Показаны сообщения с ярлыком mədəniyyət. Показать все сообщения
Показаны сообщения с ярлыком mədəniyyət. Показать все сообщения
понедельник, 28 декабря 2009 г.
вторник, 24 ноября 2009 г.
Hambuqda bir gözəl Azərbaycanlı ailəsi haqqında...

■ Bagırovlar ailəsi 1998 ilin Avqust ayında Almaniyaya köç etmələrinə vətəndən uyaq yaşamalarına ramən kicik Əlı Bagırov Idmanın Karete üzrə 10 yaşlılar arasında Hamburq çempionu olmuşdur.
■ Haqqında danışacagımız 1999-cu ilin 30 oktyabirinda anadan olmush 10 yaşındakı Əli Bagıov Almaniya dogumlu Azərbaycanlımızdır.
■ Əli İdmanın Karate növü ilə hələ ən kiçik yaşlarında 2005-ci ilin sentyabirından məşquldur. 2006-ci ilin iyun ayının 19-da kiçik çəki dərəcəsində, ilk medalını qazanmışdır. Mütamadi olaraq idmanın bu növü ilə məşqul olan Əli, sonrakı, 2007-ci ilin iyun ayının 23 və 2008 ilin iyul ayının 16-da çempion adına layiq görülmüşdür. Onu xüsusilə qeyd etmək olar ki karatenin sotakan növü üzrə göy kəməri vardır. Əlinin karate idman növünə maragı vətənpərvərlik üzərində qurulmasının şahidi oldum. Ona maraq oyadan səbəb atasi Hamburaq Azərbaycan Mədəniyyət cəmiyyətinin sədri Azər Rövşən evdə hər gün vətənpərvərlik movzusundakı söhbətlərindən irəli gəlməsidir desəm yanılmaram. Vətənpərvərlik mövzusunda baxdıgı TV- verlişləri Əlini daha da vətənpərvər ruhunda olmaga yönəltmişdir. Maraqlısı budur ki Əli torpaqlarımızın azad olunması ugrundakı döyüşlərə qatılacagını cəsarətlə dilə gətirdi .

■Kiçik yaşlı Əli əskərlik yaşının olmamasına ramən, indidən işqalçı ermənilərə qarşı nifrətini də gizlətmədi. Dogrusu deyim müsafir oldugum bu evddə Əlinin bu qədər ayıq və vətənpərvər olmasına heyrət etdim. Əlinin idmanın karate novünün seçməsi məhz vətənpərvər olmasını hiss etdirdi. Çox ciddi görkəmi və olduqca sakit görünüən Əlinin bacıları Nailə və Zəhra onu o qədər sevirlər ki, bütün ərköyünlüyünə belə cox həsas yanaşır və dözürlər. Hanı bizlərdə bir söz var deyərlər: "Evdə tək olan oglan üşagı ikinci Padişahdır".
■ Zəhra 8-sinifdə oxuyur. Nailə isə 10.ci sinifdə təhsini davam etdirir.Yeri gəlmişkən bu iki qızcigazımızla maraqlandıgımızda gördük ki, ilk okullarını Almaniyada almalarına ramən, ana dilimizi mükəmməl və səlis danışırlar. Bu da ondan irəli gəlir ki, evdə ana dilimzə hörmətlə yanaşılır. Kaş ki Vətəndə öz ana dilini bilməyən bəzi ailələrdə bu cür ailələrdən nümünə götürə biləydi. Ümümiyyətlə söhbəti Böyük Türk millətindən salsaq görərik ki , ölkədən kənar yaşayan Türk milləti bizi hər daim heyrət içindı buraxib. Türklərin burada öz ana dillərini unutmayaraq səlis danışmaları bizləri ruhlandırır və sevindirir. Avropanın bir cox ölkələrində Türk mediası qəzet və jurnalları movcuddurki bu da gündəlik informasiyaları əldə edirlər. Axı biz də AzərbaycanTürküyük…
■ Keçək Əlinin son çempionluq haqqındakı fikirlərə... 2009 ilin iyin ayının 9-da Lübükde şəhərlər arası Dostluq birincilik yarışlarında Əli bu birinciliyin də, qalibi oldu. Dogrudur komanda yarışlarinda 4-cülüyü əldə etsələrdə, Əli məglubiyyətlə ayrılmadı. Yüksək yerlərə çıxmamalarının səbəbi komanda yoldaşlarının zəif çıxışlarından irəli gəlmişdir. Əli deyirki, heç də, həvəsdən düşməmişəm. Gələcək çempionatlarda daha əzimlə çıxış edəcəyəm. Gərək Dogma Azərbaycanımızı öz qələbələrimlə tanıdam.
■ Sohbət bu gözəl ailədən düşmüşkən Əlinin Anası Rena xanımım nə qədər mülayim evdar bir xanim olması və gözəl mətbəx sahibliyi bizi daha da heyrətləndirdi. Onun hazırladıgı dadli Azərbaycan mətbəxi Alman dostlarının dilindən düşmür. Həyat yoldaşı, dostumuz Azər bəy Rovşən bizə bir surprizdə hazırlayıbmış. Sən demə o pianonda daha dogrusu sintizatirda Türk və Azərbaycan musiqilərinin gözəl ifasıçısıimiş.Yemək masası arxasında gözəl müsiqi parçalarınında şahidi olduq. Həqiqətən Almaniyada belə bir Azərbaycanlı ailəsilə fəxr etməyə dəyər. Nə deyə belərik? Bu qədər gözəl görüntü və istirahətdən sonra Bagırovlar ailəsinə gələcək planlarında ugurlar diləyilə
İntigam İbrahimoglu
Ярлыки:
Azərbaycan,
Diaspor,
DUNYA,
idman,
mədəniyyət,
Sağlamlıq,
Vətən
вторник, 27 января 2009 г.
Azərbaycan KIV-ri "26-lar"ın nəşləri barədə səfeh-səfeh məlumatlar yaymaqdadırlar!
Yazırlar ki orada guya, 23 cəsəd tapılıb, guya Şaumyanın qəbri orada yoxdur?! Bu ağ yalandır. Orada 20-ci ildə 26 tabut basdırılıb. Tabutların yarısının içində isə torpaqdan başqa heç nə olmayıb. Bunu "26-ların" dəfn mərasimində iştirak etmiş Nəriman Nərimanov demişdir. İndi narrativ mənbəyə - N. Nərimanova, inanaq, yoxsa Azərbaycan KİV-nə?! Axı yalan danışmaq nəyə lazımdır?! Dünyanı özünüzə güldürürsünüz?!
Şaumyanin heykəlini hara elədilər bəs? Ötən əsrin 80-cı illərində komleksin barelyefini Qaqarin şəhərinə hədiyyə etmişdilər, indi oradadır bunu biz yaddan çıxarsanız da ermənilər unutmayıblar.
Əlavə: http://shekininsesi.blogspot.com/2008/11/bak-meriyas-s-aumyann-qbrini-v.html
http://shekininsesi.blogspot.com/search/label/Tarix

Azəbaycan Demokratik Respublikası,
mədəniyyət,
Siyasət,
Tarix
воскресенье, 18 января 2009 г.
Barbarlar şəhəri Bakı!

Bakı, bağışla məni, sənə barbar şəhəri deməyə məcburam! Sən mənim Vətənimin bir parçasısan, Ona görə səni çox sevirəm, halına yanıram. Bu bina cəmi 1 - 2 ildir istifadəyə verilib səndə - Bakixanov qəsəbəsində.
Görürsənmü barbarlar nə hala salıb onu?! Şəhərin gözəllıyini pozmaq, yaraşığını itirmək üçün kimin əlindən nə gəlir edib bu binada. Barbar sakinlər ediblər, barbar rəhbərlər isə icazə veriblər. Niyə belə binalar yalnız Bakıda var? Rusiyanın bir balaca qəsəbəsındə, bir kimsə cəsarət edə bilməz, daha doğrusu heç vaxt belə etməz! Bu həqiqətdir!
Bu hələ harasıdır, bu bina istifadəyə verilməmişdən məlum idi ki onun bir bloku əyilir, belə ki həmin blokun binovrəsi köhnə gölün yerində qoyulmuşdu. Amma həmin bloku sökmədilər və... Allah özü kömək olsun.
Ярлыки:
Bakı,
mədəniyyət,
Tikinti,
Vətən
вторник, 6 января 2009 г.
“Şəkinin səsi” və “İpəkçi” qəzetlərinin baş redaktoru, qocaman jurnalist Salis Məmmədova “İlin qalibi” mükafatlarını təqdim etmişdir...

Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramı münasibətilə Şəki şəhərindəki “Edem” şadlıq sarayında ümumrayon tədbiri keçirilmişdir.
2008-ci ildə Şəkinin iqtisadiyyatın müxtəlif sahələrində, habelə təhsil, səhiyyə, mədəniyyət, idman sahəsində qazandığı uğurlardan bəhs edən filmlər nümayiş etdirilmişdir. Sonra müxtəlif nominasiyalar üzrə 2008-ci ilin qaliblərinin adları elan olunmuşdur. Şəki “Kanal-S” yerli televiziyanın yaradılması layihəsinin uğurla başa çatdırılmasına görə kanalın baş direktoru Rüstəm Əliyev “İlin ən uğurlu layihəsi” nominasiyası üzrə qalib adını qazanmışdır.
Daha sonra Şəki şəhər İcra hakimiyyətinin başçısı Nazim İbrahimov media-mətbuat sahəsində Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşova, “Şəki bələdiyyəsi” qəzetinin baş redaktoru Murad Nəbibəyova, Azərbaycan Dövlət Teleqraf Agentliyi - AzərTAc-ın bölgə müxbiri Mustafa Dadaşova, “Şəkinin səsi” və “İpəkçi” qəzetlərinin baş redaktoru, qocaman jurnalist Salis Məmmədova “İlin qalibi”, İctimai televiziyanın bölgə müxbiri Çingiz Nağıyevə “İlin telejurnalisti” mükafatlarını təqdim etmişdir.
Şəhər ictimaiyyətini əlamətdar bayramlar münasibətilə təbrik edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirmişdir ki, Şəki kütləvi informasiya vasitələrinin sayına görə Gəncə və Sumqayıtdan sonra üçüncü yerdə olsa da, keyfiyyət baxımından ilk pillədə qərar tutur. 2005-ci ildə Mətbuat Şurasının xətti ilə Şəki şəhərində regional tədbirin keçirildiyini xatırladan Ə.Amaşov həmin tədbirdən keçən dövr ərzində Şəkidə KİV-lərin inkişafı üçün əlverişli şəraitin yaradıldığını qeyd etmişdir. Daha sonra 2008-ci ildə elm, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sahələrdə uğur qazanmış nominantların, habelə “İlin ipəkçisi”, “İlin çörəkçisi”, “Qədim el sənətini yaşadan sənətkar” və digər nominasiyalar üzrə qaliblərin də adları elan olunmuşdur.

Şəki xəbərləri
пятница, 26 декабря 2008 г.
ŞƏKİ KOMANDASI ÇÖVKƏN OYUNUNUN QALİBİDİR

3-cü yerə balakənlilərə 2:1 hesabı ilə qalib gəlmiş ağstafalılar çıxmışlar. Bir gün əvvəl yekunlaşmış sür papaq oyunu üzrə yarışda isə Oğuz komandası qalib adını qazanmışdır. Sonrakı yerləri Ağcabədi, Qax və Zaqatala komandaları tutmuşlar. Papaq oyunu üzrə yarışın qalibi isə Goranboy komandası olmuşdur. İsmayıllı komandası 2-ci, yevlaxlılar isə 3-cü yerə çıxmışlar. Final görüşündən sonra komandaların mükafatlandırılması mərasimi olmuşdur. Yarışlarda iştirak edən 12 komandanın hər birinə Mədəniyyət və Turizm Nazirliyinin fəxri diplomu, pul mükafatı, Şəki Şəhər İcra Hakimiyyətinin qiymətli hədiyyələri verilmişdir. Mədəniyyət və Turizm Nazirliyinin məsul nümayəndəsi Cavanşır Cəfərov, şəhər İcra hakimiyyətinin başçısı Nazim İbrahimov Şəki komandasına baş mükafatı - Prezident Kubokunu təqdim etmişlər.Sonda yarış iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.
Mənbə: Şəki Şəhər İcra Hakimiyyətinin veb saytı
Xəbər: ŞƏKİ KOMANDASI ÇÖVKƏN OYUNUNUN QALİBİDİR (Bölmə: Mədəniyyət) Yazdı: Sheki24/12/2008 Saat: 22:23:20
Xəbər: ŞƏKİ KOMANDASI ÇÖVKƏN OYUNUNUN QALİBİDİR (Bölmə: Mədəniyyət) Yazdı: Sheki24/12/2008 Saat: 22:23:20
Ярлыки:
idman,
mədəniyyət,
Şəki xəbərləri
понедельник, 22 декабря 2008 г.
Şəkidə Prezident kuboku uğrunda çövkən yarışları və ilk oyunda Şəki komandasının qələbəsi
Lider.tv:
Prezident kuboku uğrunda çövkən üzrə çempionatıa start verildi
Prezident kuboku uğrunda çökən üzrə çempionatıa start verildiŞəkidə çövkən milli oyunu üzrə Prezident Kuboku uğrunda respublika çempionatına start verilib. Artıq yarışmaya qatılan komandalar qeydiyyatdan keçib. Çempionatın açılış mərasimi hər il Mədəniyyət və Turizm Nazirliyinin hazırladığı xüsusi ssenari üzrə keçirilir. Turinirin rəsmi açılışı bu gun keçirilsə də, püşkatma və çövkən oyunu üzrə ilk görüşlər artıq keçirilib. Çempionatın keçirilməsində bəzi yeniklər də var. Bu il çempionata qatılan komandaların sayı artıb. Turnir 3 gün davam edəcək. Sonuncu dəfə çövkən atüstü oyunu üzrə prezident kubokunu Şəki komandası qazanmışdı.
Şəki İH-nin saytı:
Xəbər: ŞƏKİDƏ PREZİDENT KUBOKU UĞRUNDA ÇÖVKƏN MİLLİ OYUNU KEÇİRİLİR (Bölmə: Mədəniyyət) Yazdı: Sheki21/12/2008 Saat: 13:23:31
Şəkinin Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində Prezident Kuboku uğrunda çövkən milli oyunu üzrə yarış başlanmışdır. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən yarışlarda Şəki, Yevlax şəhərlərinin, Ağcabədi, Ağdam, Ağstafa, Goranboy, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ və İsmayıllı rayonlarının komandaları mübarizə aparır. Yarışların təntənəli açılış mərasimində Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova bildirmişdir ki, 2006-cı ildən etibarən hər il mayda Respublika Atçılıq Turizm Mərkəzində ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunmuş atüstü milli oyunlar festivalı, dekabrda isə Prezident Kuboku uğrunda çövkən milli oyunu keçirilir. İldən-ilə coğrafiyası genişlənən və daha kütləvi xarakter alan bu yarışlar xalqımızın mədəni irsi olan atüstü milli oyunların qorunub saxlanması, qədim tarixə malik atçılıq ənənələrinin bərpası, ölkəmizdə atçılıq turizminin təbliği, gənc nəsildə bu sahəyə marağın oyadılması və kütləviliyinin artırılması məqsədi daşıyır. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək yarışların yüksək səviyyədə təşkilinə görə şəhər rəhbərliyinə minnətdarlığını bildirmişdir. Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafına daim böyük diqqət və qayğı göstərdiyini qeyd edən nazir bu sahədə Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyətlərini xüsusi vurğulamışdır. Bildirmişdir ki, bu gün Azərbaycanın mədəni sərvətlərinin, milli irsimizin ümumdünya mədəni irs siyahısına daxil olması bizi çox sevindirir. Burada keçirilən çövkən milli oyunu üzrə yarışlar da məhz bizim mədəni irsimizin qorunub saxlanmasına xidmət edir. Prezident İlham Əliyevin Fərmanına əsasən yaradılmış Respublika Atçılıq Turizm Mərkəzi atçılıq turizminin inkişafına göstərilən diqqətin parlaq nümunəsidir. Mərkəzin yaradılması xalqımızın qeyri-maddi mədəni irsinin ayrılmaz hissəsi olan milli atüstü oyunlar ənənələrinin barpası, yeni bir turizm sahəsinin - atçılıq turizminin təbliği və inkişafı məqsədi daşıyır. Mərkəzdə atüstü milli oyunların keçirilməsi artıq ənənə halını almışdır. Sevinirik ki, yarış iştirakçılarının sayı ildən-ilə artır. Ə. Qarayev gələcəkdə belə mərkəzlərin respublikanın daha bir-neçə bölgəsində də yaradılacağını bildirmişdir. Musiqi kollektivlərinin rəngarəng konsert proqramından sonra komandalar cəngi sədaları altında meydana daxil olmuşlar. Sonra seçmə oyun başlanmışdır.Dörd qrupda keçirilən seçmə oyunların yekununa əsasən qrup birincisi olmuş komandalar çövkən üzrə çıxışlarını davam etdirəcəklər. Yarımfinal oyunları dekabrın 21-də, final oyunu isə ayın 22-də keçiriləcəkdir. Qruplarda sonrakı yerləri tutmuş komandalar sür papaq və papaq oyunlarında öz qüvvələrini sınayacaqlar. Qalib komandalara Mədəniyyət və Turizm Nazirliyinin diplomları və pul mükafatları veriləcəkdir.
Mənbə: Şəki Şəhər İcra Hakimiyyəti ( http://sheki-ih.gov.az/news.php?extend.135 )
Prezident kuboku uğrunda çövkən üzrə çempionatıa start verildi
Prezident kuboku uğrunda çökən üzrə çempionatıa start verildiŞəkidə çövkən milli oyunu üzrə Prezident Kuboku uğrunda respublika çempionatına start verilib. Artıq yarışmaya qatılan komandalar qeydiyyatdan keçib. Çempionatın açılış mərasimi hər il Mədəniyyət və Turizm Nazirliyinin hazırladığı xüsusi ssenari üzrə keçirilir. Turinirin rəsmi açılışı bu gun keçirilsə də, püşkatma və çövkən oyunu üzrə ilk görüşlər artıq keçirilib. Çempionatın keçirilməsində bəzi yeniklər də var. Bu il çempionata qatılan komandaların sayı artıb. Turnir 3 gün davam edəcək. Sonuncu dəfə çövkən atüstü oyunu üzrə prezident kubokunu Şəki komandası qazanmışdı.
Şəki İH-nin saytı:
Xəbər: ŞƏKİDƏ PREZİDENT KUBOKU UĞRUNDA ÇÖVKƏN MİLLİ OYUNU KEÇİRİLİR (Bölmə: Mədəniyyət) Yazdı: Sheki21/12/2008 Saat: 13:23:31

Mənbə: Şəki Şəhər İcra Hakimiyyəti ( http://sheki-ih.gov.az/news.php?extend.135 )
Ярлыки:
mədəniyyət,
Şəki xəbərləri
понедельник, 24 ноября 2008 г.
Rasim Ocaqovun təvəllüdündən düz 12 il sonra, eyni ayda, eyni gündə, yenə Şəkidə, digər dahimiz - Cavanşir Quliyev, dünyaya göz açdı!
ELman Mustafazadə:

Intigam Ibrahimoglu
Fəaliyyətini Şimali Kipr Türk Cümhuriyyətində davam etdirən Cavanşir Quliyev Bakıda məzuniyyətdədir. Bəstəkarla görüş ərəfəsində öyrəndik ki, amerikalı pianoçu Alan Faynberq onun yeni əsərini Santafe şəhərində keçirilən ənənəvi kamera festivalında səsləndirib. Bundan başqa, bəstəkar bir neçə balet üzərində də işləyir. Hər iki respublikanın musiqisini müqayisə edən bəstəkar «TrendLife»a bunları dedi:- Xalqlar bir-birinə yaxın olsa da, musiqilərimiz arasında fərqli cəhətlər çoxdur. Əsrlər boyu hər ölkənin musiqisi öz kökü üstündə inkişaf edib. Türkiyə bir imperiya olub. Bu imperiyadan doğan tələblər əsasında musiqi formalaşmağa başlayıb. Azərbaycan uzun əsərlər dövlət ola bilmədiyi üçün musiqisi saray səviyyəsində inkişaf edib. Ölkələrin musiqisi arasında oxşar cəhətləri yalnız Şərq ənənələri birləşdirir. Mənim fikrimcə, Azərbaycan musiqisi qonşu İrana daha yaxındır, nəinki Türkiyəyə. Yalnız aşıq sənətindən danışarkən türk musiqisi ilə oxşar cəhətlərin olduğunu söyləmək olar. Bunun da kökləri ozan sənətinə gedib çıxır. Amma xalq musiqiləri, muğam anlayışı Türkiyədə yoxdur. Ara-bir ona bənzər musiqilər ifa etməyə çalışırlar. Ümumiyətlə, orada cəmiyyətin ehtiyacı başqa musiqiyə olub. Bu cür də inkişaf yolukeçib. - Sənətçilərin bir-birinin bəhsinə aldığı fəxri adlara necə baxırsınız? - Heç bir ölkədə havayı, qazanılmamış imtiyaz verilmir. Buna yalnız Azərbaycanda rast gəlmək mümkündür. Hamı imtiyazlı ola-ola adıucuzlaşdırırlar. - Buradan getməyinizə nə səbəb oldu? - Mənəvi rahatlığa ehtiyacım var idi. Burada ikən yazı-pozu edə bilmirdim. Etiraf edim ki, maddiyat baxımından uduzdum. Amma getmək istədiyim üçün getdim. Digər sənət yoldaşlarımın da ölkədən uzaqlaşmasının bu və ya digər səbəbləri var. Məndən fərqli olaraq xaricə maddi dolanışığı göz önünə alıb gedənlər çoxdur. Fikrimcə, Azərbaycan kimi ölkəda pul qazanmaq çox asandır. Hər səhər bir az vicdanını evdə qoyub gedəndə, axşam çoxlu pulla qayıtmaq mümkün olur. Əyriliklə, rüşvətlə, yalanla Azərbaycanda nə qədər adam pul qazanır? Hər bir ölkədə rüşvət halları mövcuddur, amma buradakı kimideyil. - Mənəvi rahatlığı Kiprdə tapa bilmisiniz? - Bəli, tapdım. İşim öz axarı ilə gedir. Mənəvi həyatım sağlamdır. Əsəb və gərginliyimi də burada qoyub getmişəm. Ömür boyu arzuladığım şəraiti orada tapa bilmişəm. Səhər işə gedir, axşam da həmin əhval-ruhiyyə ilə evə qayıdıram. Heç kim mənədəyib-dolaşmır. - Deyirlər, sənətkar əziyyət çəkəndə daha yaxşı əsərlər yaradır. - Göstərin mənə kim əziyyətlə yaxşı əsərlər yazıb. Məsələn, Çingiz Ələkbərzadə həbs olunmasaydı, «Zindan» kimi böyük əsər yaranmazdı. Həmin əsərlə tanışlığım yoxdur. Ümumiyyətlə isə deyim ki, maddi həyat hamıya gərəkdir. Bu həyat zəif olsun və yaxşı əsərlər yazasan, cəmiyyətin vəziyyətini düzəltməyəndə belə bəhanələr yaranır – yəni, sizi sıxmasaq, siz işləməzsiniz. Yaxşı sənətkar isə əsəri maddiyata görə yazmamalıdır. Fikrimcə, bədii əsərin maddiyatla heç bir bağlılığı yoxdur. Onun öz qanunları var. Abbas Tufarqanlıdan soruşurlar «niyə şeir yazırsan?» Deyir, «çünki yazmaya bilmərəm». Əsl sənətkar içindəkini çıxartmaya bilmir. Gəldi, onu ruhundan təcrid etməlisən. Ana olmağa hazırlaşan qadına heç bir qadağa qoya bilməzsən. O ya ölməlidir, ya da övladını dünyayagətirməlidir. - Sonuncu baletinizin Türkiyədə səhnələşdiriləcəyi deyilir. - Bu, türkiyəli prodüserlərdən birinin sifarişi ilə yazılır. Ona görə də əsərin təqdimatı burada deyil, sifarişçinin istəyi ilə öz məmləkətində keçiriləcək. Ümumiyyətlə, əsərin təqdimatına məhdudiyyət qoyulmayıb. - Burada necə, sifariş almısınız? - Buradakı sifarişçilər nəyi sifariş verməlidirlər, bilmirlər. - Məmurların musiqi yaradıcılığına necə baxırsınız? - Hər bir insan maddi yaradıcılıqda sərbəstdir. Amma bu o demək deyil ki, hər bir adamın yazdığı ifa olunmalıdır. Vaxtilə bölgələrdə özfəaliyyət dərnəkləri mövcud idi. Həvəskarlar arzuladığı mahnını, əsəri orada ifa edir, sabah da yuxudan durub zavoda, işinin dalınca gedirdi. Bu ənənə artıq qüvvədən düşüb. İndi bunları daha çox telekanallar əvəz edir. İnsanlar musiqi tələbətlarını oradaödəyirlər.- Həmkarınız Faiq Sücəddinovun Yaşıl Teatra baş rejissor vəzifəsinə təyin olunması musiqiçilər arasında çaşqınlıq yartmışdı. Gövhər Həsənzadə isə Şəhriyar adına Mədəniyyət Mərkəzi ilə paralel olaraq Yaşıl Teatra rəhbərlik edir. Hər iki təyinata necəbaxırsınız? - Məmurdan bəstəkar olanda, bəstəkardan niyə rejissor olmasın. Azərbaycanda hər şey mümkündür. Sabah məni ölkənin baş cərrahı təyin etsələr, təəccüb etməyin. Başımı aşağı salıb, işimi görəcəm. Onların taleyi haqqında əvvəlcədən deyil, vəzifəmi icra edərkən düşünməyə başlayacam. Bunu təbii ki, məcazi mənada deyirəm. - Ölkədə həvəskar musiqiçi ordusunun yaranması sizi narahatedir? - Bunun günahını ilk öncə ölkənin bəzi mətbuat vasitələrndə və televiziyasında aparılan təbliğatla əlaqələndirmək istəyərdim. Həmin insanlara mən nə meqa-star deyirəm, nə də ulduz. Müğənni təkidlə onu ulduz adlandırmağı tələb edə bilər, tele-aparıcılar buna göz yumurlarsa, günah elə onların özlərindədir. Ümumi təqdimat qaydaları var. Müğənninin bir dəfə, iki dəfə tələbinə əhəmiyyət verməsən, vərdişindən əl çəkəcək. Amma baxıram ki, günü-gündən cəmiyyətdə ucuzlaşma gedir. Heç kimin dəftərini oxuyan yoxdur. Dəfələrlə müxtəlif mövzular haqqında çox danışmışam. Heç deyən yoxdur ki, niyə belə edirsən? Çünki ictimai rəylə heç kim hesablaşmır. Ona görə ki, musiqi aləmində ictimai rəy yoxdur. Televiziya öz havasını çalır, tənqidlə razılaşmaq istəmir. Başqa sahələrdə də eyni ilə belədir. Necə ki ki, hər gün şəhərin tıxaclarından, zəhərli havasından, zibilliklərindən canımızı qurtara bilmirik, bu sahədə də vəziyyət elə belə olacaq. Bunlar həyatımızın bir hissəsini təşkil etməkdə davam edir. / Trend/
Həyatı
Televiziya tamaşaları "Nigarançılıq" /C.Məmmədquluzadənin hekayələri əsasında/ (1995); "Qurbanəlibəy" /müəllif - C.Məmmədquluzadə/ (1998); "Dədə Qorqud" /eyniadlı dastan əsasında/ (2000). Teatr tamaşalarına musiqi M. F. Axundov "Xırsquldurbasan" /rejissor: Cahangir Novruzov/Şəki D. D. Teatrı/" "Hərənin bir ulduzu" /rej: H. Atakişiyev/Şəki D. D. Teatrı/" "Evlərin axşamları"/Şəki D. D. Teatrı/" "Sevgililərin cəhənnəmdə vüsalı" /müəllif - İ.Əfəndiyev/ (1991); "İydə ağacı" /müəllif - İ.Əfəndiyev/ (1992); "Özümüzü kəsən qılınc" /müəllif - B.Vahabzadə/ (1999); "Dar ağacı" /müəllif - B.Vahabzadə/, "Aydın" /müəllif - C.Cabbarlı/ (2000). Azərbaycan mahnısı: Yol ayrıcında". "Musiqi dünyası" jurnalı, №1, 1999; Musiqili kompüter proqramları. "Musiqi dünyası", №2, 2000. Dövri mətbuatda məqalələr (1990 - 2001 )
Mənbə: http://mustafazade.azeriblog.com/2008/11/23/azerbaycanin-cavanshiri
Ярлыки:
mədəniyyət,
Şəki xəbərləri,
Vətən
ŞƏKİDƏ BƏSTƏKARLAR İTTİFAQININ BÖLGƏ TƏŞKİLATI YARADILMIŞDIR

Noyabrın 22-də Şəki şəhərində Azərbaycan Bəstəkarlar İttifaqının səyyar plenumu keçirilmişdir. Plenumun gündəliyinə bir məsələ - Azərbaycan Bəstəkarlar İttifaqı Şəki təşkilatının yaranması ilə bağlı məsələ daxil edilmişdir. Şəki Uşaq İncəsənət Məktəbində keçirilən tədbiri şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova açaraq, Azərbaycan incəsənəti və mədəniyyəti tarixində özünəməxsus yeri və rolu olan qədim Şəkidə Bəstəkarlar İttifaqının bölgə təşkilatının yaradılmasının heç də təsadüfi olmadığını bildirmiş, bu qədim sənət məbədgahının musiqi mədəniyyətimizə görkəmli bəstəkarlar, musiqiçilər bəxş etdiyini xüsusi vurğulamışdır. Təşkilatın yaradılmasının Şəkinin musiqi həyatında çox əlamətdar hadisə olduğunu qeyd edən Z.Cavadova, qurumun yaradılmasına göstərdiyi köməyə görə Bəstəkarlar İttifaqının rəhbərliyinə minnətdarlığını bildirmişdir. Şəhər mədəniyyət və turizm şöbəsinin müdiri Aydın İbrahimxəlilov çıxış edərək Şəkinin musiqi mədəniyyəti barədə məlumat vermişdir. Bildirilmişdir ki, hazırda Şəkidə bir uşaq incəsənət və 4 uşaq musiqi məktəbi fəaliyyət göstərir. 660 müəllimin çalışdığı bu məktəblərdə 2200 nəfərə yaxın şagird təhsil alır. Bundan əlavə, şəhərdə musiqi texnikumu da fəaliyyət göstərir. Plenumda Azərbaycan Bəstəkarlar İttifaqı idarə heyətinin sədri, respublikanın xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək, Şəkinin musiqi mədəniyyətinin özünəməxsus üslubu və ifaçılıq ənənələri ilə seçildiyini bildirmiş, Azərbaycan bəstəkarlıq məktəbinin bir sıra görkəmli nümayəndələrinin - Cövdət Hacıyevin, Şəfiqə Axundovanın, Emin Sabitoğlunun, Cavanşir Quliyevin, xanəndə Ələsgər Abdullayevin və bir çox tanınmış musiqi xadiminin məhz Şəki torpağının yetirmələri olduğunu qeyd etmişdir. Şəki bölgə təşkilatının Naxçıvan, Gəncə, Qarabağ və Lənkəran təşkilatlarından sonra sayca beşinci təşkilat olduğunu nəzərə çatdıran F.Əlizadə, yeni yaranmış təşkilata Şəki Musiqi Texnikumunun direktor müavini vəzifəsində çalışan Fazil Əliyevin sədr təyin edildiyini bildirmişdir. Plenumda Azərbaycan Bəstəkarlar İttifaqının katibləri - sənətşünaslıq doktoru Ramiz Zöhrabov, Eldar Mansurov və başqaları çıxış edərək, bölgə təşkilatına gələcək fəaliyyətində uğurlar arzulamışlar. Tədbirin sonunda yerli musiqiçilərin və solistlərin iştirakı ilə Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı təqdim olunmuşdur. Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov iştirak etmişdir.
Ярлыки:
mədəniyyət,
Şəki xəbərləri
четверг, 20 ноября 2008 г.
среда, 19 ноября 2008 г.
воскресенье, 16 ноября 2008 г.
воскресенье, 9 ноября 2008 г.
суббота, 1 ноября 2008 г.
Bakı Meriyası S. Şaumyanın qəbrini və heykəlinin Bakının mərkəzindən köçürülməsində tərəddüd edir!
Artıq neçə aydır ki, Sahil parkı yenidənqurma işləri adı ilə çəpərlənib, lakin parkda hər hansı yenidənqurma işinin aparılması gözə dəymir. Bura daha əvvəllər 26 Bakı komissarının şərəfinə "26-lar" parkı adlanırdı, həmin komissarların, o cümlədən 10 minlərlə müsəlmanı qə
tlə yetirmiş Stepan Şaumyanın qəbri də rəsmən buradadır. Ötən əsrin 90-cı illərinin əvvəllərində memorial kompleksin yazıları, qorelyef və barelyefləri dağıdılsa da, əsas hissə, qəbirlər və Şaumyanın heykəli salamat qaldı. Maraqlıdır ki, nə Mütəllibov, nə də Elçibəy dövründə Karl Marksın dahinin heykəlinin və bu kimi bir çox möhtəşəm heykəlləri barbarcasına dağıdıldığı bir vaxtda, Şaumyanın heykəlinə və qəbrinə heç kim toxunmadı! Deyilənlərə görə mərhum Prezident Elçibəy həmin məzarlığa xüsusi diqqət yetirirmiş, Azərbaycanının bütün vəfat etmiş rəhbərlərinin nəşinin bura gətirilməsini, o cümlədən özünün də məhz burada dəfn edilməsini arzulayirmiş və guya belə bir vəsiyyət də yazıbmış. H. Əliyevin prezidentliyi dövründə də "26-lar"ın qəbirləri öz yerində qaldı. Ola bilsin ki bu, mərhum H. Əliyevin o vaxtkı Tarix Muzeyinin direktoru P. Əzizbəyovaya güzəştə getməsi idi. Belə ki P. Əzizbəyova 26-ların içindəki iki Azərbaycanlıdan birinin - M. Əzizbəyovun qızı idi.
Deyilənlərə görə, 1918-ci ildə Türkmənistanda güllələnmiş "26-lar" -ın sümükləri 2 il sonra Bakıya gətiriləndə və təntənəli şəkildə burada dəfn ediləndə N. Nərimanovu izdiham qarşısında çıxış etməkdən yayınmaq istəyibmiş. Öz hərəkətini o belə əsaslandırırdı: "Niyə məni məcbur edirsiniz ki yalan danışım, axı mən yaxşı bilirəm ki tabutların yarıdan çoxunun içində torpaqdan başqa heç nə yoxdur!"
Ötən əsrin 90-cı illərində mərhum Akademik Z. Bunyatov mətbuatda çıxış edərək 1918-ci ildə S. Saumyanın güllələnmədiyini, Hindistana getdiyini, uzun ömür sürərək orada da öldüyünü və qəbrinin də Hindistanda olduğunu sübut etməyə çalışırdı. Lakin bu S. Saumyanın aqibəti barədə yalnız mülahizə olaraq qaldı. Rəsmən isə S. Saumyan Bakının mərkəzində Sahil parkındakı memorial kompleksdədir!
Ən narahat doğuran şey isə bu idi ki, Şaumyanın məzarı üzərində daima böyük bir talpa olur, uşaqlar oynayır, gənc qızlar və oğlanlar bir biri ilə, nə isə... Və bu talpada yaşlı nəslin nümayəndələri də heç də az deyildi. Heyrətlənməli bir işdir, tutalım ki uşaqlar, yeniyetmələr, gənclər harada dayandığını bilmir, bəs bu yaşlı nəslin nümayəndələri, nə tez unutdular yaxın keçmişi?! Bir vaxtlar kimin nə hünəri var idi ayağını bu mərmərin üzərinə basardı!
Bəlkə də Sahil parkını məhz, bu səbəbdən çəpərləyiblər. Çəpərləyiblər ki adamlar Şaumyanın qəbri üstündə gəzməsinlər?
Bu mövzu digər mənbələrdə:

- 08 Ноября 2008 [21:52] Председатель ЦК КП Азербайджана Рауф Гурбанов сообщил о ситуации вокруг памятника 26 Бакинским комиссарам в Баку.
- Социалистическая партия Азербайджана протестует против перезахоронения останков 26 бакинских комиссаров
- Председатель Компартии Азербайджана: «Разрушать памятники советской эпохи - вандализм»Останки 26 бакинских комиссаров будут перезахоронены
- Ильхам Алиев ознакомился со строительно - реконструкционными работами в парке «Сахил»
- В парке «Сахил» будут вырублены многолетние деревья и построена подземная стоянка? - ФОТО
www.erevan.ru: Останки 26 Бакинских комиссаров будут перезахоронены
Bu sayt, bu barelyefin Qaqarin şəhərində olduğunu göstərir!? Bu bəyəm daha əvvəl Bakıda deyildimi?
Ярлыки:
mədəniyyət,
Siyasət
воскресенье, 14 сентября 2008 г.
ŞƏKİ TEATRI YENİ MÖVSÜMƏ HAZIRLAŞIR
Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında yeni mövsümə hazırlıq işləri davam etdirilir.Teatrın direktoru Hikmət Nəbiyev bildirdiyinə görə sentyabrın 15-nə təyin edilmiş açılış günündə yaradıcı kollektiv teatrsevərlərə rejissor Novruz Cəfərovun “Buna da ... şükür” ikihissəli komediyasını təqdim edəcəkdir.Tamaşanın rəssamı Qüdrət Məmmədov, musiqi tərtibatçısı İlqar Saatovdur. Əsas rolları Xanlar Həşimzadə, Aydın Əlibalayev, Brilyant Babayeva, Xəyal Abbaszadə və başqaları ifa edirlər.Teatrda eyni zamanda, Georgi Xuqayevin “Bişmiş yumurta və çiy məhəbbət” komediyası üzərində də məşqlər davam etdirilir. Oktyabrın sonunda isə teatrın yaradıcı kollektivi bu ildə ikinci dəfə Türkiyənin İstanbul şəhərinə qastrol səfərinə yola düşəcəkdir.
Ярлыки:
mədəniyyət,
Şəki xəbərləri
Подписаться на:
Сообщения (Atom)