пятница, 26 декабря 2008 г.

ŞƏKİ KOMANDASI ÇÖVKƏN OYUNUNUN QALİBİDİR

Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində Prezident Kuboku uğrunda dekabrın 19-da başlanmış çövkən oyunu üzrə yarış dekabrın 22-də başa çatmışdır. Yarışın sonuncu günü çövkən oyununun final qarşılaşmasında Şəki və Ağdam komandaları üz-üzə gəlmişlər. Rəqiblərini 1:0 hesabı ilə məğlub edən Şəki komandası növbəti dəfə bu milli oyunun qalibi adını qazanmışdır.
3-cü yerə balakənlilərə 2:1 hesabı ilə qalib gəlmiş ağstafalılar çıxmışlar. Bir gün əvvəl yekunlaşmış sür papaq oyunu üzrə yarışda isə Oğuz komandası qalib adını qazanmışdır. Sonrakı yerləri Ağcabədi, Qax və Zaqatala komandaları tutmuşlar. Papaq oyunu üzrə yarışın qalibi isə Goranboy komandası olmuşdur. İsmayıllı komandası 2-ci, yevlaxlılar isə 3-cü yerə çıxmışlar. Final görüşündən sonra komandaların mükafatlandırılması mərasimi olmuşdur. Yarışlarda iştirak edən 12 komandanın hər birinə Mədəniyyət və Turizm Nazirliyinin fəxri diplomu, pul mükafatı, Şəki Şəhər İcra Hakimiyyətinin qiymətli hədiyyələri verilmişdir. Mədəniyyət və Turizm Nazirliyinin məsul nümayəndəsi Cavanşır Cəfərov, şəhər İcra hakimiyyətinin başçısı Nazim İbrahimov Şəki komandasına baş mükafatı - Prezident Kubokunu təqdim etmişlər.Sonda yarış iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.

Mənbə: Şəki Şəhər İcra Hakimiyyətinin veb saytı
Xəbər: ŞƏKİ KOMANDASI ÇÖVKƏN OYUNUNUN QALİBİDİR (Bölmə: Mədəniyyət) Yazdı: Sheki24/12/2008 Saat: 22:23:20

Комментариев нет: