Показаны сообщения с ярлыком Daxili siyasat. Показать все сообщения
Показаны сообщения с ярлыком Daxili siyasat. Показать все сообщения

среда, 3 декабря 2008 г.

Azərbaycanliların indiki Ermənistan ərazisindən son deportasiyanın 20-ci ildönümü ilə bağlı konfrans

BEYNƏLXALQ DIASPORA MƏRKƏZİNİN
MƏTBUAT VƏ İNFORMASİYA DEPARTAMENTİNİN
MƏLUMATI
Qərbi Azərbaycandan deportasiyanın 20-ci ildönümü ilə bağlı
elmi-praktik konfrans keçiriləcək
Təşkilatçı Beynəlxalq Diaspora Mərkəzi və Dünya Azərbaycanlıları Konqresi Azərbaycan nümayəndəliyidir
Beynəlxalq Diaspora Mərkəzi və Dünya Azərbaycanlıları Konqresi Azərbaycan nümayəndəliyinin təşəbbüsü ilə 1988-ci ildə 250 minə yaxın azərbaycanlının erməni vəhşiliyi nəticəsində öz doğma yurdlarından - Qərbi Azərbaycandan deportasiya olunmasının 20-ci ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçiriləcək. Konfransda erməni daşnaklarının vəhşiliyi, hiyləgərliyi nəticəsində azərbaycanlıların dəfələrlə deportasiyaya uğrama tarixlərinə nəzər salınacaq, bunun səbəbləri müzakirə olunacaq və qarşıda duran vəzifələr müəyyənlə.diriləcəkdir.
Elmi-praktik konfransda tarixçilər, elm adamları, ictimai xadimləri arasında aparılacaq müzakirələrdə dünya ictimaiyyətinin də bu məsələyə həssas yanaşması məsələləri gündəmə gətiriləcək.
Elmi-praktik konfrans dekabrın 5-də saat 11:00-da Atatürk Mərkəzində başlayacaq.
Bütün KİV nümayəndələri tədbirə dəvətlidir.
Beynəlxalq Diaspora Mərkəzinin
Mətbuat və İnformasiya Departamenti
03.12.2008

воскресенье, 9 ноября 2008 г.

Prezidentlik üçün limitin ləğv olunması ilə bağlı Hadi Rəcəblinin təşəbbüsünü Siyavuş Novruz və digər deputatlar da dəstəklədilər...

Hadı Rəcəblı: "...referendum çağrılmalıdır, Konstitusiyaya düzəliş edilməlidir ki, 1 şəxs dəfələrlə Azərbaycan Respublikasının Prezidenti seçilə bilər. Biz nəyə görə möhtərəm İlham Əliyevin 3-cü dəfə prezident seçilmək hüququna məhdudiyyət qoymalıyıq ki?!,,"Əvvəlcə millət vəkili Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, bu günlərdə isə digər millət vəkilləri Siyavuş Novruz, Aydın Mirzəzadə, Mixail Zebelin də KİV-nə verdikləri müsahibələrdə Hadı Rəcəblının təşəbbüsünü olduğu kimi dəstəklədiklərini nümayiş etdiriblər.
"Şəkinin səsi" qəzetinin daimi oxucularına və bizim veb səhifələri müntəzəm olaqaq izləyənlərə məlumdur ki, bu ilin mart ayında millət vəkili, Sosial Siyasət Daimi Komissiyasının sədri Hadi Rəcəbli, Prezident İlham Əliyevin 5 il sonra, 3-cü dəfə də prezident seçillə bilməsi üçün Konstitusiyaya müvafiq düzəlişin edilməsi barədə ideya ortaya atmışdır və onun bu təşəbbüsü barədə ilk dəfə "Şəkinin səsi" qəzeti və "Şəkinin səsi" qəzetinin veb səhifələri məlumat yaymışdır:

воскресенье, 26 октября 2008 г.

Prezident Ilham Əliyev 5 il sonra 3-cü dəfə prezident seçilə bilərmi?

Azərbaycanda bu prezident seçkiləri gözlənildiyi kimi, necə ki 5 il əvəldən məlum idi, eləcə İlham Əliyevin qeyd-şərtsiz qələbəsi ilə başa çatdı, amma növbəti dəfə kimin prezident seçiləcəyi barədə heç kim qəti proqnoz verə bilmir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə 1 şəxs dalbadal 2 dəfədən artıq, prezident seçilməməlidir və bu səbəbdən də İ. Əliyevin 3-cü dəfə prezident seçilmək hüququ yoxdur. Amma prezidentin tərəfdarları, məsələn, Hadi Rəcəbli belə hesab edir ki,

"referendum çağrılmalıdır, Konstitusiyaya düzəliş edilməlidir ki, 1 şəxs dəfələrlə Azərbaycan Respublikasının Prezidenti seçilə bilər. Biz nəyə görə möhtərəm İlham Əliyevin 3-cü dəfə prezident seçilmək hüququna məhdudiyyət qoymalıyıq ki?!"

Sitat, bir neçə ay əvvəl Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri, millət vəkili Hadi Rəcəblidən götrdüyümüz müsahibədəndir. Müsahibənin tam mətni, bir sıra maraqlı məqamları ilə bilikdə, "Şəkinin səsi" qəzetinin veb saytında dərc olunub, baxa bilərsiniz: http://shekininsesi.googlepages.com/#_Toc207137504