Показаны сообщения с ярлыком Təbrik. Показать все сообщения
Показаны сообщения с ярлыком Təbrik. Показать все сообщения

пятница, 11 сентября 2009 г.

Bəhram Çələbinin növbəti - "TT Nəriman" adlı, kitabı nəşr olunub.

Bu günlərdə Bəhram Çələbinin növbəti - "TT Nəriman" adlı, kitabı nəşr olunub. Bu onun Azərbaycan "vor zakon"ları haqqında sayca 8-ci kitabıdır. Məlumat üçün qey edək ki, B. Çələbi ötən əsrin 90-cı illərinin əvvəllərinə qədər Şəki Şahmat Məktəbinin direktoru olmuşdu və sonralar peşəsini dəyişib kriminal aləm haqında kitəblar yazmağa başladı.Onun kitabları daha çox Rusiyada yayılmaqda və oxunmaqdadır. Təkcə 2007-ci ildə B. Çələbinin "Sabirabadlı Hikmət" adlı kitabı Moskvada 20 min nüxsədə satılmışdır.
B. Çələbini bu münasibətlə təbrik edərkən, sözarası soruşduq ki, "Bəhram müəllim, son günlər Maştağada baş alıb gedən oğurluq hallarına münasibətiniz necədir? Deyilənlərə görə bütün kənd oğrulardan ehtiyat edərək səhərə qədər yatmır, oğrular isə istədikləri evə girir, bir şey tapmayanda isə namə qoyurlar ki "onsuz da aparacağıq!". Bəhram müəllim cavab verdi ki, " mən siyasətlə məşğul olmuram, bu məsələni hökumət araşdırmalıdır".

суббота, 9 мая 2009 г.

Şəkinin 2 internet saytı NETTY-2009 Azərbaycan Milli İnternet Mükafatı üzrə müsabiqənin nominanı oldu!

Azərbaycanın ən yaxşı veb-layihələrini, informasiya texnologiyaları sahəsində mütərəqqi xadimləri üzə çıxaran NETTY mükafatı üzrə müsabiqəyə bu il Şəkinin 9 internet saytı qatılmışdır. Ymumiyyətlə, müsabiqənin ilkin mərhələsində 308 sayt iştirak etmiş və 236 nəfərlik böyük bir ictimai münsiflər heyəti isə həmin saytları ilkin mərhələdə qiymətləndirmişdir. Aprelin 29 - da Şəki saytlarından Şəki İcra Hakimiyyəti 14, Sheki.net 13, Fətəli Xan Xoyski barədə veb sayt isə 15 səs toplayaraq, hər biri öz kateqoriyası üzrə qrupda 4-cü yeri tutmaqla müsabiqənin nominantı olmağın bir addımlığına qədər irəliləmişdilər. Onların 1 pillə də yuxrı qalxıb-qalxmayacağı isə münsiflər heyətinin hələ səs verməmiş 110 üzvünün rəyindən sonra məlum olmalı idi. Müsabiqənin ilk mərhələsi mayın 7-də başa çatdiqda isə bu 3 Şəki veb saytından 2-sinin finala çıxması məlum oldu: Şəki İcra Hakimiyyəti 20 səslə öz qrupunda 3-cü, Fətəli Xan Xoyski barədə veb sayt isə 24 səs toplayaraq öz qrupunda 2-ci yeri tutdu. Ötən ilki və daha əvvəlki müsabiqələrin bir neçə dəfə nominantı olmuş Sheki.net -in isə bu dəfə nominant olmaq üçün cəmi 2 səsi çatmadı. Bu sayt 16 səslə öz qrupunda 4-cü yerdə qaldı. Mayın 17-də nominantlar arasindan qaliblər müəyyənləşdiriləcək. 2-ci və əsas mərhələdə Şəki saytlarına uğurlar arzylayırıq!

пятница, 12 декабря 2008 г.

76 yaşlı Əməkdar jurnalist Salis Məmmədovun Prezidentə məktubu

Möhtərəm prezident. Noyabrın 10-da 2-ci müddətə prezident seçilməyiniz münasibəti ilə Sizə təbrik məktubu yazdım. Təbrikdə həm də sizdən xahiş etdim ki, bu təbrikimi qəbul edərək məni şərəfləndirəsiniz. Lakin təbrikim Sizin rəsmi veb saytınızda dərc edilmədiyinə görə, hesab edirəm ki o ya sizə çatmayıb, ya da siz sadəcə, mənim təbrikimi qəbul etmək istəmirsiniz.
Niyə bu mövzu üçün 2-ci, 3-cü kateqoriyalı hesab edilməli olan adamların - məsələn, hansısa əməkdar artistin nəvəsinin, nəticəsinin təbriki o saytda dərc olunur mənimki yox?! Mənim nə dövlət, nə hökumət, nə xalq, nə Vətən və nə də Sizin qarşınızda heç bir qəbahətli işim yoxdur. Ömrümü alnıaçıq, şərəflə yaşamışam. Hesab edirəm bu hal Prezident aparatının işçilərinin mənə qarşı növbəti qərəzkarlığıdır, onlar bir çox jurnalistlərin necə sizin əleyhinizə çıxış etməsinə nail olublarsa, məni də eləcə Sizin əleyhinizə qaldırmaq, Sizə olan inamımın itməsinə çalışırlar. Amma mən heç vaxt Prezidentə qarşı çıxmamışam və bundan sonra da çıxmayacağam. Amma həmişə haqq uğrunda mübarizə aparmışam və yenə də aparacağam, əvvəlkindən daha kəskin, daha effektli.

Salis Məmmədov, Azərbaycan Respublikasının Əməkdar jurnalisti.

понедельник, 10 ноября 2008 г.

Əməkdar jurnalist Salis Məmmədovun Prezident İlham Əliyevə təbriki

Möhtərəm Prezident. 2-ci müddətə prezident seçilməyiniz münasibəti ilə sizi mən də təbrik edirəm. Xahiş edirəm ki, yaşımın çoxluğu və xəstəliyimlə əlaqədar təbrikimin bir qədər gecikməsini üzrlü hesab edəsiniz və onu qəbul etməklə məni şərəfləndirəsiniz. Sizin 2-ci müddətə prezident seçilməyiniz, əslində, Azərbaycanda sabitliyin və inkişafın təntənəsidir. Məhz, bu təntənəni görmək üçün Azərbaycan xalqı demək olar ki, hamılıqla seçkiyə getdi və sizi seçdi. Mən yarım əsrdən çoxdur jurnalistlik fəaliyyəti ilə məşğulam, 40 ildir bir ki bir qəzetin baş redaktoruyam, nə qədər mürəkkəb dövrlər olub... Mən Heydər Əliyevlə, həm də sizinlə fəxr edirəm və mənim bu simpatiyam redaktə etdiyim qəzet səhifələrində açıq-aşkar öz əksini tapmaqdadır və tapacaqdır! Bəzən elə bilirlər ki mənim qəzetlərim dövlət qəzetidir, ya dövlət tərəfindən maliyyələşdirilir. Yox, əsla! Mən indiyə qədər dövlətdən heç bir yardım, himayə görməmişəm. Təvazökarlıqdan uzaq da olsa qeyd edim ki, bu gün Google kimi ən məşhur internet axtarış sistemi, - İlham Əliyev - sorğusunda, 2-ci, ya 3-cü sırada məhz, bizim qəzetin veb saytından olan şəkilləri təqdim edir. O şəkillərin altında isə mənim məqalələrimi. Bu nəinki mənim üçün, bütün Şəki üçün böyük bir şərəfdir.


Salis Məmmədov, Azərbaycan Respublikasının Əməkdar jurnalisti, "İpəkçi" və "Şəkinin səsi" qəzetinin baş redaktoru.