воскресенье, 9 ноября 2008 г.

Şəkidə “Azərbaycan Xalq Cümhuriyyəti tarixi” mövzusunda konfrans keçirilib

Şəki. Vüqar Heydərov-APA. Bu gün Şəkidə Azərbaycan Xalq Cumhuriyyətinin 90 illiyi münasibətilə “Azərbaycan Xalq Cümhuriyyəti tarixi” mövzusunda konfrans keçirilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki rayon İcra Hakimiyyətindən məlumat verilib. Şəki RİH-dən APA-ya verilən məlumata əsasən, konfrans Milli və Beynəlxalq Apaşdırmalar Mərkəzinin(MBAM) təşəbbüsü ilə keçirilib. Konfransada MBAM-nin sədri Leyla Əliyeva, tarixçi profesor Kamran İsmayılov, müvafiq təşkilat və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib. Konfransda ilk öncə çıxış edən MBAM-nın sədri L.Əliyeva konfrans iştirakçılarına Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının tarixi və bu dövrdə bölqənin fəallığı barədə məlumat verib. Konfransda daha sonra çıxış edən tarixçi alim Kamran İsmayılov və digər natiqlər Azərbaycan Xalq Cumhuriyyəti tarixi barədə konfrans iştirakçılarını maraqlandıran sualları cavablandırıblar.

Mənbə: http://az.apa.az/xeber_Shekide_%E2%80%9CAzerbaycan_Xalq_Cumhuriyyeti__137799.html

Комментариев нет: