среда, 8 октября 2008 г.

Qızların basketbol yarışı başlanıb

Oktyabr ayının 5-dən etibarən Gəncə Olimpiya İdman Kompleksində yeniyetmələrin VI respublika oyunları çərçivəsində qızlar arasında basketbol üzrə final yarışları başlanıb.

Bu haqda məlumat verən yarışların təşkilat komitəsinin sədri, basketbol federasiyasının şəhər şöbəsinin baş katibi Elçin Süleymanov bildirib ki, bundan əvvəl keçirilən oğlanların yarışından fərqli olaraq bu yarışda zona turniri keçirilmədən birbaşa qalib komandalar finalda iştirak edir. Qeyd edək ki, 1993-1994-cü il təvəllüdlü yeniyetmələrin yarışına 8 komanda («Bakı-Qaradağ», «Gəncə», «Sumqayıt», «Şəki», «Cəlilabad», «Abşeron», «Qax», «Mingəçevir») qatılıb. Bu günki yarış günündə «Gəncə» ilə «Sumqayıt»la üz-üzə gələrək 27-25 hesabı ilə qalib gəlib. Daha sonra «Qaradağ» «Cəlilabad»lıları qəbul edəcək. Yarışlara ayın 8-də yekun vurulacaq.

Комментариев нет: