понедельник, 10 ноября 2008 г.

Araşdırma: indiki uşaqların yaddaşının daha güclü olduğu məlum oldu!

1980-ci illərdə ilk dəfə Yeni Zellandiyalı tədqiqatçı James R. Flynn, insan zəkasının əvvəlki dövrlərə nisbətən inkişaf etməkdə olduğunu iddia etmişdir. İsveçdədə "Betula proyekti" adı verilən bir iş isə yeni tapıntıları daha qabarıq şəkildə üzə çıxardı.
Stockholm Universiteti 20 il ərzində yaşı 25 - 80 olan 4 min 200 adamı sual-cavab etdi. Universitetin Psixologiya fakültəsində işləyən Lars-Göran Nilsson, son nəhayətdə bu qənaətə gəldi ki, "İnsanın təcrübə yaddaşının hər yeni generasiyada daha çox artması gözlənir". Araşdırma, əslində uşaq yaşlarında insanlarda kəmağıllığın əlamətlərini aşkara çıxarmaq üçün aparılmışdı.
Ortaya çıxan maraqlı nəticələrdən biri isə, böyük ailələrə nisbətən, kiçik ailələrdə böyüyən uşaqlarda yaddaşın daha güclü olmasının aşkar edilməsidir. Həmçinin, məlum oldu ki bu məsələdə uşağın neçənci doğulmasının da əhəmiyyəti var. Belə ki, ailədə daha əvvəl doğulanların, yəni böyük uşaqların, daha yaxşı bir yaddaşa sahib olduqları təcrübədə təsdiq edildi. Lars-Göran təxmin edir ki, bunun səbəbi valideynlərin ailədə əvvəl doğulan uşaqlara çox, sonra doğulan uşaqlara isə az diqqət yetirilməsidir.


Türkcədən çevirdi: A. Məmmədov

1 комментарий:

Unknown комментирует...

salam.Mövzuya uyğun olmasada əlaqə bölməsini tapmadım onun üçün bura yazır. Mən yazılarımı "Şəkinin səsi" qəzetində dərc etdirmək istəyirəm.Bunu necə etmək olar. Zəhmət deyilsə http://meslehetotagi.blogspot.com