пятница, 26 декабря 2008 г.

Yalnız dekabr ayında “Şəkinin səsi” qəzetinin və onun veb saytının 4 təşəbbüsü ən ali qanunverici orqanlarda müzakirəyə çıxarımışdır, bunlardan biri

Yalnız dekabr ayında “Şəkinin səsi” qəzetinin və onun veb saytının 4 təşəbbüsü ən ali qanunverici orqanlarda müzakirəyə çıxarımışdır, bunlardan biri isə prezidentlik limitinin ləğvidir!

  1. Son prezident seçkisindən az sonra, ilk olaraq, məhz, biz “Şəkinin səsi” qəzetinin veb səhifələrində “Prezident Ilham Əliyev 5 il sonra 3-cü dəfə prezident seçilə bilərmi?” sərlövhəsi altında yeni bir mövzunu ictimai müzakirəyə çıxardıq. Həmin məqalə oktyabrın 29-da avtomatik olaraq Mətbuat.info veb portalında dərc olundu. (Bax: ) Məqalədə Millət vəkili Hadi Rəcəblinin dili ilə prezidentlik limitinin ləğv edilməsinə təşəbbüs göstərilirdi. Məhz, həmin məqalədən sonra bu mövzu ətrafında ictimai müzakirələr qızışmağa başladı. Məsələn, cəmi 20 gün sonra, elə biz özümüz, digər deputatların da bu təşəbbüsü dəstəklədiklərini göstərmişik ( bax: ). Nəhayət, dekabr ayında bu məsələ həm Milli Məclisdə və həm də Konstitusiya Məhkəməsində müzakirə olundu və həllini tapdı.
  2. Bu il mart ayının 7-də Milli Məclisin Deputat Korpusunda Sosial Siyasət Daimi Komissiyasının sədri Hadı Rəcəblidən "Şəkinin səsi" üçün müsahibə götürərkən, həm də bir neçə təşəbbs irəli sürdük. Bunlardan biri isə siqaretlə bağlı idi. Nəhayət dekabrın 3-də Milli Məclisdə bu problem müzakirəyə qoyuldu. (Bax: )
  3. Azərbaycanlıların Ermənistandan tam qovulmasının 20-ci ildönünü münasibəti ilə 27 iyul tarixdə Azərbaycan Respublikası prezidentinə Açıq məktub yazmışdıq və həmin məktubu ictimai müzakirəyə çıxarmışdıq. Məktubda 20 il əvvəl xalqımıza qarışı baş vermiş həmin dəhşətli qətli-am təşkilatçılarının Beynəlxalq Məhkəmələr tərəfindən mühakimə edilməsi tələb edilir. Daha sonra, Azərbaycanlıların indiki Ermənistan ərazisindən son deportasiyasının 20-ci ili tamam oldu; düz 20 ildir ki Azərbaycan dövlət səviyyəsində bu dəhşətli cinayəti, qətli-amı ört-basdır etməkdədir!!! sərlövhəli məqalə ilə çıxış etdik. ( Bax: ). Nəhayət, dekabr ayında, Milli Məclisdə Əli Əhmədovun dili ilə hökumət də bizim təklifi rəsmən dəstəklədi. Deyilənlərə inansaq, guya, hələ bir komissiya da yaradıblar və guya, bu komissiya 3 ay ərzində bütün sənədləri hazırlayacaq və guya, hansısa beynəlxalq məhkəməyə təqdim edəcək. Amma bizim fikrimizcə bu nağıldır... Əslində, həmin məsələ ilə dovlətin baş itttihamçısı məşğul olmalı idi... Amma mümkündür ki 3 ay sonra Azərbaycan xalqı adından bu iddianı elə biz özümüz Haaqa Məhkəməsinə təqdim etdik!
  4. Bu il mart ayının 7-də Milli Məclisin Deputat Korpusunda Sosial Siyasət Daimi Komissiyasının sədri Hadı Rəcəblidən "Şəkinin səsi" üçün müsahibə götürərkən, həm də yerli tezlikdə Azərbaycan dilində yayımlanan Azadlıq və BBC radiolarının geniş, auditoriyaya malik olmasının və ziyalıların ən çox məhz, bu radioları dinləməsinin, Azərbaycan televiziyalarında isə bozbaş bişırılməsinin dövlət üçün heç də yaxşı hal olmadığını göstərmişdik. Biz təşəbbüs irəli sürmək istəyirdik ki Azərbaycan televiziyaları öz qapılarını Azərbaycan ziyalısının üzünə açsın, Ermənilərin qələbələrini tərənnüm etməkdən əl çəksin. Amma bu təşəbbüsümüz əks nəticə verdi. Hökumət Azərbaycan ziyalısının yeganə açıq tribunası olan Azadlıq və BBC-ni qapatmaq fikrinə düşdü.



Aydın Məmmədov

Комментариев нет: