воскресенье, 18 января 2009 г.

Budur, artıq ABŞ-ın dağılma mərhələsi yetişdi?!

Təxminən, 30 il əvvəl, bir televiziya verilişinin mövzusu, deyəsən, nəhs rəqəmlər idi. Belə ki aparıcı, yaxud verilişə dəvət olunmuş ortayaşlı bir kişi qeyd etdi ki, "4" Hindistanda ən nəhs rəqəm hesab olunur. Sonra isə o, Hindistanın 1-ci prezidenti Cavahirləl Nehrunun bu barədə dediyi sözləri iqtibas gətirdi: "44 müdhiş bir rəqəmdir! Baxarsınız, ABŞ da məhz 44 cü prezidentinin vaxtinda dağılacaqdır!!!
Mən bu verilişi seyr edəndə yeniyetmə yaşında idim, amma orada deyilənlər indiyə qədər yadımda qalıb. Düz 30 ildir gözləyirəm ki, görək Amerikanın 44-cü prezidenti kim olacaq? Və ABŞ doğrudanmı dağılacaq. Yeri gəlmişkən, 44-cü prezident rəsmən öz vəzifəsinin icrasına başlamamışdan öncə belə, Cavahirləl Nehrunun heç də səhv etmədiyinə daha çox inanmağa məcburuq. Bəli, C. Nehrunun dedikləri düz çıxmaqdadır. Belə ki 44-cü prezident heç də əvvəlki prezidentlərə oxşamır. O ilk qaradərili ABŞ prezidentidir. ABŞ-ın iqtisadi durumunu isə, bəlkə də bu ölkə tarixinin son 100 ili üçün ən acınacaqlı vəziyyətdədir...


Комментариев нет: