вторник, 6 января 2009 г.

“Şəkinin səsi” və “İpəkçi” qəzetlərinin baş redaktoru, qocaman jurnalist Salis Məmmədova “İlin qalibi” mükafatlarını təqdim etmişdir...


Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramı münasibətilə Şəki şəhərindəki “Edem” şadlıq sarayında ümumrayon tədbiri keçirilmişdir.
2008-ci ildə Şəkinin iqtisadiyyatın müxtəlif sahələrində, habelə təhsil, səhiyyə, mədəniyyət, idman sahəsində qazandığı uğurlardan bəhs edən filmlər nümayiş etdirilmişdir. Sonra müxtəlif nominasiyalar üzrə 2008-ci ilin qaliblərinin adları elan olunmuşdur. Şəki “Kanal-S” yerli televiziyanın yaradılması layihəsinin uğurla başa çatdırılmasına görə kanalın baş direktoru Rüstəm Əliyev “İlin ən uğurlu layihəsi” nominasiyası üzrə qalib adını qazanmışdır.
Daha sonra Şəki şəhər İcra hakimiyyətinin başçısı Nazim İbrahimov media-mətbuat sahəsində Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşova, “Şəki bələdiyyəsi” qəzetinin baş redaktoru Murad Nəbibəyova, Azərbaycan Dövlət Teleqraf Agentliyi - AzərTAc-ın bölgə müxbiri Mustafa Dadaşova, “Şəkinin səsi” və “İpəkçi” qəzetlərinin baş redaktoru, qocaman jurnalist Salis Məmmədova “İlin qalibi”, İctimai televiziyanın bölgə müxbiri Çingiz Nağıyevə “İlin telejurnalisti” mükafatlarını təqdim etmişdir.
Şəhər ictimaiyyətini əlamətdar bayramlar münasibətilə təbrik edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirmişdir ki, Şəki kütləvi informasiya vasitələrinin sayına görə Gəncə və Sumqayıtdan sonra üçüncü yerdə olsa da, keyfiyyət baxımından ilk pillədə qərar tutur. 2005-ci ildə Mətbuat Şurasının xətti ilə Şəki şəhərində regional tədbirin keçirildiyini xatırladan Ə.Amaşov həmin tədbirdən keçən dövr ərzində Şəkidə KİV-lərin inkişafı üçün əlverişli şəraitin yaradıldığını qeyd etmişdir. Daha sonra 2008-ci ildə elm, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sahələrdə uğur qazanmış nominantların, habelə “İlin ipəkçisi”, “İlin çörəkçisi”, “Qədim el sənətini yaşadan sənətkar” və digər nominasiyalar üzrə qaliblərin də adları elan olunmuşdur.


Комментариев нет: