среда, 8 октября 2008 г.

Şəkidə ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Gənclər Birliyi "Mən ilk dəfə səs verirəm" layihəsi çərçivəsində Şəki şəhərində 18 yaşı tamam olan və ilk dəfə səs verəcək gənclərlə görüş keçirib. "OLAYLAR"İA-ya daxil olan məlumatda bildirilib ki, görüşdə prezidentliyə namizəd İlham Əliyevin vəkili, YAP Gənclər Birliyinin sədri Ramil Həsənov da iştirak edib. O, çıxışında gəncləri günü gəncləri fəal olmağa çağırıb. Onun sözlərinə görə, gənclər seçkidə səs verməklə öz gələcəkləri, o cümlədən dövlətin gələcəyinə səs vermiş olacaqlar. Ramil Həsənov bildirib ki, ilk dəfə səs verən gənclər üçün prezident seçkiləri ciddi hadisədir. YAP Gənclər Birliyinin sədri cəmiyyətdə gənclərin öz imkanlarını üzə çıxarmaq üçün bütün şərait yaradıldığını bildirib. O, deyib ki, dövlət bacarıqlı və istedadlı gənclərin potensialından səmərəli istifadə edir. Bu siyasətin dönməz xarakter aldığını deyən YAP Gənclər Birliyinin sədri Şəki gənclərini oktyabrın 15-də öz firəvan gələcəkləri naminə İlham Əliyevə səs verməyə çağırıb.

Комментариев нет: