понедельник, 15 декабря 2008 г.

Şəki üçün veb kataloq yaradıldı

"Şəkinin səsi" qəzeti veb saytının 4-cü Google PR-ına malik bir səhifəsində Şəkiyə aid veb sayt və bloqların kataloqu yaradılmışdır. Bu yeni veb kataloq kiçik olsa da başqa kataloqlarda olmayan məxsusi keyfiyyətləri var və Metbuat.info dan sonra, digər saytların RSS və Atom vasitəsi ilə ötürülən xəbərlərini avtomatik olaraq özündə dərc etmək mexanizminə malik Azərbaycan üçün 2-ci veb saytdır. Məqsəd, Şəkidə, regionda veb quruculuğun inkişafında yardımçı olmaq, internetin ən müasir imkanlarını nümayiş etdirməkdir. Kataloqun yaradılması nəticəsində həm də məlum olmuşdur ki, truzimin inkişafı baxımından Respublikamız üzrə müstəsna imkanları olan Şəkidə, bu sahəyə aid heç bir veb sayt fəaliyyət göstərmir və Şəkinin tarixi abidələri barədə yalnız həvəskar editorların veb saytlarında, özü də sistemli qaydada yox, yalnız ötəri məlumat verilməkdədir!

Комментариев нет: