суббота, 1 ноября 2008 г.

Bakı Meriyası S. Şaumyanın qəbrini və heykəlinin Bakının mərkəzindən köçürülməsində tərəddüd edir!

Artıq neçə aydır ki, Sahil parkı yenidənqurma işləri adı ilə çəpərlənib, lakin parkda hər hansı yenidənqurma işinin aparılması gözə dəymir. Bura daha əvvəllər 26 Bakı komissarının şərəfinə "26-lar" parkı adlanırdı, həmin komissarların, o cümlədən 10 minlərlə müsəlmanı qətlə yetirmiş Stepan Şaumyanın qəbri də rəsmən buradadır. Ötən əsrin 90-cı illərinin əvvəllərində memorial kompleksin yazıları, qorelyef və barelyefləri dağıdılsa da, əsas hissə, qəbirlər və Şaumyanın heykəli salamat qaldı. Maraqlıdır ki, nə Mütəllibov, nə də Elçibəy dövründə Karl Marksın dahinin heykəlinin və bu kimi bir çox möhtəşəm heykəlləri barbarcasına dağıdıldığı bir vaxtda, Şaumyanın heykəlinə və qəbrinə heç kim toxunmadı! Deyilənlərə görə mərhum Prezident Elçibəy həmin məzarlığa xüsusi diqqət yetirirmiş, Azərbaycanının bütün vəfat etmiş rəhbərlərinin nəşinin bura gətirilməsini, o cümlədən özünün də məhz burada dəfn edilməsini arzulayirmiş və guya belə bir vəsiyyət də yazıbmış. H. Əliyevin prezidentliyi dövründə də "26-lar"ın qəbirləri öz yerində qaldı. Ola bilsin ki bu, mərhum H. Əliyevin o vaxtkı Tarix Muzeyinin direktoru P. Əzizbəyovaya güzəştə getməsi idi. Belə ki P. Əzizbəyova 26-ların içindəki iki Azərbaycanlıdan birinin - M. Əzizbəyovun qızı idi.

Deyilənlərə görə, 1918-ci ildə Türkmənistanda güllələnmiş "26-lar" -ın sümükləri 2 il sonra Bakıya gətiriləndə və təntənəli şəkildə burada dəfn ediləndə N. Nərimanovu izdiham qarşısında çıxış etməkdən yayınmaq istəyibmiş. Öz hərəkətini o belə əsaslandırırdı: "Niyə məni məcbur edirsiniz ki yalan danışım, axı mən yaxşı bilirəm ki tabutların yarıdan çoxunun içində torpaqdan başqa heç nə yoxdur!"

Ötən əsrin 90-cı illərində mərhum Akademik Z. Bunyatov mətbuatda çıxış edərək 1918-ci ildə S. Saumyanın güllələnmədiyini, Hindistana getdiyini, uzun ömür sürərək orada da öldüyünü və qəbrinin də Hindistanda olduğunu sübut etməyə çalışırdı. Lakin bu S. Saumyanın aqibəti barədə yalnız mülahizə olaraq qaldı. Rəsmən isə S. Saumyan Bakının mərkəzində Sahil parkındakı memorial kompleksdədir!
Ən narahat doğuran şey isə bu idi ki, Şaumyanın məzarı üzərində daima böyük bir talpa olur, uşaqlar oynayır, gənc qızlar və oğlanlar bir biri ilə, nə isə... Və bu talpada yaşlı nəslin nümayəndələri də heç də az deyildi. Heyrətlənməli bir işdir, tutalım ki uşaqlar, yeniyetmələr, gənclər harada dayandığını bilmir, bəs bu yaşlı nəslin nümayəndələri, nə tez unutdular yaxın keçmişi?! Bir vaxtlar kimin nə hünəri var idi ayağını bu mərmərin üzərinə basardı!

Bəlkə də Sahil parkını məhz, bu səbəbdən çəpərləyiblər. Çəpərləyiblər ki adamlar Şaumyanın qəbri üstündə gəzməsinlər?


Bu mövzu digər mənbələrdə:


Bu sayt, bu barelyefin Qaqarin şəhərində olduğunu göstərir!? Bu bəyəm daha əvvəl Bakıda deyildimi?




Комментариев нет: