Показаны сообщения с ярлыком Tarix. Показать все сообщения
Показаны сообщения с ярлыком Tarix. Показать все сообщения

вторник, 10 ноября 2009 г.

Böyük Səhrada İran hökmdarı 2-ci Kambisin itkin düşmüş ordusu tapıldı!

"Discovery News" xəbər verir ki, İtaliya arxeoloqları Böyük Səhrada İran hökmdarı 2-ci Kambis ordusunun qalıqlarını aşkar ediblər. Alfedro və Ancelo Kastilyoni qardaşlarının fikrincə onların etdikləri kəşf əvəllər əfsanə hesab olunan tarixi hadisənin ilk dəfə elmi cəhətdən sübutudur.

  • Böyük Əhəmilər silaləsindən olan Kirin böyük oğlu 2-ci Kambis ordusunun yox olması tarixini Heredot qələmə almışdır. Qədim yunan tarixçisinin məlumatına görə, bizim eradan əvvəl 525-ci ildə Siva vahəsindəki Amon (adlı) kahinin məbədini məhv etmək üçün Kambis 50 min əsgərlik ordu göndərmişdir. Belə ki, bu məbədin kahinləri 2-ci Kambisin Misir üzərində hökmranlığını tanımaqdan imtina edirdilər.
  • Ordu bir həftə sonra Xarqa vahəsinə çata bildi, lakin bu zaman başlayan qum fırtınası onların Siva şəhərinə yetişməsinə imkan vermədi...

Tərcümə etdi: Aydın Məmmədov

Ətraflı >>>

пятница, 11 сентября 2009 г.

Bəhram Çələbinin növbəti - "TT Nəriman" adlı, kitabı nəşr olunub.

Bu günlərdə Bəhram Çələbinin növbəti - "TT Nəriman" adlı, kitabı nəşr olunub. Bu onun Azərbaycan "vor zakon"ları haqqında sayca 8-ci kitabıdır. Məlumat üçün qey edək ki, B. Çələbi ötən əsrin 90-cı illərinin əvvəllərinə qədər Şəki Şahmat Məktəbinin direktoru olmuşdu və sonralar peşəsini dəyişib kriminal aləm haqında kitəblar yazmağa başladı.Onun kitabları daha çox Rusiyada yayılmaqda və oxunmaqdadır. Təkcə 2007-ci ildə B. Çələbinin "Sabirabadlı Hikmət" adlı kitabı Moskvada 20 min nüxsədə satılmışdır.
B. Çələbini bu münasibətlə təbrik edərkən, sözarası soruşduq ki, "Bəhram müəllim, son günlər Maştağada baş alıb gedən oğurluq hallarına münasibətiniz necədir? Deyilənlərə görə bütün kənd oğrulardan ehtiyat edərək səhərə qədər yatmır, oğrular isə istədikləri evə girir, bir şey tapmayanda isə namə qoyurlar ki "onsuz da aparacağıq!". Bəhram müəllim cavab verdi ki, " mən siyasətlə məşğul olmuram, bu məsələni hökumət araşdırmalıdır".

вторник, 27 января 2009 г.

Azərbaycan KIV-ri "26-lar"ın nəşləri barədə səfeh-səfeh məlumatlar yaymaqdadırlar!

Yazırlar ki orada guya, 23 cəsəd tapılıb, guya Şaumyanın qəbri orada yoxdur?! Bu ağ yalandır. Orada 20-ci ildə 26 tabut basdırılıb. Tabutların yarısının içində isə torpaqdan başqa heç nə olmayıb. Bunu "26-ların" dəfn mərasimində iştirak etmiş Nəriman Nərimanov demişdir. İndi narrativ mənbəyə - N. Nərimanova, inanaq, yoxsa Azərbaycan KİV-nə?! Axı yalan danışmaq nəyə lazımdır?! Dünyanı özünüzə güldürürsünüz?!
Şaumyanin heykəlini hara elədilər bəs? Ötən əsrin 80-cı illərində komleksin barelyefini Qaqarin şəhərinə hədiyyə etmişdilər, indi oradadır bunu biz yaddan çıxarsanız da ermənilər unutmayıblar.

Əlavə: http://shekininsesi.blogspot.com/2008/11/bak-meriyas-s-aumyann-qbrini-v.html

http://shekininsesi.blogspot.com/search/label/Tarix

вторник, 13 января 2009 г.

"Şəkinin səsinin" daha bir iddiası gerçəkləşdi: "26-ların"qəbirlərini sökməyə başladılar!

"Şəkinin səsi" vaxtaşırı olaraq, neçə illər idi ki, 1918-ci ildə on minlərlə müsəlmanı qəli-ama məruz qoyan Stepan Şaumyanın qəbrinin rəsmən Bakının Sahil parkında olmasını ictimaiyyətin nəzərinə çatdırırdı. Bu yolverilməz bir hal idi! Ən sonuncu dəfə isə biz 1 noyabr 2008-ci il tarixdə öz veb səhifələrimiz vasitəsi ilə xəbər yaydıq ki, bəs, " Bakı Meriyası S. Şaumyanın qəbrini və heykəlinin Bakının mərkəzindən köçürülməsində tərəddüd edir! " .

Nəhayət, yanvarın 12-dən etibarən "26-ların" qəbirlərinin sökülməsinə başlanılıb!

Əlavə olaraq bax 1 noyabr 2008-ci il tarixli məqaləmizə:

понедельник, 15 декабря 2008 г.

Şəki üçün veb kataloq yaradıldı

"Şəkinin səsi" qəzeti veb saytının 4-cü Google PR-ına malik bir səhifəsində Şəkiyə aid veb sayt və bloqların kataloqu yaradılmışdır. Bu yeni veb kataloq kiçik olsa da başqa kataloqlarda olmayan məxsusi keyfiyyətləri var və Metbuat.info dan sonra, digər saytların RSS və Atom vasitəsi ilə ötürülən xəbərlərini avtomatik olaraq özündə dərc etmək mexanizminə malik Azərbaycan üçün 2-ci veb saytdır. Məqsəd, Şəkidə, regionda veb quruculuğun inkişafında yardımçı olmaq, internetin ən müasir imkanlarını nümayiş etdirməkdir. Kataloqun yaradılması nəticəsində həm də məlum olmuşdur ki, truzimin inkişafı baxımından Respublikamız üzrə müstəsna imkanları olan Şəkidə, bu sahəyə aid heç bir veb sayt fəaliyyət göstərmir və Şəkinin tarixi abidələri barədə yalnız həvəskar editorların veb saytlarında, özü də sistemli qaydada yox, yalnız ötəri məlumat verilməkdədir!

среда, 3 декабря 2008 г.

Azərbaycanliların indiki Ermənistan ərazisindən son deportasiyanın 20-ci ildönümü ilə bağlı konfrans

BEYNƏLXALQ DIASPORA MƏRKƏZİNİN
MƏTBUAT VƏ İNFORMASİYA DEPARTAMENTİNİN
MƏLUMATI
Qərbi Azərbaycandan deportasiyanın 20-ci ildönümü ilə bağlı
elmi-praktik konfrans keçiriləcək
Təşkilatçı Beynəlxalq Diaspora Mərkəzi və Dünya Azərbaycanlıları Konqresi Azərbaycan nümayəndəliyidir
Beynəlxalq Diaspora Mərkəzi və Dünya Azərbaycanlıları Konqresi Azərbaycan nümayəndəliyinin təşəbbüsü ilə 1988-ci ildə 250 minə yaxın azərbaycanlının erməni vəhşiliyi nəticəsində öz doğma yurdlarından - Qərbi Azərbaycandan deportasiya olunmasının 20-ci ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçiriləcək. Konfransda erməni daşnaklarının vəhşiliyi, hiyləgərliyi nəticəsində azərbaycanlıların dəfələrlə deportasiyaya uğrama tarixlərinə nəzər salınacaq, bunun səbəbləri müzakirə olunacaq və qarşıda duran vəzifələr müəyyənlə.diriləcəkdir.
Elmi-praktik konfransda tarixçilər, elm adamları, ictimai xadimləri arasında aparılacaq müzakirələrdə dünya ictimaiyyətinin də bu məsələyə həssas yanaşması məsələləri gündəmə gətiriləcək.
Elmi-praktik konfrans dekabrın 5-də saat 11:00-da Atatürk Mərkəzində başlayacaq.
Bütün KİV nümayəndələri tədbirə dəvətlidir.
Beynəlxalq Diaspora Mərkəzinin
Mətbuat və İnformasiya Departamenti
03.12.2008

воскресенье, 26 октября 2008 г.

Z.Tağıyev Almaniyada məscid tikdiribmiş?

Vaxtilə Avropa səyahətinə çıxmış Bəharəddin adlı bir iş adamının şəhadədətinə görə, o, Almaniyada Z. Tağıyevin tikdirdiyi məscidlə qarıılaşmışdır; Bəharəddin qardaşımız öyrənir ki, o vaxtlar Almaniyada məscid inşa edlməsinə icazə verilmədiyi üçün Z. Tağıyev məscid formasında tütün fabriki tikdirmışdı. İstəmışdı ki, orada yaşayan müsəlmanlar heç olmasa gələcəkdə həmin binadan məscid kimi istifadə edə bilsin...

Ardı: http://shekitarixi.googlepages.com/#_Toc207137513