воскресенье, 26 октября 2008 г.

Prezident Ilham Əliyev 5 il sonra 3-cü dəfə prezident seçilə bilərmi?

Azərbaycanda bu prezident seçkiləri gözlənildiyi kimi, necə ki 5 il əvəldən məlum idi, eləcə İlham Əliyevin qeyd-şərtsiz qələbəsi ilə başa çatdı, amma növbəti dəfə kimin prezident seçiləcəyi barədə heç kim qəti proqnoz verə bilmir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə 1 şəxs dalbadal 2 dəfədən artıq, prezident seçilməməlidir və bu səbəbdən də İ. Əliyevin 3-cü dəfə prezident seçilmək hüququ yoxdur. Amma prezidentin tərəfdarları, məsələn, Hadi Rəcəbli belə hesab edir ki,

"referendum çağrılmalıdır, Konstitusiyaya düzəliş edilməlidir ki, 1 şəxs dəfələrlə Azərbaycan Respublikasının Prezidenti seçilə bilər. Biz nəyə görə möhtərəm İlham Əliyevin 3-cü dəfə prezident seçilmək hüququna məhdudiyyət qoymalıyıq ki?!"

Sitat, bir neçə ay əvvəl Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri, millət vəkili Hadi Rəcəblidən götrdüyümüz müsahibədəndir. Müsahibənin tam mətni, bir sıra maraqlı məqamları ilə bilikdə, "Şəkinin səsi" qəzetinin veb saytında dərc olunub, baxa bilərsiniz: http://shekininsesi.googlepages.com/#_Toc207137504

Комментариев нет: