вторник, 30 декабря 2008 г.

“ŞƏKİ-İPƏK” ASC-NİN BARAMAAÇAN İSTEHSALATINDA YENİDƏNQURMA İŞLƏRİ BAŞA ÇATMIŞDIR


Bölgənin ən iri sənaye müəssisəsi olan “Şəki-İpək” Açıq Səhmdar Cəmiyyətində yeni istehsal sahələrinin yaradılması və müasir texnologiyaların tətbiqi uğurla davam etdirilir. Müəssisənin baramaaçan istehsalatının müasir standartlara uyğun yenidən qurulması işi artıq başa çatdırılmışdır. Dekabrın 24-də bu münasibətlə keçirilən mərasimdə ASC-nin texniki direktoru Şahin Əzizov müəssisənin fəaliyyətinin daha da genişləndirilməsi, yeni texnologiyaların tətbiqi, buraxılan məhsulun keyfiyyətinin yaxşılaşdırılması sahəsində görülən işlər barədə məlumat vermişdir.

Sonra şəhər icra hakimiyyətinin rəhbərliyi və mərasim iştirakçıları baramaaçan sexinin fəaliyyəti ilə yaxından tanış olmuş, istehsal prosesini izləmişlər. Məlumat verilmişdir ki, sexdə Çin Xalq Respublikasında istehsal olunmuş 493,7 min avro dəyərində 4 baramaaçan, 4 baramasarıyan, barama buğaverən dəzgahlar, habelə vakuum aparatı və laboratoriya avadanlığı quraşdırılmışdır. Bu yeni dəzgahların hər birinin gündəlik istehsal gücü sapların növündən asılı olaraq, 40 kiloqramdan 70 kiloqrama qədərdir. Sexdə 80 nəfər çalışır. Yeni dəzgahların quraşdırılması nəticəsində burada əmək məhsuldarlığı 6-7 dəfə, istehsal gücü isə 2,5 dəfə artmış, enerji daşıyıcılarına sərf olunan xərclər 3-4 dəfə azalmışdır. Bundan əlavə, işçilərin əl əməyi xeyli yüngülləşmiş, buraxılan məhsulun keyfiyyəti yüksəlmiş, dünya standartları səviyyəsinə çatdırılmışdır. Şəhər İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov sexdə çalışan işçilərlə görüşmüş, onların qayğı və problemləri ilə maraqlanmışdır.






Yazdı: Sheki27/12/2008 Saat: 12:27:27

Комментариев нет: