среда, 8 октября 2008 г.

Şəkidə məişət tullantılarının emalı zavodu tikilməlidir

"Ruzigar" Ekoloji İctimai Birliyi Qeyri-hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi Layihə Proqramı çərçivəsində Şəki şəhərində "Məişət tullantılarının idarə olunması" mövzusunda dəyirmi masa keçirib. Bu barədə birliyin rəhbəri İslam Mustafayev məlumat verib. Rayon İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ərazi idarələrinin, bələdiyyənin, Kommunal Təsərrüfatı İdarəsinin, səhiyyə orqanlarının, QHT-lərin nümayəndələrinin iştirak etdiyi tədbirdə Şəki şəhərində məişət tullantılarının idarə olunması sahəsindəki mövcud vəziyyət, maddi-texniki təchizat, insan resursları müzakirə olunub, bu sahədə inkişaf yolları müəyyənləşdirilib. Bu sahədə əhalinin maarifləndirilməsi və məlumatlandırılması problemi əsas fəaliyyət istiqaməti kimi qiymətləndirilib. İrəli sürülən təkliflər arasında Şəki şəhərində məişət tullantılarının emal olunması üçün zavodun tikilməsi və mövcud poliqonun ləğv edilməsi təxirəsalınmaz vəzifə kimi irəli sürülüb. ("OLAYLAR"İA)

Комментариев нет: