Показаны сообщения с ярлыком Vətən. Показать все сообщения
Показаны сообщения с ярлыком Vətən. Показать все сообщения
понедельник, 28 декабря 2009 г.
вторник, 24 ноября 2009 г.
Hambuqda bir gözəl Azərbaycanlı ailəsi haqqında...

■ Bagırovlar ailəsi 1998 ilin Avqust ayında Almaniyaya köç etmələrinə vətəndən uyaq yaşamalarına ramən kicik Əlı Bagırov Idmanın Karete üzrə 10 yaşlılar arasında Hamburq çempionu olmuşdur.
■ Haqqında danışacagımız 1999-cu ilin 30 oktyabirinda anadan olmush 10 yaşındakı Əli Bagıov Almaniya dogumlu Azərbaycanlımızdır.
■ Əli İdmanın Karate növü ilə hələ ən kiçik yaşlarında 2005-ci ilin sentyabirından məşquldur. 2006-ci ilin iyun ayının 19-da kiçik çəki dərəcəsində, ilk medalını qazanmışdır. Mütamadi olaraq idmanın bu növü ilə məşqul olan Əli, sonrakı, 2007-ci ilin iyun ayının 23 və 2008 ilin iyul ayının 16-da çempion adına layiq görülmüşdür. Onu xüsusilə qeyd etmək olar ki karatenin sotakan növü üzrə göy kəməri vardır. Əlinin karate idman növünə maragı vətənpərvərlik üzərində qurulmasının şahidi oldum. Ona maraq oyadan səbəb atasi Hamburaq Azərbaycan Mədəniyyət cəmiyyətinin sədri Azər Rövşən evdə hər gün vətənpərvərlik movzusundakı söhbətlərindən irəli gəlməsidir desəm yanılmaram. Vətənpərvərlik mövzusunda baxdıgı TV- verlişləri Əlini daha da vətənpərvər ruhunda olmaga yönəltmişdir. Maraqlısı budur ki Əli torpaqlarımızın azad olunması ugrundakı döyüşlərə qatılacagını cəsarətlə dilə gətirdi .

■Kiçik yaşlı Əli əskərlik yaşının olmamasına ramən, indidən işqalçı ermənilərə qarşı nifrətini də gizlətmədi. Dogrusu deyim müsafir oldugum bu evddə Əlinin bu qədər ayıq və vətənpərvər olmasına heyrət etdim. Əlinin idmanın karate novünün seçməsi məhz vətənpərvər olmasını hiss etdirdi. Çox ciddi görkəmi və olduqca sakit görünüən Əlinin bacıları Nailə və Zəhra onu o qədər sevirlər ki, bütün ərköyünlüyünə belə cox həsas yanaşır və dözürlər. Hanı bizlərdə bir söz var deyərlər: "Evdə tək olan oglan üşagı ikinci Padişahdır".
■ Zəhra 8-sinifdə oxuyur. Nailə isə 10.ci sinifdə təhsini davam etdirir.Yeri gəlmişkən bu iki qızcigazımızla maraqlandıgımızda gördük ki, ilk okullarını Almaniyada almalarına ramən, ana dilimizi mükəmməl və səlis danışırlar. Bu da ondan irəli gəlir ki, evdə ana dilimzə hörmətlə yanaşılır. Kaş ki Vətəndə öz ana dilini bilməyən bəzi ailələrdə bu cür ailələrdən nümünə götürə biləydi. Ümümiyyətlə söhbəti Böyük Türk millətindən salsaq görərik ki , ölkədən kənar yaşayan Türk milləti bizi hər daim heyrət içindı buraxib. Türklərin burada öz ana dillərini unutmayaraq səlis danışmaları bizləri ruhlandırır və sevindirir. Avropanın bir cox ölkələrində Türk mediası qəzet və jurnalları movcuddurki bu da gündəlik informasiyaları əldə edirlər. Axı biz də AzərbaycanTürküyük…
■ Keçək Əlinin son çempionluq haqqındakı fikirlərə... 2009 ilin iyin ayının 9-da Lübükde şəhərlər arası Dostluq birincilik yarışlarında Əli bu birinciliyin də, qalibi oldu. Dogrudur komanda yarışlarinda 4-cülüyü əldə etsələrdə, Əli məglubiyyətlə ayrılmadı. Yüksək yerlərə çıxmamalarının səbəbi komanda yoldaşlarının zəif çıxışlarından irəli gəlmişdir. Əli deyirki, heç də, həvəsdən düşməmişəm. Gələcək çempionatlarda daha əzimlə çıxış edəcəyəm. Gərək Dogma Azərbaycanımızı öz qələbələrimlə tanıdam.
■ Sohbət bu gözəl ailədən düşmüşkən Əlinin Anası Rena xanımım nə qədər mülayim evdar bir xanim olması və gözəl mətbəx sahibliyi bizi daha da heyrətləndirdi. Onun hazırladıgı dadli Azərbaycan mətbəxi Alman dostlarının dilindən düşmür. Həyat yoldaşı, dostumuz Azər bəy Rovşən bizə bir surprizdə hazırlayıbmış. Sən demə o pianonda daha dogrusu sintizatirda Türk və Azərbaycan musiqilərinin gözəl ifasıçısıimiş.Yemək masası arxasında gözəl müsiqi parçalarınında şahidi olduq. Həqiqətən Almaniyada belə bir Azərbaycanlı ailəsilə fəxr etməyə dəyər. Nə deyə belərik? Bu qədər gözəl görüntü və istirahətdən sonra Bagırovlar ailəsinə gələcək planlarında ugurlar diləyilə
İntigam İbrahimoglu
Ярлыки:
Azərbaycan,
Diaspor,
DUNYA,
idman,
mədəniyyət,
Sağlamlıq,
Vətən
пятница, 11 сентября 2009 г.
Bəhram Çələbinin növbəti - "TT Nəriman" adlı, kitabı nəşr olunub.
Bu günlərdə Bəhram Çələbinin növbəti - "TT Nəriman" adlı, kitabı nəşr olunub. Bu onun Azərbaycan "vor zakon"ları haqqında sayca 8-ci kitabıdır. Məlumat üçün qey edək ki, B. Çələbi ötən əsrin 90-cı illərinin əvvəllərinə qədər Şəki Şahmat Məktəbinin direktoru olmuşdu və sonralar peşəsini dəyişib kriminal aləm haqında kitəblar yazmağa başladı.Onun kitabları daha çox Rusiyada yayılmaqda və oxunmaqdadır. Təkcə 2007-ci ildə B. Çələbinin "Sabirabadlı Hikmət" adlı kitabı Moskvada 20 min nüxsədə satılmışdır.B. Çələbini bu münasibətlə təbrik edərkən, sözarası soruşduq ki, "Bəhram müəllim, son günlər Maştağada baş alıb gedən oğurluq hallarına münasibətiniz necədir? Deyilənlərə görə bütün kənd oğrulardan ehtiyat edərək səhərə qədər yatmır, oğrular isə istədikləri evə girir, bir şey tapmayanda isə namə qoyurlar ki "onsuz da aparacağıq!". Bəhram müəllim cavab verdi ki, " mən siyasətlə məşğul olmuram, bu məsələni hökumət araşdırmalıdır".
Ярлыки:
Azərbaycan,
Kriminal,
Oğru aləmi,
Şəki xəbərləri,
Tarix,
Təbrik,
Vətən
вторник, 14 июля 2009 г.
Bakının düz ortasında yapışqan iyləyən uşaqlar!

Bu 21-ci əsrin ən "model" narkomaniyasıdır! Bakının düz ortasında, əllərində selofan torba və torbadın içində yapışqan və yapışqanı iyləyərək onun iyinin təsirindən "məst" olan uşaqlar! Hökümət hara baxır?! Bunlar küncdə-bucaqda deyil, düz şəhərin ortasında baş verir!

Aydın Məmmədov
пятница, 6 февраля 2009 г.
44 il bir qəzeti redaktə etmiş adam - Salis Məmmədov 29 yanvar 2009-cu il tarixdə, 76 yaşında dünyasını dəyişdi
Salis Məmmədsani oğlu Məmmədov 1932-ci il iyul ayının 
1-də Nuxa şəhərində anadan olmuşdur. 15 yaşında, 06.02.1948-ci il tarixdə, Nuxa radio məlumatları redaksiyasına məlumatçı kimi əmək fəaliyyətinə başlamış və 23.12.1951-ci il tarixə qədər, Nuxa radio verilişləri redaksiyası ləğv edilənədək orada işləmişdir. 25.071952-ci il tarixdən "Nuxa fəhləsi" qəzeti redaksiyasında, 01.04.1962-ci il tarixdən isə Nuxa rayonlararası "Lenin bayrağı" qəzetində ədəbi işçi olmuşdur. 1959-cu ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə qiyabi təhsil almağa başlamış və 1965-ci ildə bu təhsil ocağının diplomuna yiyələnmişdir. (Yeri gəlmişkən, tələbəlik illərində o, Baxtiyar Vahabzadənin "Gülüstan" poemasının "Nuxa fəhləsi" qəzetində nəşr etdirməklə, o dövr üçün kifayət qədər böyük və indi də xatırlanan bir qalmaqal yaratdı, baxmayaraq ki bu məsələdə onun adı indiyədək heç vaxt hallanmayıb. Salis Məmmədov özü bu
baradə belə deyirdi: "Jurnalistika fakültəsində qiyabi təfsil alarkən, Bakıda Baxtiyar Vahabzadə ilə tez-tez görüşürdüm. Bir dəfə o, mənə "Gülüstan" poemasının əlyazmasını verdi. Mən də Şəkiyə qayıdanda onu redaktor Məhyəddin Abbasova təqdim etdim və poema nəşr olundu. Növbəti dəfə Bakıya gedəndə özümlə "Gülüstan" poeması nəşr olunmuş xeyli "Nuxa fəhləsi" qəzeti apardım və onları yaymağa başladım. Sonra Baxtıyar müəllim məndən xahiş etdi ki, həmin nömrəni yaymağı dayandırım, belə ki buna görə onu incidirlər. Amma daha gec idi...".)
03.04.1965-ci il tarixdə Salis Məmmədov Nuxa şəhər partiya Komitəsi bürosunun qərarı ilə Nuxa İpək Kombinatında çıxan "İpəkçi" qəzetinə redaktor təyin edilir. 12.12.1990-cı il tarixdə özbaşına olaraq, bu qəzetin ənənəvi təsisçilərindən və Azərbaycan SSR-də ilk dəfə Sovet mətbuatı üçün ənənəvi "Bütün ölkələrin proleterları birləşin!" şüarından imtina edən Salis Məmmədov, onu "Şəki ipəkçilərinin açıq tribunası" elan edir. O, vəfatına qədər - 29.01.2009-cu il tariuxədək, düz 44 il həmin qəzetin redaktoru oldu. Ötən əsrin 90-cı illərinə qədər həm də Azərbaycan Jurnalistlər İttifaqının nəşr etdirdiyi "Müxbir" bulletinin redaksiya heyətinin üzvü olan Salis Məmmədov, 1991-ci ilin 23 oktyabrında Azərbaycan Respublikasının Əməkdar Jurnalisti fəxri adına layiq görülmüşdür. 1993-cü ildə isə oğlu Aydın Məmmədovla birlikdə regionlar üzrə ilk müstəqil qəzeti -"Şəkinin səsi"ni, təsis etmiş və vəfatına qədər bu qəzetin baş redaktoru olmuşdur. Sovetlər dövründə Lenin Yubiley medalı, Şərəf Nişanı ordeni, Azərbaycan Jurnalistlər İttifaqının Qızıl Qələm mükafatı, müstəqillik illərində, 2005-ci ildə, Tərəqqi medalı ilə təltif edilmişdir. (Yeri gəlmişkən, S. Məmmədov sonuncu medalını istehza ilə "dəmir Tərəqqi medalı" adlandırırmış və təltif eiləndən sonra 3 il ərzində onu qəbul etməkdən imtina etmişdir.) 1993 və 1994-cü ildə, onun redaktor olduğu "İpəkçi" qəzetinin 60 illik yubileyi münasibəti ilə mərhum sabiq prezident Heydər Əliyev şəxsən təbrik məktubu və təbrik teleqiramı göndərmişdir. "İpəkçi" qəzeti hələ Sovet dövründə Respublika və İttifaq miqyasında kifayət qədər ad-san qazanmışdır. Qəzetin qaldırdığı məsələlər həm Respublika və həm də İttifaq nazirliklərində müzakirə edilir, hər dəfə də müsbət həll olunurdu. Bəzən isə hansısa bir tənqidi yazıya görə "İpəkçi" ni gecə saatlarında, xəlvəti çap etdirmək lazım gəlirdi.
Həyatının son illərində keçirdiyi ağır xəstəlik, Salis Məmmədovun ictimai-siyasi həyatda iştirakını və jurnalistlik fəalliyyətini heç də zəiflətmədi. Təsəvvür edin, ömrünün yalnız son günlərində, ötən ilin yalnız dekabr ayında, "Şəkinin səsi"nin 4 təşəbbüsü ən yüksək qanunverici orqanlarda müzakirə olunmuşdur! "Şəkinin səsi" Azərbaycanlıların indiki Ermənistan ərazisindən son deportasiyasının 20-ci ildönümü münasibəti ilə Azərbaycan hökümətini bu dəhşətli cinayəti, qətli-amı, düz 20 il ört-basdır etməkdə ittiham edirdi və oz oxucularına vəd verirdi ki "3 ay sonra Azərbaycan xalqı adından məhz elə biz özümüz bu iddianı Haaqa Məhkəməsinə təqdim edəcəyik!" İctimai yerlərdə siqaret çəkməyin qadağan edilməsini də ilk olaraq tələb edən "Şəkinin səsi" idi. Azərbaycan ziyalılarının yerli telekanalarlara yox, FM tezliyində yayimlanan xarici radiolara qulaq asmasını da ilk olaraq deyən, məhz, "Şəkinin səsi" olmuşdur. Amma "Şəkinin səsi" xarici radiolarin FM tezliyindən çıxarılmasını yox, yerli televiziya verilişlərinin keyfiyyətinin yaxşılaşdırilmasını istəyirdi. 26 Bakı Komissarının - o cümlədən S. Şaumyanın qəbirinin Bakının mərkəzindən götürülməsi, M. Rəsulzadə, F. X, Xoyski və Azərbaycan Demokratik Respublikası digər liderlərinin nəşinin Vətənə gətirilməsi "Şəkinin səsi"nin ən çox toxunduğu mövzu idi ki, bunlardan birincisi yalnız S. Məmmədovun ölümü ərəfəsində reallaşdı. Ölümündən 1 ay əvvəl Salis Məmmədov, Prezident İlham Əliyevə ünvanladığı məktubda göstərirdi: Mənim nə dövlət, nə hökumət, nə xalq, nə Vətən və nə də Sizin qarşınızda heç bir qəbahətli işim yoxdur. Ömrümü alnıaçıq, şərəflə yaşamışam. ...həmişə haqq uğrunda mübarizə aparmışam və yenə də aparacağam, əvvəlkindən daha kəskin, daha effektli.
Salis Məmmədov 2009-cu il yanvar ayının 29-da, uzun sürən xəstəlikdən sora vəfat etdi və yanvarın 30-da, 10-15 il öncə çəkilmiş bu şəkildə durduğu yerdən 2 addım arxada, nakam rəhmətə getmiş qardaşı Xamisin qəbrinin yanında torpağa tapşırıldı. Allah onlara rəhmət eləsin.
Həmçinin, əlavə olaraq bax:

1-də Nuxa şəhərində anadan olmuşdur. 15 yaşında, 06.02.1948-ci il tarixdə, Nuxa radio məlumatları redaksiyasına məlumatçı kimi əmək fəaliyyətinə başlamış və 23.12.1951-ci il tarixə qədər, Nuxa radio verilişləri redaksiyası ləğv edilənədək orada işləmişdir. 25.071952-ci il tarixdən "Nuxa fəhləsi" qəzeti redaksiyasında, 01.04.1962-ci il tarixdən isə Nuxa rayonlararası "Lenin bayrağı" qəzetində ədəbi işçi olmuşdur. 1959-cu ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə qiyabi təhsil almağa başlamış və 1965-ci ildə bu təhsil ocağının diplomuna yiyələnmişdir. (Yeri gəlmişkən, tələbəlik illərində o, Baxtiyar Vahabzadənin "Gülüstan" poemasının "Nuxa fəhləsi" qəzetində nəşr etdirməklə, o dövr üçün kifayət qədər böyük və indi də xatırlanan bir qalmaqal yaratdı, baxmayaraq ki bu məsələdə onun adı indiyədək heç vaxt hallanmayıb. Salis Məmmədov özü bu
baradə belə deyirdi: "Jurnalistika fakültəsində qiyabi təfsil alarkən, Bakıda Baxtiyar Vahabzadə ilə tez-tez görüşürdüm. Bir dəfə o, mənə "Gülüstan" poemasının əlyazmasını verdi. Mən də Şəkiyə qayıdanda onu redaktor Məhyəddin Abbasova təqdim etdim və poema nəşr olundu. Növbəti dəfə Bakıya gedəndə özümlə "Gülüstan" poeması nəşr olunmuş xeyli "Nuxa fəhləsi" qəzeti apardım və onları yaymağa başladım. Sonra Baxtıyar müəllim məndən xahiş etdi ki, həmin nömrəni yaymağı dayandırım, belə ki buna görə onu incidirlər. Amma daha gec idi...".)03.04.1965-ci il tarixdə Salis Məmmədov Nuxa şəhər partiya Komitəsi bürosunun qərarı ilə Nuxa İpək Kombinatında çıxan "İpəkçi" qəzetinə redaktor təyin edilir. 12.12.1990-cı il tarixdə özbaşına olaraq, bu qəzetin ənənəvi təsisçilərindən və Azərbaycan SSR-də ilk dəfə Sovet mətbuatı üçün ənənəvi "Bütün ölkələrin proleterları birləşin!" şüarından imtina edən Salis Məmmədov, onu "Şəki ipəkçilərinin açıq tribunası" elan edir. O, vəfatına qədər - 29.01.2009-cu il tariuxədək, düz 44 il həmin qəzetin redaktoru oldu. Ötən əsrin 90-cı illərinə qədər həm də Azərbaycan Jurnalistlər İttifaqının nəşr etdirdiyi "Müxbir" bulletinin redaksiya heyətinin üzvü olan Salis Məmmədov, 1991-ci ilin 23 oktyabrında Azərbaycan Respublikasının Əməkdar Jurnalisti fəxri adına layiq görülmüşdür. 1993-cü ildə isə oğlu Aydın Məmmədovla birlikdə regionlar üzrə ilk müstəqil qəzeti -"Şəkinin səsi"ni, təsis etmiş və vəfatına qədər bu qəzetin baş redaktoru olmuşdur. Sovetlər dövründə Lenin Yubiley medalı, Şərəf Nişanı ordeni, Azərbaycan Jurnalistlər İttifaqının Qızıl Qələm mükafatı, müstəqillik illərində, 2005-ci ildə, Tərəqqi medalı ilə təltif edilmişdir. (Yeri gəlmişkən, S. Məmmədov sonuncu medalını istehza ilə "dəmir Tərəqqi medalı" adlandırırmış və təltif eiləndən sonra 3 il ərzində onu qəbul etməkdən imtina etmişdir.) 1993 və 1994-cü ildə, onun redaktor olduğu "İpəkçi" qəzetinin 60 illik yubileyi münasibəti ilə mərhum sabiq prezident Heydər Əliyev şəxsən təbrik məktubu və təbrik teleqiramı göndərmişdir. "İpəkçi" qəzeti hələ Sovet dövründə Respublika və İttifaq miqyasında kifayət qədər ad-san qazanmışdır. Qəzetin qaldırdığı məsələlər həm Respublika və həm də İttifaq nazirliklərində müzakirə edilir, hər dəfə də müsbət həll olunurdu. Bəzən isə hansısa bir tənqidi yazıya görə "İpəkçi" ni gecə saatlarında, xəlvəti çap etdirmək lazım gəlirdi.
Həyatının son illərində keçirdiyi ağır xəstəlik, Salis Məmmədovun ictimai-siyasi həyatda iştirakını və jurnalistlik fəalliyyətini heç də zəiflətmədi. Təsəvvür edin, ömrünün yalnız son günlərində, ötən ilin yalnız dekabr ayında, "Şəkinin səsi"nin 4 təşəbbüsü ən yüksək qanunverici orqanlarda müzakirə olunmuşdur! "Şəkinin səsi" Azərbaycanlıların indiki Ermənistan ərazisindən son deportasiyasının 20-ci ildönümü münasibəti ilə Azərbaycan hökümətini bu dəhşətli cinayəti, qətli-amı, düz 20 il ört-basdır etməkdə ittiham edirdi və oz oxucularına vəd verirdi ki "3 ay sonra Azərbaycan xalqı adından məhz elə biz özümüz bu iddianı Haaqa Məhkəməsinə təqdim edəcəyik!" İctimai yerlərdə siqaret çəkməyin qadağan edilməsini də ilk olaraq tələb edən "Şəkinin səsi" idi. Azərbaycan ziyalılarının yerli telekanalarlara yox, FM tezliyində yayimlanan xarici radiolara qulaq asmasını da ilk olaraq deyən, məhz, "Şəkinin səsi" olmuşdur. Amma "Şəkinin səsi" xarici radiolarin FM tezliyindən çıxarılmasını yox, yerli televiziya verilişlərinin keyfiyyətinin yaxşılaşdırilmasını istəyirdi. 26 Bakı Komissarının - o cümlədən S. Şaumyanın qəbirinin Bakının mərkəzindən götürülməsi, M. Rəsulzadə, F. X, Xoyski və Azərbaycan Demokratik Respublikası digər liderlərinin nəşinin Vətənə gətirilməsi "Şəkinin səsi"nin ən çox toxunduğu mövzu idi ki, bunlardan birincisi yalnız S. Məmmədovun ölümü ərəfəsində reallaşdı. Ölümündən 1 ay əvvəl Salis Məmmədov, Prezident İlham Əliyevə ünvanladığı məktubda göstərirdi: Mənim nə dövlət, nə hökumət, nə xalq, nə Vətən və nə də Sizin qarşınızda heç bir qəbahətli işim yoxdur. Ömrümü alnıaçıq, şərəflə yaşamışam. ...həmişə haqq uğrunda mübarizə aparmışam və yenə də aparacağam, əvvəlkindən daha kəskin, daha effektli.

Salis Məmmədov 2009-cu il yanvar ayının 29-da, uzun sürən xəstəlikdən sora vəfat etdi və yanvarın 30-da, 10-15 il öncə çəkilmiş bu şəkildə durduğu yerdən 2 addım arxada, nakam rəhmətə getmiş qardaşı Xamisin qəbrinin yanında torpağa tapşırıldı. Allah onlara rəhmət eləsin.
Ярлыки:
Şəki xəbərləri,
Vətən
воскресенье, 1 февраля 2009 г.
Yanvarın 29-da "Şəkinin səsi" və "İpəkçi" qəzetlərinin təsisçisi və baş redaktoru Əməkdar Jurnalist Salis Məmmədov 76 yaşında vəfat etdi
O, 1965-cı ildən Şəki İpək Kombinatına məxsus "İpəkçi" qəzetinin redaktoru idi. 1990-cı ildə, hələ Sovet hakimiyyəti dövründə, bu müəssisənin partiya komitəsinin təsisçiliyindən və o dövr üçün ənənəvi olan "Bütün ölkələrin proletarları birləşin!" şüarından imtina etdi. 1993-cü ildə isə oğlu Aydın Məmmədovla birlikdə "Şəkinin səsi" qəzetini təsis elədi. İlk nömrəsi 1993-cü il iyun ayının 15-də - Qurtuluş günündə, işıq üzü görən "Şəkinin səsi" regionlar üzrə ilk müstəqil qəzet idi.
Ярлыки:
Şəki xəbərləri,
Vətən
воскресенье, 18 января 2009 г.
Barbarlar şəhəri Bakı!

Bakı, bağışla məni, sənə barbar şəhəri deməyə məcburam! Sən mənim Vətənimin bir parçasısan, Ona görə səni çox sevirəm, halına yanıram. Bu bina cəmi 1 - 2 ildir istifadəyə verilib səndə - Bakixanov qəsəbəsində.
Görürsənmü barbarlar nə hala salıb onu?! Şəhərin gözəllıyini pozmaq, yaraşığını itirmək üçün kimin əlindən nə gəlir edib bu binada. Barbar sakinlər ediblər, barbar rəhbərlər isə icazə veriblər. Niyə belə binalar yalnız Bakıda var? Rusiyanın bir balaca qəsəbəsındə, bir kimsə cəsarət edə bilməz, daha doğrusu heç vaxt belə etməz! Bu həqiqətdir!
Bu hələ harasıdır, bu bina istifadəyə verilməmişdən məlum idi ki onun bir bloku əyilir, belə ki həmin blokun binovrəsi köhnə gölün yerində qoyulmuşdu. Amma həmin bloku sökmədilər və... Allah özü kömək olsun.
Ярлыки:
Bakı,
mədəniyyət,
Tikinti,
Vətən
вторник, 13 января 2009 г.
"Şəkinin səsinin" daha bir iddiası gerçəkləşdi: "26-ların"qəbirlərini sökməyə başladılar!
"Şəkinin səsi" vaxtaşırı olaraq, neçə illər idi ki, 1918-ci ildə on minlərlə müsəlmanı qəli-ama məruz qoyan Stepan Şaumyanın qəbrinin rəsmən Bakının Sahil parkında olmasını ictimaiyyətin nəzərinə çatdırırdı. Bu yolverilməz bir hal idi! Ən sonuncu dəfə isə biz 1 noyabr 2008-ci il tarixdə öz veb səhifələrimiz vasitəsi ilə xəbər yaydıq ki, bəs, " Bakı Meriyası S. Şaumyanın qəbrini və heykəlinin Bakının mərkəzindən köçürülməsində tərəddüd edir! " .
Nəhayət, yanvarın 12-dən etibarən "26-ların" qəbirlərinin sökülməsinə başlanılıb!
Əlavə olaraq bax 1 noyabr 2008-ci il tarixli məqaləmizə:
Nəhayət, yanvarın 12-dən etibarən "26-ların" qəbirlərinin sökülməsinə başlanılıb!
Əlavə olaraq bax 1 noyabr 2008-ci il tarixli məqaləmizə:
Ярлыки:
Azəbaycan Demokratik Respublikası,
Tarix,
Vətən
понедельник, 12 января 2009 г.
Elman Mustafazadə: AzTv-də səslənir ki, guya Hollandiyada 2 azərbaycan məktəbi fealiyyət gostərir?! Bunlar ag yalandir!

Azərbaycanim!!! Kimi çəkir cəfasını, kimi yeyir səfasını....
Şovmenlik, Diaspor dələduzlugu Azərbaycana hec bir fayda vədd eləmir soydaslarim. Bu yalnız xəstəlikdir! Indi bu Diaspor yalan və fırıldaq xəstəliyinə bəzi diplomatlarımızda yoluxmaqdadırlar... Onlar dovlət işləri ilə məşgul olmaq əvəzinə, cəmiyyət ulduzlarına qoşulub şovmenlik edirlər...
Bu günlərdə AzTv-də səslənir ki, guya Hollandiyada 2 azərbaycan məktəbi fealiyyət gostərir. Bunlar ag yalandir. Bunlar tək yalan deyil, bu yalan Vətənə xəyanətdir. Özü olmayan məktəbin təşkilatçısı, direktoru, müəllimi kimi təqdim etmək Vətənə ən böyük xəyanətdir. Bunları arasdırıb ortaya çıxarsalar, bu saxtakarların hamısını həps etmək olar. Onların Bakıda, Diaskomda oturan dayıları belə kömək edə bilməz! Diaskomun "mazgavoy center"i Ilham Məmmədov, ildə bir dəfə gəlib Avropada soydaslarımzı biri birine qarşı qoyur, sonra qayıdıb BakIda qapı-pəncərə alveri edir. Danısanda isə, guya lobbi yaradır.... "Gardaş get qapı-pəncərə alverini elə, qoy bu islə təcruibəsi olan vicdanlı, eqidəsi təmiz Vətən ovladları məşgul olsunlar“! Əziz soydaşlarım qoy kisilər mənden inciməsinlər, indi Azərbaycanda vicdanı təmiz kisi tapmaq olduqca çətindir. Ona görə millət davasına qadınlar qosulmalıdırlar. Avropada hər bir vətəndaşın fikrini oyrənirlər, qismən nəzərə alırlar. Bir Azerbaycan ovladi kimi, mənimdə təklifim var. Təhsil Naziri Misir Mərdanovu isdən azad edib, yerinə Elmira Axundovanı təyyin etsələr, təhsilimzin gələcəyinə inanmaq olar. Diaspora Komitəsini basda sədr olmaqla istefaya gondərmək, əvəzində Qənirə Paşayevanı sədr təyyin edib qısa müddətdə yeni komanda toplayıb həqiqi Diaspora Komitəsi yarada bilsək, yaxın 5-10 ilə Avropada Azərbaycan Lobbisini yaratmaq mümkündür. Mən iki nazirliyin təcili deyisilməsini istəyirəm. Bu məsələni həyata kecirmək qurbətçilerimizin əlindədir. Yetər ki, hərəkət soydaşlarım Ölkə başçısına həqiqətləri catdırmaq kompaniyasına qoşulun! Yaxın günlərdə Diaspora Komitəsinin Azərbaycan xalqına etdiyi cinayətləri oxuyacaqsınız.... Hələlik isə gəlin özümüz öz milli dərdlərimzi Beynəlxalq səviyyəyə qaldıraqın, fatının nəyindən (diaskoma) millətə tuman olmaz. Azərbaycanim!!! Kimi çəkir cəfasını, kimi yeyir səfasını
понедельник, 5 января 2009 г.
пятница, 26 декабря 2008 г.
Bir məktub, yaxud erməni qadın Azal şirkətinin Belçikadaçı nümayəndəsi ?!
Salam hormetli hemvetenler.
Mene melumat catmisdir ki AZAL-Azerbaycan Hava Yollari Sirketinin Brusselde, Belcikadaki numayendesi ermenidir.Bu melumati yoxlamaq meqsedi ile men iki gun evvel AZAL sirketinin Brussel seherinde Park Hill, Mommertslaan 18A 1831 Diedem-Brussels unvaninda yerlesen offisine yollandim.
Bildirmeliyem ki orada AZAL sirketinden basqa diger Hava yollarininda temsilcileri var idi. Lakin AZAL sirketinin numayendesi ve Azerbaycana biletleri qeydiyyatdan keciren ve satan ermeni qadini idi, ve elbettde ki cox meyyus oldum ki mene verilen xeber gercek oldu.
AZAL sirketinin Azerbaycana biletlerinin her hansi bir adam bilet aldiqda oz passportunu vermelidir, ve bu ermeni qadinda onun suretini cixardir. buda o demekdir ki butun AZAL sirketinin xidmetinden istifade eden Azerbaycanli vetendaslarin konfedensial melumatlarini asanliqla elde edir ve Ermeni baskesenlerine oturur.Bu dehsetdir. Men o ermeni qadinini AZAL temsilcisi oldugunu gordukde kecirtdiyim nifret ve kudret hisslerini ifade etmeye hec soz tapmiram.
O ermeni qadininin professional cehedlerine geldikde ise bildirmeliyem ki o Ermeni ne Fransiz, ne Holland, ne Alman ne de Ingilis dilinde danisa bilmirdi. Yalniz Rusca danisirdi.
Men bir meseleni derk ede bilmirem axi bu nece ola biler ki Azerbaycanin Prezidenti Ilham Aliyev cenablari televizaya vasitesi ile her zaman xalqa muraciet etdikde tekidle bildirir ki: Ermeniler bizim torpaqlari zept edibler, bir milliondan artiq ehalimizi dede baba torpaqlarindan didergin saliblar ve o aqressorlarnan bizim hec bir elaqemiz ve birge lahiyyelerde istirakimiz mumkun deyil ve onlar bizim torpaqlardan cixmayanacam hec bir musterek isden sohbet gede bilmez. O qespkarlar anlamalidilar ki neler etdiler bize neler itirdiler bu emelleri ile. bu bizim hormetli Prezidentimizin sozleridir.
Lakin gorunur ki AZAL rehberliyi Prezidentin cixislarini ve emrilerini qulaq ardisina qoyur ve tam eksine herek edir.
Eger subhesi olan varsa 003227160070 nomresine zeng edib yoxlaya biler ve günderdiyim senedi oxuya biler.
En dehsetlisi budur ki onlarla Ali tehsilli ziyali Azerbaycanli qizlar ve oqlanlar burda Belcikada ozlerine layiqli is tapa bilmirler, baxmayaraq ki bir nece xarici dilde serbest danisirlar. Amma hec bir xarici dilde danisa bilmeyen ermeni qadinin bizim Azerbaycanin Dovlet Hava Yollarinin temsilcisi isleyir ve biletlerini realize edir.
Bir meseleni nezerinize catdirim ki Paltalk saytlarinda; e-maillari Turk xalqinin layyagetini ve serefine ser yaxan, Turkiyye Prezidenti Abdullah Gul cenablarina ermeni adi qoyan melumatlar yayan, Turklerle Azerilerin arasini vuran soxulcanlar ilk once Azerbaycanla elaqeli meseleleri arasdirsinlar. Aqizlarina tuklu dosan yerlesmir qeyretden namusdan danisanda, arvad adi altinda serefli soydaslarimiza cirkab axtirirlar. O ilanlarin sozlerine gore Istanbulu yunanlara Bakinida ermenilere vermek lazimdi. Yagin ki bunlar AZAL-in Brussel temsilcisi Meri Sargsyanin el altilari yada "serikleridirler".

Hormatla Brusseldan Adelet Quliyev
пятница, 12 декабря 2008 г.
76 yaşlı Əməkdar jurnalist Salis Məmmədovun Prezidentə məktubu
Möhtərəm prezident. Noyabrın 10-da 2-ci müddətə prezident seçilməyiniz münasibəti ilə Sizə təbrik məktubu yazdım. Təbrikdə həm də sizdən xahiş etdim ki, bu təbrikimi qəbul edərək məni şərəfləndirəsiniz. Lakin təbrikim Sizin rəsmi veb saytınızda dərc edilmədiyinə görə, hesab edirəm ki o ya sizə çatmayıb, ya da siz sadəcə, mənim təbrikimi qəbul etmək istəmirsiniz.
Niyə bu mövzu üçün 2-ci, 3-cü kateqoriyalı hesab edilməli olan adamların - məsələn, hansısa əməkdar artistin nəvəsinin, nəticəsinin təbriki o saytda dərc olunur mənimki yox?! Mənim nə dövlət, nə hökumət, nə xalq, nə Vətən və nə də Sizin qarşınızda heç bir qəbahətli işim yoxdur. Ömrümü alnıaçıq, şərəflə yaşamışam. Hesab edirəm bu hal Prezident aparatının işçilərinin mənə qarşı növbəti qərəzkarlığıdır, onlar bir çox jurnalistlərin necə sizin əleyhinizə çıxış etməsinə nail olublarsa, məni də eləcə Sizin əleyhinizə qaldırmaq, Sizə olan inamımın itməsinə çalışırlar. Amma mən heç vaxt Prezidentə qarşı çıxmamışam və bundan sonra da çıxmayacağam. Amma həmişə haqq uğrunda mübarizə aparmışam və yenə də aparacağam, əvvəlkindən daha kəskin, daha effektli.

Salis Məmmədov, Azərbaycan Respublikasının Əməkdar jurnalisti.
Ярлыки:
Şəki xəbərləri,
Siyasət,
Təbrik,
Vətən
среда, 3 декабря 2008 г.
Azərbaycanliların indiki Ermənistan ərazisindən son deportasiyanın 20-ci ildönümü ilə bağlı konfrans
BEYNƏLXALQ DIASPORA MƏRKƏZİNİN
MƏTBUAT VƏ İNFORMASİYA DEPARTAMENTİNİN
MƏLUMATI
MƏTBUAT VƏ İNFORMASİYA DEPARTAMENTİNİN
MƏLUMATI
Qərbi Azərbaycandan deportasiyanın 20-ci ildönümü ilə bağlı
elmi-praktik konfrans keçiriləcək
Təşkilatçı Beynəlxalq Diaspora Mərkəzi və Dünya Azərbaycanlıları Konqresi Azərbaycan nümayəndəliyidir
elmi-praktik konfrans keçiriləcək
Təşkilatçı Beynəlxalq Diaspora Mərkəzi və Dünya Azərbaycanlıları Konqresi Azərbaycan nümayəndəliyidir
Beynəlxalq Diaspora Mərkəzi və Dünya Azərbaycanlıları Konqresi Azərbaycan nümayəndəliyinin təşəbbüsü ilə 1988-ci ildə 250 minə yaxın azərbaycanlının erməni vəhşiliyi nəticəsində öz doğma yurdlarından - Qərbi Azərbaycandan deportasiya olunmasının 20-ci ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçiriləcək. Konfransda erməni daşnaklarının vəhşiliyi, hiyləgərliyi nəticəsində azərbaycanlıların dəfələrlə deportasiyaya uğrama tarixlərinə nəzər salınacaq, bunun səbəbləri müzakirə olunacaq və qarşıda duran vəzifələr müəyyənlə.diriləcəkdir.
Elmi-praktik konfransda tarixçilər, elm adamları, ictimai xadimləri arasında aparılacaq müzakirələrdə dünya ictimaiyyətinin də bu məsələyə həssas yanaşması məsələləri gündəmə gətiriləcək.
Elmi-praktik konfrans dekabrın 5-də saat 11:00-da Atatürk Mərkəzində başlayacaq.
Bütün KİV nümayəndələri tədbirə dəvətlidir.

Beynəlxalq Diaspora Mərkəzinin
Mətbuat və İnformasiya Departamenti
03.12.2008
Mətbuat və İnformasiya Departamenti
03.12.2008
Ярлыки:
Daxili siyasat,
Siyasət,
Tarix,
Vətən
воскресенье, 30 ноября 2008 г.
суббота, 29 ноября 2008 г.
понедельник, 24 ноября 2008 г.
Rasim Ocaqovun təvəllüdündən düz 12 il sonra, eyni ayda, eyni gündə, yenə Şəkidə, digər dahimiz - Cavanşir Quliyev, dünyaya göz açdı!
ELman Mustafazadə:
Cavanşir Quliyev haqqında yazmaqdan öncə şəxsən mənim uşaqlıq gənclik illərim yadıma düşür. Şəkinin mərkəzində belə bir istirahət parkı var . Ölməz sairimiz Füzuli adına xalq istirahət parkı deyirdilər. Cavanşir Quliyev həmin parkın yaxınlıgında olan evlərin birində yaşayırdı. Onu da deyim ki, Şəki şəhərinin hər məhəllərinin adı var. Mən onların yaşadıgı məhəllədən heç də uzaq olmayan Əşirər adlanan yerdə yaşayırdım. Hər gün Cavanşir Quliyevin evlərinin qarşısından kecərkən pianoda və tarda musiqi ahənginin səsini eşidirdim. Məndən yaşda 5 yaş böyük olan bu bəstəkarı sonralar mahni bəstəkarı gözəl bir ifaçı oldugunu bildim. Onun səsi coxda iti olmasına baxmayaraq həzin mahni ifa tərzi məni osunlayır. Məni bir anlıga dogulub böyüdüyüm uşaqlıq illərimi xatırladır . Dogrusu onun haqqında cox danışa və yaza bilərəm. Amma ondan müsahibə almagı düşünürdüm. Maləsəf onunla əlaqə yarada bilmədiyim üçün bu yaxınlarda həmkarlarımızdan birinin müsahibəsini sizə təqdim edirəm. Hə,- birdə axı, onun bu gün ad günüdür. Cavanşir müəllimi səmimi qəlbdən təbrik edirəm. Sənətində yeni yeni ugurlar arzulayıram. Intigam Ibrahimoglu
Fəaliyyətini Şimali Kipr Türk Cümhuriyyətində davam etdirən Cavanşir Quliyev Bakıda məzuniyyətdədir. Bəstəkarla görüş ərəfəsində öyrəndik ki, amerikalı pianoçu Alan Faynberq onun yeni əsərini Santafe şəhərində keçirilən ənənəvi kamera festivalında səsləndirib. Bundan başqa, bəstəkar bir neçə balet üzərində də işləyir. Hər iki respublikanın musiqisini müqayisə edən bəstəkar «TrendLife»a bunları dedi:- Xalqlar bir-birinə yaxın olsa da, musiqilərimiz arasında fərqli cəhətlər çoxdur. Əsrlər boyu hər ölkənin musiqisi öz kökü üstündə inkişaf edib. Türkiyə bir imperiya olub. Bu imperiyadan doğan tələblər əsasında musiqi formalaşmağa başlayıb. Azərbaycan uzun əsərlər dövlət ola bilmədiyi üçün musiqisi saray səviyyəsində inkişaf edib. Ölkələrin musiqisi arasında oxşar cəhətləri yalnız Şərq ənənələri birləşdirir. Mənim fikrimcə, Azərbaycan musiqisi qonşu İrana daha yaxındır, nəinki Türkiyəyə. Yalnız aşıq sənətindən danışarkən türk musiqisi ilə oxşar cəhətlərin olduğunu söyləmək olar. Bunun da kökləri ozan sənətinə gedib çıxır. Amma xalq musiqiləri, muğam anlayışı Türkiyədə yoxdur. Ara-bir ona bənzər musiqilər ifa etməyə çalışırlar. Ümumiyətlə, orada cəmiyyətin ehtiyacı başqa musiqiyə olub. Bu cür də inkişaf yolukeçib. - Sənətçilərin bir-birinin bəhsinə aldığı fəxri adlara necə baxırsınız? - Heç bir ölkədə havayı, qazanılmamış imtiyaz verilmir. Buna yalnız Azərbaycanda rast gəlmək mümkündür. Hamı imtiyazlı ola-ola adıucuzlaşdırırlar. - Buradan getməyinizə nə səbəb oldu? - Mənəvi rahatlığa ehtiyacım var idi. Burada ikən yazı-pozu edə bilmirdim. Etiraf edim ki, maddiyat baxımından uduzdum. Amma getmək istədiyim üçün getdim. Digər sənət yoldaşlarımın da ölkədən uzaqlaşmasının bu və ya digər səbəbləri var. Məndən fərqli olaraq xaricə maddi dolanışığı göz önünə alıb gedənlər çoxdur. Fikrimcə, Azərbaycan kimi ölkəda pul qazanmaq çox asandır. Hər səhər bir az vicdanını evdə qoyub gedəndə, axşam çoxlu pulla qayıtmaq mümkün olur. Əyriliklə, rüşvətlə, yalanla Azərbaycanda nə qədər adam pul qazanır? Hər bir ölkədə rüşvət halları mövcuddur, amma buradakı kimideyil. - Mənəvi rahatlığı Kiprdə tapa bilmisiniz? - Bəli, tapdım. İşim öz axarı ilə gedir. Mənəvi həyatım sağlamdır. Əsəb və gərginliyimi də burada qoyub getmişəm. Ömür boyu arzuladığım şəraiti orada tapa bilmişəm. Səhər işə gedir, axşam da həmin əhval-ruhiyyə ilə evə qayıdıram. Heç kim mənədəyib-dolaşmır. - Deyirlər, sənətkar əziyyət çəkəndə daha yaxşı əsərlər yaradır. - Göstərin mənə kim əziyyətlə yaxşı əsərlər yazıb. Məsələn, Çingiz Ələkbərzadə həbs olunmasaydı, «Zindan» kimi böyük əsər yaranmazdı. Həmin əsərlə tanışlığım yoxdur. Ümumiyyətlə isə deyim ki, maddi həyat hamıya gərəkdir. Bu həyat zəif olsun və yaxşı əsərlər yazasan, cəmiyyətin vəziyyətini düzəltməyəndə belə bəhanələr yaranır – yəni, sizi sıxmasaq, siz işləməzsiniz. Yaxşı sənətkar isə əsəri maddiyata görə yazmamalıdır. Fikrimcə, bədii əsərin maddiyatla heç bir bağlılığı yoxdur. Onun öz qanunları var. Abbas Tufarqanlıdan soruşurlar «niyə şeir yazırsan?» Deyir, «çünki yazmaya bilmərəm». Əsl sənətkar içindəkini çıxartmaya bilmir. Gəldi, onu ruhundan təcrid etməlisən. Ana olmağa hazırlaşan qadına heç bir qadağa qoya bilməzsən. O ya ölməlidir, ya da övladını dünyayagətirməlidir. - Sonuncu baletinizin Türkiyədə səhnələşdiriləcəyi deyilir. - Bu, türkiyəli prodüserlərdən birinin sifarişi ilə yazılır. Ona görə də əsərin təqdimatı burada deyil, sifarişçinin istəyi ilə öz məmləkətində keçiriləcək. Ümumiyyətlə, əsərin təqdimatına məhdudiyyət qoyulmayıb. - Burada necə, sifariş almısınız? - Buradakı sifarişçilər nəyi sifariş verməlidirlər, bilmirlər. - Məmurların musiqi yaradıcılığına necə baxırsınız? - Hər bir insan maddi yaradıcılıqda sərbəstdir. Amma bu o demək deyil ki, hər bir adamın yazdığı ifa olunmalıdır. Vaxtilə bölgələrdə özfəaliyyət dərnəkləri mövcud idi. Həvəskarlar arzuladığı mahnını, əsəri orada ifa edir, sabah da yuxudan durub zavoda, işinin dalınca gedirdi. Bu ənənə artıq qüvvədən düşüb. İndi bunları daha çox telekanallar əvəz edir. İnsanlar musiqi tələbətlarını oradaödəyirlər.- Həmkarınız Faiq Sücəddinovun Yaşıl Teatra baş rejissor vəzifəsinə təyin olunması musiqiçilər arasında çaşqınlıq yartmışdı. Gövhər Həsənzadə isə Şəhriyar adına Mədəniyyət Mərkəzi ilə paralel olaraq Yaşıl Teatra rəhbərlik edir. Hər iki təyinata necəbaxırsınız? - Məmurdan bəstəkar olanda, bəstəkardan niyə rejissor olmasın. Azərbaycanda hər şey mümkündür. Sabah məni ölkənin baş cərrahı təyin etsələr, təəccüb etməyin. Başımı aşağı salıb, işimi görəcəm. Onların taleyi haqqında əvvəlcədən deyil, vəzifəmi icra edərkən düşünməyə başlayacam. Bunu təbii ki, məcazi mənada deyirəm. - Ölkədə həvəskar musiqiçi ordusunun yaranması sizi narahatedir? - Bunun günahını ilk öncə ölkənin bəzi mətbuat vasitələrndə və televiziyasında aparılan təbliğatla əlaqələndirmək istəyərdim. Həmin insanlara mən nə meqa-star deyirəm, nə də ulduz. Müğənni təkidlə onu ulduz adlandırmağı tələb edə bilər, tele-aparıcılar buna göz yumurlarsa, günah elə onların özlərindədir. Ümumi təqdimat qaydaları var. Müğənninin bir dəfə, iki dəfə tələbinə əhəmiyyət verməsən, vərdişindən əl çəkəcək. Amma baxıram ki, günü-gündən cəmiyyətdə ucuzlaşma gedir. Heç kimin dəftərini oxuyan yoxdur. Dəfələrlə müxtəlif mövzular haqqında çox danışmışam. Heç deyən yoxdur ki, niyə belə edirsən? Çünki ictimai rəylə heç kim hesablaşmır. Ona görə ki, musiqi aləmində ictimai rəy yoxdur. Televiziya öz havasını çalır, tənqidlə razılaşmaq istəmir. Başqa sahələrdə də eyni ilə belədir. Necə ki ki, hər gün şəhərin tıxaclarından, zəhərli havasından, zibilliklərindən canımızı qurtara bilmirik, bu sahədə də vəziyyət elə belə olacaq. Bunlar həyatımızın bir hissəsini təşkil etməkdə davam edir. / Trend/
Həyatı
Televiziya tamaşaları "Nigarançılıq" /C.Məmmədquluzadənin hekayələri əsasında/ (1995); "Qurbanəlibəy" /müəllif - C.Məmmədquluzadə/ (1998); "Dədə Qorqud" /eyniadlı dastan əsasında/ (2000). Teatr tamaşalarına musiqi M. F. Axundov "Xırsquldurbasan" /rejissor: Cahangir Novruzov/Şəki D. D. Teatrı/" "Hərənin bir ulduzu" /rej: H. Atakişiyev/Şəki D. D. Teatrı/" "Evlərin axşamları"/Şəki D. D. Teatrı/" "Sevgililərin cəhənnəmdə vüsalı" /müəllif - İ.Əfəndiyev/ (1991); "İydə ağacı" /müəllif - İ.Əfəndiyev/ (1992); "Özümüzü kəsən qılınc" /müəllif - B.Vahabzadə/ (1999); "Dar ağacı" /müəllif - B.Vahabzadə/, "Aydın" /müəllif - C.Cabbarlı/ (2000). Azərbaycan mahnısı: Yol ayrıcında". "Musiqi dünyası" jurnalı, №1, 1999; Musiqili kompüter proqramları. "Musiqi dünyası", №2, 2000. Dövri mətbuatda məqalələr (1990 - 2001 )
Mənbə: http://mustafazade.azeriblog.com/2008/11/23/azerbaycanin-cavanshiri
Ярлыки:
mədəniyyət,
Şəki xəbərləri,
Vətən
четверг, 20 ноября 2008 г.
среда, 19 ноября 2008 г.
вторник, 4 ноября 2008 г.
Подписаться на:
Сообщения (Atom)