
1970-ci ildə Bakıda nəşr olunmuş K. Kərimovun "Şəki" adlı bələdçi kitabçası və bu kitabçadakı müəmmalı xəritə uşaqlıqdan gözümün qarşısında idi, amma o zaman həmin xətitədəki qəribə xətlərə əhəmiyyət vermirdim, hesab edirdim ki bu rəssamın texniki səhvidir. İndi isə görürəm ki, heç bir "texniki səhv"dən söhbət gedə bilməz, əslində o cür fikirləşməklə səhvə mən özüm yol vermiş olmuşam. Belə ki bu köhnə xəritədə indiki Ermənistan-Azərbaycan atəşkəs xətti göstərilib! Amma Dağlıq Qarabağ heç də Ermənistanın tərkibində deyil, o Zəngəzurla birləşmiş şəkildə müstəqil "dövlətdir". Düzü, indiyə qədər heç kimin ağlına gəlməmiş bu versiya, əslidə çox ağlabatandır: Ermənistan erməniləri hakimiyyəti Qarabağ ermənilərinin əlindən alan kimi, əvəzində Qarabağ erməniləri də Zəngəzuru Ermənistanın əlindən alaraq özlərinə birləşdirəcəklər! Bu halda Ermənistanla Qarabağ-Zəngəzur arasında qısa, özü də çətin keçilən dağlardan ibarət sərhəd olacaqdır kı, ermənistan erməniləri çətin ki həmin sərhəddi keçib Zəngəzur və Dağlıq Qarabağda öz nüfuzlarını bərpa edə bilərlər!
Комментариев нет:
Отправить комментарий