пятница, 12 декабря 2008 г.

76 yaşlı Əməkdar jurnalist Salis Məmmədovun Prezidentə məktubu

Möhtərəm prezident. Noyabrın 10-da 2-ci müddətə prezident seçilməyiniz münasibəti ilə Sizə təbrik məktubu yazdım. Təbrikdə həm də sizdən xahiş etdim ki, bu təbrikimi qəbul edərək məni şərəfləndirəsiniz. Lakin təbrikim Sizin rəsmi veb saytınızda dərc edilmədiyinə görə, hesab edirəm ki o ya sizə çatmayıb, ya da siz sadəcə, mənim təbrikimi qəbul etmək istəmirsiniz.
Niyə bu mövzu üçün 2-ci, 3-cü kateqoriyalı hesab edilməli olan adamların - məsələn, hansısa əməkdar artistin nəvəsinin, nəticəsinin təbriki o saytda dərc olunur mənimki yox?! Mənim nə dövlət, nə hökumət, nə xalq, nə Vətən və nə də Sizin qarşınızda heç bir qəbahətli işim yoxdur. Ömrümü alnıaçıq, şərəflə yaşamışam. Hesab edirəm bu hal Prezident aparatının işçilərinin mənə qarşı növbəti qərəzkarlığıdır, onlar bir çox jurnalistlərin necə sizin əleyhinizə çıxış etməsinə nail olublarsa, məni də eləcə Sizin əleyhinizə qaldırmaq, Sizə olan inamımın itməsinə çalışırlar. Amma mən heç vaxt Prezidentə qarşı çıxmamışam və bundan sonra da çıxmayacağam. Amma həmişə haqq uğrunda mübarizə aparmışam və yenə də aparacağam, əvvəlkindən daha kəskin, daha effektli.

Salis Məmmədov, Azərbaycan Respublikasının Əməkdar jurnalisti.

Комментариев нет: