Показаны сообщения с ярлыком İnternet. Показать все сообщения
Показаны сообщения с ярлыком İnternet. Показать все сообщения

суббота, 9 мая 2009 г.

Şəkinin 2 internet saytı NETTY-2009 Azərbaycan Milli İnternet Mükafatı üzrə müsabiqənin nominanı oldu!

Azərbaycanın ən yaxşı veb-layihələrini, informasiya texnologiyaları sahəsində mütərəqqi xadimləri üzə çıxaran NETTY mükafatı üzrə müsabiqəyə bu il Şəkinin 9 internet saytı qatılmışdır. Ymumiyyətlə, müsabiqənin ilkin mərhələsində 308 sayt iştirak etmiş və 236 nəfərlik böyük bir ictimai münsiflər heyəti isə həmin saytları ilkin mərhələdə qiymətləndirmişdir. Aprelin 29 - da Şəki saytlarından Şəki İcra Hakimiyyəti 14, Sheki.net 13, Fətəli Xan Xoyski barədə veb sayt isə 15 səs toplayaraq, hər biri öz kateqoriyası üzrə qrupda 4-cü yeri tutmaqla müsabiqənin nominantı olmağın bir addımlığına qədər irəliləmişdilər. Onların 1 pillə də yuxrı qalxıb-qalxmayacağı isə münsiflər heyətinin hələ səs verməmiş 110 üzvünün rəyindən sonra məlum olmalı idi. Müsabiqənin ilk mərhələsi mayın 7-də başa çatdiqda isə bu 3 Şəki veb saytından 2-sinin finala çıxması məlum oldu: Şəki İcra Hakimiyyəti 20 səslə öz qrupunda 3-cü, Fətəli Xan Xoyski barədə veb sayt isə 24 səs toplayaraq öz qrupunda 2-ci yeri tutdu. Ötən ilki və daha əvvəlki müsabiqələrin bir neçə dəfə nominantı olmuş Sheki.net -in isə bu dəfə nominant olmaq üçün cəmi 2 səsi çatmadı. Bu sayt 16 səslə öz qrupunda 4-cü yerdə qaldı. Mayın 17-də nominantlar arasindan qaliblər müəyyənləşdiriləcək. 2-ci və əsas mərhələdə Şəki saytlarına uğurlar arzylayırıq!

пятница, 2 января 2009 г.

"Veb Kataloq Şəki" nin yaradılması nəticəsində cəmi 2 həftəyə Şəki veb sayt və bloq'larının reytinqi xeyli yaxşılaşdı...

Məsələn,

  • Adları bizim Kataloqda olan daha 8 Şəki saytı "Bölgələr > Azərbaycan > İnzibati bölgələr" kateqoriyası üzrə Google İnternet Kataloq'una daxil edildi ( Bax: ). Bununla da həmin kateqoriyada qeydə alınmış saytların sayı 11-ə çatdı.
  • Adı bizim Kataloqda olan 1 veb bloq isə "Bölgələr > Azərbaycan > KİV və Xəbərlər" kateqoriyası üzrə Google İnternet Kataloq'una daxil edildi ( Bax: ). O həmin kateqoriyada qeydə alınmış 2-ci Şəki saytıdır.
  • Adı bizim Kataloqda olan 1 sayt isə "Bölgələr > Azərbaycan > Cəmiyyət və Mədəniyyət" kateqoriyası üzrə Google İnternet Kataloq'una daxil edildi ( Bax: ). O həmin kateqoriyada qeydə alınmış 1-ci Şəki saytıdır.
  • Umumiyyətlə Google İnternet Kataloqunda Şəkiyə aid veb saytların sayı 3 dəfə artdı və 15-ə çatdı.
  • http://sheki-ih.gov.az/http://shekisaray.az/ domenli Şəki saytların Google Page Rank'ı 1 vahid artaraq 4-də çatdı. Bununla da 4-cü PR əmsalına malık olan Şəki saytlarının sayı 4 oldu.
  • http://azhaber.blogspot.com/http://sheki.elmimerkez.name/ domenli saytlar birdən-birə 3-cü PR aldı.
  • Ümumiyyətlə, bizim kataloqda adları olan 26 Şəki saytından yarısından çoxunun PR-ı artırıldı, yaxud ilk dəfə PR aldı.
  • Nəinki Şəki saytlarının Ana səhifələrinin PR -əmsalları, eləcə də bu saytların daxili səhifələrinin də PR əmsalları artırıldı. Məsələn, indi yalnız "Şəkinin səsi" qəzetinin veb saytınin onlarla daxili səhifəsi 3-cü PR-a malikdir.
  • Və nəhayət, Şəki Azərbaycanın regionları üzrə internetin ən çox və ən sürətlə inkişaf etdiyi bölgə kimi də tanınmağa başladı.

Aydın Məmmədov