суббота, 25 октября 2008 г.

Tekin Maharlı - Ağla Qərənfil, aqla!


Ağla ki Azərbaycan yasdadır, Ağla ki acımız böyükdür… Bu igidlər Azərbaycanın sarsılmaz qəhrəmanları Əmani qardaşlarıdır… Aldığımız acı xəbərə görə Mühəndis Qulam Rza Əmani və iki qardaşı dünən Oktyabrın 23 də Güney Azərbaycanın Təbriz şəhərində İran dövləti tərəfindən uydurma maşın qəzası nəticəsində dünyasını dəyişiblər. Bu inanılmaz hadisə, Əmani bəyi yaxından və uzaqdan tanıyan hər kəsi şübhəsiz, böyük bir üzüntüyə məruz qoyubdur. Gəncliyinin beş ilini fars şovinizminin zindanlarında milləti, yurdu və inancı yolunda təqdim edən Mühəndis Əmani artıq bizdən ayrıldı və ayrılması ilə bütün Azərbaycan millətini sonsuz bir acı və kədər içində buraxdı. Bu itgi nə qədər ciddi olsa da, yenə də inanmaq olmur. Mühəndis Əmanidən Azərbaycan-türk millətinə miras qalan bugünkü Azərbaycan Milli Hərəkatı və onun balaca oğlu Arazdır. İnanıram millətimiz bu iki əmanətə kifayət qədər sahib çıxacaqdır. Bir daha bu böyük itkini Azərbaycan xalqına, Mühəndis Əmani Bəyin hörmətli ailəsinə və bütün Azərbaycan Milli Hərəkatının mənsublarına baş sağlığı verib, o böyük kişinin yolunun davamlı və gedərli olacağına ümid edirəm. Tanrı o böyük kişiyə rəhmət eyləsin.

Hörmətlə: Tekin
Oktyabr 2008 Quzey Amerika

Комментариев нет: