среда, 8 октября 2008 г.

Yevlax və Şəki şəhərlərində yerli telekanallar fəaliyyətə başlayır

Yaxın gələcəkdə Yevlax və Şəki şəhərlərində yerli telekanallar fəaliyyətə başlayacaq. Bu barədə məlumatı AZADİNFORM-a Milli Televiziya və Radio Yayımları Şurasının (MTRYŞ) şöbə müdiri Qafar Cəbiyev verib. Bununla bağlı artıq bütün işlərin başa çatdığını vurğulayan Q.Cəbiyev yaxın gələcəkdə sözügedən televiziyaların açılış mərasiminin olacağını qeyd edib. Onun sözlərinə görə, televiziyaların fəaliyyəti ilə bağlı müvafiq lisenziyalar da verilib. “Ölkəmizin regionlarında yerli telekanalların artması sevindirici haldır. Biz çox istərdik ki, bu kimi tədbirlər respublikamızın hər bir bölgəsində həyata keçirilsin. Hesab edirəm ki, imkan daxilində ölkəmizdə bu istiqamətdə tədbirlərimiz davam edəcək”,-deyə Q.Cəbiyev əlavə edib. Q.Cəbiyev Bakı şəhərində xüsusi olaraq İdman televiziyasının da açılacağını söyləyib.

Комментариев нет: