün, www.google.com axtarış sistemi vasitəsi ilə internetdə "Şəkinin səsi" qəzetinin adı 4060 dəfə tapılır! "Şəkinin səsi" veb saytının adı bir sıra nüfuzlu beynəlxalq internet kataloqlarına daxıl edilib, o cümlədən, bizim sayt "Google nternet kataloqu"nda Azərbaycan dilli "KİV və Xəbərlər" kateqoriyası üzrə qeydə alınmış 14 saytdan biridir! ( Bax: ) Onun 153 səhifəsi, 109 şəkli www.google.com saytı tərəfindən skaner edilmiş və axtarış sisteminə daxil olunmuşdur. Həmçinin,

  • əgər siz, www.google.com saytının axtarış xanasına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adını yazıb, prezidentin şəklini axtarsanız, 394 nəticədən 2-ci və 3-nün "Şəkinin səsi" veb saytından olduğunu görə bilərsiniz (bax: ); özü də bizim şəkillərdən birincisi məhz, prezident seçgiləri, - yəni bu günün ən aktual mövzusu, ilə bağlı məqalədə yerləşdirilmişdir. Sərlövhəsi «İLHAM ƏLİYEV AZƏRBAYCANIN ÜMİD ÇIRAĞIDIR. ONUN YENİDƏN PREZİDENT SEÇİLƏCƏYİNƏ HEÇ BİR ŞÜBHƏ YOXDUR» olan həmin məqalə, 2007-ci ildə "Şəkinin səsi"-"İpəkçi"nin baş redaktoru, əməkdar jurnalist Salis Məmmədov tərəfindən böyük uzaqgörənliklə qələmə alınmışdır...
  • Həmçinin, millət vəkili, Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəblinin adı üçün, 1040 nəticədən 1-ci və 2-cisi bizim saytdandır (bax: )! Bundan başqa, Hadi Rəcəblinin adı üzrə mətn axtarışında 12200 nəticədən 3-cüsü bizim saytdandır (bax: );
  • Mədəniyyət və Turizm nazirli Əbülfəz Qarayevin adı üzrə 477 şəkildən 3-cüsü (bax: );
  • Elçin Əfəndiyevin adı üçün 1860 şəkildən 3-cüsü ( bax: );
  • Abid Şərifov üçün 389 nəticədən ilk 1-3-cüsü "Şəkinin səsi"ndəndir (bax: );
  • Elmira Süleymanovanın adı üzrə 494 şəkildən 18-19-cu (bax: );
  • ABŞ səfiri Ənn Dersi-nin adı üzrə 102 şəkildən 1-cisi !(bax: );
  • Almaniya səfiri Per Kristofer-in adı üzrə 27100 nəticədən 1-cisi! ( bax: );
  • Milli qəhrəman Çingiz Mustafayevin adı ilə şəkil axtarışında 527 nəticədən 3-cüsü bizim saytdandır( bax: );
  • Şəkinin adı üzrə mətn axtarışında "Şəkinin səsi" veb saytı nəzdində yaradılmış "Şəki tarixi" saytı 343000 nəticədən 7-ci dir ( bax: ); yeri gəlmişkən, bu sayt Google PageRank-ın 4-cü dərəcəsi almış yeganə Səki saytıdır!
  • Fətəli xan Xoyskinin adı üçün mətn axtarışında "Şəkinin səsi" veb saytı nəzdində yaradılmış "Fətəli xan Xoyski barədə sayt" 13700 nəticə sırasında 2-ci yerdədir ( bax: );
  • Ən sonda maraqlı bir təsadüfü də qeyd edim. 2-il əvvəl, mərhum Ramiz Mirzəyev bizə bir fotoaparat hədiyyə etdi, bundan bir il sonra o haqq dünyasına qovuşdu, Allahın ishinə bax, bu gün www.google.com da onun adı ilə şəkil axtarışı üzrə 617 nəticədən 1-ci və 2-cisi bizim sayta aiddir (bax: )! Onun adı ilə mətn axtarışında isə bizim saytdan götürülmüş material 23600 nəticə sirasında 6-cıdır (bax: ).

Aydın Məmmədov, "Şəkinin səsi" qəzetinin redaktoru

Комментариев нет: