воскресенье, 9 ноября 2008 г.

Şəkiyə gələn turistlərin sayı iki dəfə artıb

Bu il Şəkiyə gələn turistlərin sayı ötən ilə nisbətən iki dəfə artıb. Bu barədə çərşənbə axşamı İqtisadi İnkişaf Nazirliyinin (İİN) Şəki-Zaqatala Regional Şöbəsindən məlumat verilib.
Yay mövsümündə Şəkidə istirahət edən turistlərin gündəlik xərci 40-250 manat arasındadır.
Məlumata görə, Şəkiyə gələn turistlərin sayının artması həmin şəhərin Dünya Turizm Marşrutuna daxil olmasıdır. Turistlər Şəkidə 26 istirahət mərkəzində dincəlməklə 407-dən artıq dünya, ölkə və yerli əhəmiyyətli abidələrlə tanış olurlar.
Ailə Turizm Assosiasiyasının rəhbəri Fərhad Əzizovun sözlərinə görə, Şəkidə turizm infrastrukturu dünya standartlarına cavab vermədiyindən potensialdan tam istifadə olunmur.
Şəki paytaxt Bakıdan 320 kilometr şimal-qərbdə yerləşir.


Mənbə: http://news.trend.az/index.shtml?show=news&newsid=990102&lang=az

Комментариев нет: