четверг, 4 декабря 2008 г.

DÖVLƏT ƏMLAKININ İDARƏ EDİLMƏSİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ ŞƏKİDƏ REGİONAL SEMİNAR KEÇİRMİŞDİR

Dövlət Əmlakının İdarə Edilməsi Üzrə Dövlət Komitəsinin xətti ilə Şəki şəhərində “Dövlət əmlakının qorunub saxlanılması və ondan istifadə vəziyyəti” mövzusunda regional seminar keçirilmişdir. Tədbirdə qurumun ekspertləri, Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarının dövlət orqanları və müəssisələrinin aidiyyəti işçiləri, mütəxəssislər iştirak etmişlər. Komitənin şöbə müdiri Məhəmməd İmanov seminar iştirakçılarına “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli Fərmanı və bu fərmanın icrası ilə bağlı Nazirlər Kabinetinin “Dövlət əmlakının qorunub saxlanılması və ondan istifadə vəziyyəti haqqında illik xüsusi hesabat formasının təsdiq edilməsi barədə” 2008-ci il 23 aprel tarixli Qərarından irəli gələn məsələlər barədə məlumat vermişdir.
Sonda seminar iştirakçılarına xüsusi hesabat formasının tətbiqi, doldurulması və təqdim edilməsi ilə bağlı metodiki tövsiyələr verilmişdir.


Mənbə: Şəki Şəhər İcra Hakimiyyəti ( http://sheki-ih.gov.az/news.php?extend.124 )

Комментариев нет: