воскресенье, 18 января 2009 г.

Barbarlar şəhəri Bakı!


Bakı, bağışla məni, sənə barbar şəhəri deməyə məcburam! Sən mənim Vətənimin bir parçasısan, Ona görə səni çox sevirəm, halına yanıram. Bu bina cəmi 1 - 2 ildir istifadəyə verilib səndə - Bakixanov qəsəbəsində.
Görürsənmü barbarlar nə hala salıb onu?! Şəhərin gözəllıyini pozmaq, yaraşığını itirmək üçün kimin əlindən nə gəlir edib bu binada. Barbar sakinlər ediblər, barbar rəhbərlər isə icazə veriblər. Niyə belə binalar yalnız Bakıda var? Rusiyanın bir balaca qəsəbəsındə, bir kimsə cəsarət edə bilməz, daha doğrusu heç vaxt belə etməz! Bu həqiqətdir!
Bu hələ harasıdır, bu bina istifadəyə verilməmişdən məlum idi ki onun bir bloku əyilir, belə ki həmin blokun binovrəsi köhnə gölün yerində qoyulmuşdu. Amma həmin bloku sökmədilər və... Allah özü kömək olsun.



Комментариев нет: