суббота, 1 ноября 2008 г.

OMBUDSMAN ŞƏKİDƏ ÜMUMDÜNYA İNSAN HÜQUQLARI BƏYANNAMƏSİNİN 60 İLLİYİNƏ HƏSR EDİLMİŞ SEMİNAR KEÇİRMİŞDİR


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının birgə təşkilatçılığı ilə oktyabrın 31-də Şəki şəhərində Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 60 illiyinə həsr edilmiş seminar keçirmişdir.
“Şəki Saray” mehmanxanasının konfrans zalında keçirilən tədbirdə yerli icra və bələdiyyə orqanlarının rəhbər işçiləri, insan hüquqları sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər.
Ombudsman Elmira Süleymanova 2008-ci ildə insan hüquqlarının inkişafında mühüm rol oynayan və özündə ümumbəşəri dəyərləri əks etdirən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul olunmasının 60 ili tamam olduğunu xatırlatmışdır
. Məlumat verilmişdir ki, bununla bağlı BMT-nin Baş katibi üzv dövlətlərə və dünya ictimaiyyətinə müraciət edərək sənədin qəbul edilməsinin ildönümünün yüksək səviyyədə keçirilməsini tövsiyə etmişdir. Ombudsman bildirmişdir ki, ona görə də Müvəkkilin və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının birgə təşəbbüsü ilə respublikamızda silsilə tədbirlər həyata keçirilir.
Tədbirdə Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova Müvəkkil tərəfindən respublikamızda insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirləri yüksək qiymətləndirmiş, seminarın işinə uğurlar arzulamışdır.
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Teymur Məlikaslanovun, Ombudsman Aparatının şöbə müdiri Aydın Səfixanlının, ekspert Rəvan Səmədovun, Milli QHT Forumu İdarə Heyətinin sədri Aydın Kərimovun məruzələri dinlənilmişdir. Məruzələrdə Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt, bu Paktlara əlavə protokollar, həmin sənədlərdə təsbit olunmuş əsas hüquq və azadlıqlar, onların təmin edilməsi mexanizmi, məhkum olunmuş şəxslərin hüquqları barədə ətraflı məlumat verilmiş, QHT-lərin inkişafı Dövlət Konsepsiyası və digər mövzulara toxunulmuşdur.
İqtisadi, sosial və mədəni hüquqlar. Milli insan hüquqları təsisatları üçün tədris vəsaiti” kitabı təqdim edilmişdir.
Sonda iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilmişdir.


Mənbə: Şəki Şəhər İcra Hakimiyyəti
( http://sheki-ih.gov.az/news.php?extend.104 )

Комментариев нет: