понедельник, 27 октября 2008 г.

ŞƏKİ ELEKTRİK STANSİYASI PAYIZ-QIŞ MÖVSÜMÜNƏ HAZIRDIR

Şəki Elektrik Stansiyasında payız-qış mövsümünə hazırlıqla əlaqədar əsaslı və cari təmir işləri həyata keçirilmişdir. «Azərenerji» ASC-nin mətbuat xidmətindən bildirmişlər ki, cari ilin sentyabr ayında müəssisədə 32 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilmişdir. Bu, proqnozlaşdırıldığından 2 milyon kilovat-saat çoxdur. Elektrik enerjisinin istehsalına sərf olunan şərti yanacağın xüsusi sərfinin azalması hesabına 72 tondan artıq şərti yanacağa qənaət edilmişdir. Cari ilin 9 ayında müəssisədə 240 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilmişdir ki, bu da nəzərdə tutulduğundan 22 milyon kilovat-saat çoxdur. Eyni zamanda 295 tondan çox şərti yanacağa qənaət edilmişdir. Payız-qış mövsümünə hazırlıq çərçivəsində lazımi miqdarda sürtgü yağları və ehtiyat hissələri əldə edilmiş,bina və qurğularda təmir işləri aparılmış, habelə müəssisənin xidməti ərazisində abadlıq işləri görülmüşdür. Mütəxəssislər tərəfindən aqreqatlara göstərilən düzgün texniki xidmət nəticəsində hazırda 10 aqreqatın hamısı saz vəziyyətdədir.

Mənbə: Şəki Şəhər İcra Hakimiyyəti ( http://www.sheki-ih.gov.az/news.php?extend.100 )

Комментариев нет: