понедельник, 22 декабря 2008 г.

Şəkidə Prezident kuboku uğrunda çövkən yarışları və ilk oyunda Şəki komandasının qələbəsi

Lider.tv:



Prezident kuboku uğrunda çövkən üzrə çempionatıa start verildi



Prezident kuboku uğrunda çökən üzrə çempionatıa start verildiŞəkidə çövkən milli oyunu üzrə Prezident Kuboku uğrunda respublika çempionatına start verilib. Artıq yarışmaya qatılan komandalar qeydiyyatdan keçib. Çempionatın açılış mərasimi hər il Mədəniyyət və Turizm Nazirliyinin hazırladığı xüsusi ssenari üzrə keçirilir. Turinirin rəsmi açılışı bu gun keçirilsə də, püşkatma və çövkən oyunu üzrə ilk görüşlər artıq keçirilib. Çempionatın keçirilməsində bəzi yeniklər də var. Bu il çempionata qatılan komandaların sayı artıb. Turnir 3 gün davam edəcək. Sonuncu dəfə çövkən atüstü oyunu üzrə prezident kubokunu Şəki komandası qazanmışdı.



Şəki İH-nin saytı:



Xəbər: ŞƏKİDƏ PREZİDENT KUBOKU UĞRUNDA ÇÖVKƏN MİLLİ OYUNU KEÇİRİLİR (Bölmə: Mədəniyyət) Yazdı: Sheki21/12/2008 Saat: 13:23:31



Şəkinin Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində Prezident Kuboku uğrunda çövkən milli oyunu üzrə yarış başlanmışdır. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən yarışlarda Şəki, Yevlax şəhərlərinin, Ağcabədi, Ağdam, Ağstafa, Goranboy, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ və İsmayıllı rayonlarının komandaları mübarizə aparır. Yarışların təntənəli açılış mərasimində Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova bildirmişdir ki, 2006-cı ildən etibarən hər il mayda Respublika Atçılıq Turizm Mərkəzində ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunmuş atüstü milli oyunlar festivalı, dekabrda isə Prezident Kuboku uğrunda çövkən milli oyunu keçirilir. İldən-ilə coğrafiyası genişlənən və daha kütləvi xarakter alan bu yarışlar xalqımızın mədəni irsi olan atüstü milli oyunların qorunub saxlanması, qədim tarixə malik atçılıq ənənələrinin bərpası, ölkəmizdə atçılıq turizminin təbliği, gənc nəsildə bu sahəyə marağın oyadılması və kütləviliyinin artırılması məqsədi daşıyır. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək yarışların yüksək səviyyədə təşkilinə görə şəhər rəhbərliyinə minnətdarlığını bildirmişdir. Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafına daim böyük diqqət və qayğı göstərdiyini qeyd edən nazir bu sahədə Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyətlərini xüsusi vurğulamışdır. Bildirmişdir ki, bu gün Azərbaycanın mədəni sərvətlərinin, milli irsimizin ümumdünya mədəni irs siyahısına daxil olması bizi çox sevindirir. Burada keçirilən çövkən milli oyunu üzrə yarışlar da məhz bizim mədəni irsimizin qorunub saxlanmasına xidmət edir. Prezident İlham Əliyevin Fərmanına əsasən yaradılmış Respublika Atçılıq Turizm Mərkəzi atçılıq turizminin inkişafına göstərilən diqqətin parlaq nümunəsidir. Mərkəzin yaradılması xalqımızın qeyri-maddi mədəni irsinin ayrılmaz hissəsi olan milli atüstü oyunlar ənənələrinin barpası, yeni bir turizm sahəsinin - atçılıq turizminin təbliği və inkişafı məqsədi daşıyır. Mərkəzdə atüstü milli oyunların keçirilməsi artıq ənənə halını almışdır. Sevinirik ki, yarış iştirakçılarının sayı ildən-ilə artır. Ə. Qarayev gələcəkdə belə mərkəzlərin respublikanın daha bir-neçə bölgəsində də yaradılacağını bildirmişdir. Musiqi kollektivlərinin rəngarəng konsert proqramından sonra komandalar cəngi sədaları altında meydana daxil olmuşlar. Sonra seçmə oyun başlanmışdır.Dörd qrupda keçirilən seçmə oyunların yekununa əsasən qrup birincisi olmuş komandalar çövkən üzrə çıxışlarını davam etdirəcəklər. Yarımfinal oyunları dekabrın 21-də, final oyunu isə ayın 22-də keçiriləcəkdir. Qruplarda sonrakı yerləri tutmuş komandalar sür papaq və papaq oyunlarında öz qüvvələrini sınayacaqlar. Qalib komandalara Mədəniyyət və Turizm Nazirliyinin diplomları və pul mükafatları veriləcəkdir.

Mənbə: Şəki Şəhər İcra Hakimiyyəti ( http://sheki-ih.gov.az/news.php?extend.135 )

Комментариев нет: