"Discovery News" xəbər verir ki, İtaliya arxeoloqları Böyük Səhrada İran hökmdarı 2-ci Kambis ordusunun qalıqlarını aşkar ediblər. Alfedro və Ancelo Kastilyoni qardaşlarının fikrincə onların etdikləri kəşf əvəllər əfsanə hesab olunan tarixi hadisənin ilk dəfə elmi cəhətdən sübutudur.
- Böyük Əhəmilər silaləsindən olan Kirin böyük oğlu 2-ci Kambis ordusunun yox olması tarixini Heredot qələmə almışdır. Qədim yunan tarixçisinin məlumatına görə, bizim eradan əvvəl 525-ci ildə Siva vahəsindəki Amon (adlı) kahinin məbədini məhv etmək üçün Kambis 50 min əsgərlik ordu göndərmişdir. Belə ki, bu məbədin kahinləri 2-ci Kambisin Misir üzərində hökmranlığını tanımaqdan imtina edirdilər.
- Ordu bir həftə sonra Xarqa vahəsinə çata bildi, lakin bu zaman başlayan qum fırtınası onların Siva şəhərinə yetişməsinə imkan vermədi...
Tərcümə etdi: Aydın Məmmədov
Комментариев нет:
Отправить комментарий